ANC-HCA

Elan

Eurovision song by peace corp members

Avropanin muxtariyyat modellərinin Dağliq Qarabağa tətbiqi imkanlari.
Elxan Şahinoğlu

İçindəkilər

1.      Dalana dirənən danışıqlar

Dünyadakı muxtariyyətlərin ana xətti

Muxtariyyətin Naxçıvan modeli

4.      Aland adaları – ən optimal muxtariyyət statusudur

Tatarıstan modeli iqtisadi rifah deməkdir

6.      Cənubi Tirol: Referenduma ehtiyac duyulmayan geniş muxtariyyət

7.      Dağlıq Qarabağ üçün aralıq status

1. Dalana dirənən danışıqlar

Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar dalana dirənib. 2010-cu il münaqişənin həllinə yenilik gətirmədi. Rusiya prezidenti Dmitri Medvedevin xüsusi fəallığı da nəticə vermədi. 2010-cu ildə Soçi, Sankt-Peterburq və Həştərxanda keçirilən görüşlərdə irəliləyiş əldə olunmadı. 2011-ci ildə üçtərəfli görüşlər seriyası yenə Soçidən başladı. Rusiya, Azərbaycan və Ermənistan prezidentləri ötən il olduğu kimi, bu dəfə də 2014-cü il olimpiadasının keçiriləcəyi məkanda bir araya gələrək fikir mübadiləsi apardılar.

Ermənistan əvvəlkitək “Yeniləndirilmiş Madrid” planını qəbul etmir, fəal vasitəçilik funksiyasını həyata keçirən Kreml isə bu məsələdə İrəvana təzyiq etməyi düşünmür. Əksinə, Dmitri Medvedev keçən ilin avqust ayında Ermənistana səfər edərək, erməni həmkarı Serj Sərkisyanla Gümrüdəki hərbi bazanın vaxtının uzadılmasına dair anlaşma imzaladı. Anlaşmanın yeni maddəsinə görə, Rusiyanın hərbi bazası bundan sonra Ermənistanın təhlükəsizliyinə də cavabdeh olacaq.

“Yeniləndirilmiş Madrid” planının ümumi mahiyyəti bəllidir: işğal altındakı 5 rayon (Ağdam, Füzuli, Zəngilan, Qubadlı və Cəbrayıl) və Laçının 13 kəndi azad edilir, qaçqınlar geri qayıdır, bütün kommunikasiya xətləri açılır, Dağlıq Qarabağ üçün aralıq status müəyyənləşdirilir, bölgədə tərkibi hələ bəlli olmayan sülhməramlı qüvvələr yerləşdirilir, Laçın və Kəlbəcərin boşaldılması tarixi dəqiqləşdirilir və gələcəkdə Dağlıq Qarabağın yekun statusu ilə bağlı referendum keçirilir.

Azərbaycan hakimiyyəti bəzi istisnalarla bu prinsipləri ümumən qəbul etdiyini açıqlayıb. Rəsmi Yerevan isə hələ düşünür: planda göstərilən ardıcıllıq onu qane etmir, bütün maddələrin Dağlıq Qarabağın yekun statusuna bağlanmasını istəyir. Yerevan Dağlıq Qarabağın yekun statusunu müəyyənləşdirəcək referendum məsələsinə konkretlik gətirməyi tələb edir.

Azərbaycan hakimiyyəti status məsələsini ümumilikdə rədd etməsə də, planın ilkin maddələri yerinə yetirildikdən sonra bu mövzunun müzakirəsinin mümkün olduğunu vurğulayır. Əslində söhbət yenə əvvəlki illərdə olduğu kimi, “mərhələli” və “paket” həll variantlarından gedir. Azərbaycanın “əvvəlcə torpaqlar işğaldan azad edilsin, qaçqınlar geri qayıtsın, sonra o biri məsələlərin müzakirəsi mümkündür” tələbi “mərhələli həll” planına uyğundursa, Ermənistanın bu deyilənlərin statusla birgə həll olunması tələbi isə “paket həll” variantı deməkdir.

Azərbaycan prezidenti İlham Əliyev 2009-cu ilin iyul ayında Rusiyanın “RTR” televiziya kanalına verdiyi müsahibədə həll planındakı referendum maddəsinin izahını belə verib: “Referendum 10 il, 20 il, 100 il sonra keçirilə və ya heç keçirilməyə də bilər”. (1)

Aydındır ki, Azərbaycan referendum tarixini qeydə alacaq həll planına yaşıl işıq yandıra bilməz. Çünki bu, faktiki Dağlıq Qarabağa müstəqillik yolunun açılması demək olardı. Dağlıq Qarabağa nə qədər azərbaycanlı qaçqın qayıtsa da, bütün hallarda bölgədə nisbət ermənilərin xeyrinə olacaq. Bu nisbətdə keçirilən istənilən referendumun nəticəsi isə əvvəlcədən bəllidir.

İlham Əliyev 2009-cu ilin noyabrında məcburi köçkün ailələri üçün inşa olunmuş yaşayış kompleksinin istifadəyə verilməsi mərasimindəki çıxışında (2) Dağlıq Qarabağ probleminin diplomatik yolla həllinin mürəkkəbləşdiyini açıq etiraf etdi. Prezidentin həmin çıxışından 4 nəticə çıxarmaq mümkün idi:

1. Ermənistanın mövqeyi sərtləşib və danışıqlarda geriləmə müşahidə olunur, Yerevan vaxtı uzatmaqda maraqlıdır;

2. Erməni lobbisinin təsiri altında olan beynəlxalq birlik Qarabağ münaqişəsinin həlli üçün səylərini artırmır;

3. Minsk Qrupunun fəaliyyəti nəticə vermir;

4. Bu vəziyyətdə Azərbaycan Ermənistana siyasi, iqtisadi və hərbi təzyiqini artırmaqda davam edəcək.

İlham Əliyev Ermənistanın real əhalisinin 1 milyon 700 min nəfər təşkil etdiyini, Azərbaycanın əhalisinin isə 10 milyona yaxınlaşdığını xatırlatdı. O, hazırda iqtisadiyyatımızın Ermənistanın iqtisadiyyatından 7 dəfə, gələcəkdə isə 15 dəfə böyük olacağını, Ermənistanın bütün regional layihələrdən təcrid edildiyini dilə gətirdi. Bu sırada Azərbaycanın hərbi xərclərinin Ermənistan büdcəsinin tamamından artıq olduğunu və bu fərqin ildən-ilə artacağını da vurğulamaq lazım gəlir.

Buna baxmayaraq, Ermənistan dirənməkdə davam edir. Həll planının 95 faizinin tərəflərlə razılaşdırıldığını deyən həmsədrlər status məsələsində ilişib qalıblar. Elə bütün anlaşılmazlıqlar, danışıqların yerində sayması məhz həmin 5 “faizlə” – Dağlıq Qarabağın statusunu müəyyənləşdirəcək referendumun tarixi ilə bağlıdır. Təkcə bu maddə bütün digər maddələrin tamamından ağır gəlir və təsadüfi deyil ki, “əgər anlaşmada bir müddəa razılaşdırılmayıbsa, demək, heç nə razılaşdırılmayıb” kəlməsi diplomatların dilindən düşmür.

2. Dünyadakı muxtariyyətlərin ana xətti

Azərbaycan rəsmiləri Dağlıq Qarabağın statusu ilə bağlı çoxsaylı açıqlama və müsahibələrində bir fikrin üzərində xüsusi dayanırlar: “Dağlıq Qarabağa dünyada mövcud olan ən yüksək muxtariyyət verilə bilər”.

Bunun nə demək olduğunu anlamaq üçün dünyada mövcud olan ən tanınmış  muxtariyyət modellərinə diqqət yetirmək lazımdır. Aparılan araşdırmalar göstərir ki, Avropa, Amerika və Asiya qitələrini əhatə edən fərqli modellərin ana xətti eynidir: ilkin illərdəki separatçılıq, müstəqillik tələbləri, ardınca az və ya çox sayda terror aktları və ən sonda birgə yaşamanın verdiyi üstünlüklərə qayıdış. Bu ana xətt erməni separatçılarının “bir münaqişə o birinə bənzəmir” deyiminin işə yaramadığını ortaya qoyur. Dağlıq Qarabağın dünyadakı muxtariyyət modellərindən fərqi nədir? Əlbəttə, bir münaqişədə az, o birisində daha çox qan tökülə bilər, ancaq bütün muxtariyyət modellərində nəticə oxşardır, xalqların, icmaların birgə yaşamasının üstünlükləri daha çoxdur. Təsadüfi deyil ki, Kvebek və ya Puerto-Rikoda keçirilən referendumlarda müstəqillik tərəfdarları hər dəfə məğlubiyyətə düçar olurlar.

Ermənistan hakimiyyəti muxtariyyətlərin hər hansı birində müstəqilliklə bağlı referendum keçirildiyi zaman adı çəkilən nümunələrə müraciət edir. Ancaq, göründüyü kimi, referendumlar heç də hər zaman separatçıların istədiyi kimi nəticələnmir. Çünki xalqların birgə yaşaması, bölgədə inam atmosferinin formalaşması və davamlı sabitlik müstəqilliyi arxa plana keçirir.

Azərbaycanın da istəyi budur ki, əvvəlcə işğal altındakı torpaqlar boşaldılsın, keçmişdəki əlaqələr bərpa olunsun, iki xalq arasında inam atmosferi formalaşsın, Dağlıq Qarabağ erməniləri muxtariyyətin geniş səlahiyyətlərindən yararlansınlar ki, gələcəkdə referenduma ehtiyac qalmasın, ermənilər də belə bir şəraitdə müstəqilliyin uçuruma, yeni müharibə və qırğınlara yol açdığını anlasınlar.

Erməni separatçılarının hazırda istinad etdiyi yeganə beynəlxalq təcrübə Kosovodur. Bu bölgənin müstəqilliyi bir çox Qərb dövləti tərəfindən tanındığından və BMT-nin Haaqa Məhkəməsi də Kosovonun müstəqilliyinin elanının beynəlxalq qanunların pozulmaması kimi qiymətləndirdikdən sonra Yerevan hərəkətlənib. Ermənistan hakimiyyəti Kosovonun Dağlıq Qarabağ üçün örnək ola biləcəyini iddia edir. Ancaq Rusiya qıcıqlanmasın deyə, Yerevan Kosovonun müstəqilliyini indiyə qədər tanımayıb. Bu, Dağlıq Qarabağın “müstəqilliyi” uğrunda mübarizə aparan Ermənistanın bu “müstəqilliyi” indiyə qədər tanımamasına bənzəyir. Ermənistanın siyasi dairələrində onu da yaxşı anlayırlar ki, Kosovonun müstəqilliyinin daima örnək kimi göstərilməsi qonşu Gürcüstanın parçalanmasının da dəstəklənməsi anlamına gəlir. Çünki Abxaziya və Cənubi Osetiya da “müstəqilliklərini” elan ediblər. Türkiyə və Azərbaycanın ardından Gürcüstanla da münasibətlərin pozulması Ermənistanın indiki çətin vəziyyətini bir az daha ağırlaşdırar.

Qərb Kosovonun müstəqilliyini tanıdığı kimi Rusiya da əlinə düşən fürsətdən istifadə edərək Abxaziya və Cənubi Osetiyanın “müstəqilliklərini” tanıyıb. Bununla Qərbin Kosovo üçün “unikal” həll yolu adlandırdığı müstəqilliyi Kreml “universal”, yəni hamı üçün örnək ola biləcək həll yoluna çevirməyə çalışıb. Ancaq Kosovo Dağlıq Qarabağ üçün presedent ola bilməz. Qərb dövlətlərinin liderləri və diplomatları bunu dönə-dönə vurğulayırlar. Kosovonun alban əhalisi vaxtilə Serbiyanın etnik təmizləməsinə məruz qalıb və bu amil Kosovonun müstəqilliyinin tanınmasında vacib amilə çevrilib. Bu kimi qərarlara keçmiş Yuqoslaviya hakimiyyətinin Balkanlarda törətdikləri qətliamlar da təsir edib. Kosovodan fərqli olaraq, Dağlıq Qarabağda azərbaycanlılar etnik təmizlənməyə məruz qalıblar, ona görə də iki fərqli bölgə arasında paralellər aparmaq yersizdir.

Separatizmlə üzləşən dövlətlərin, o cümlədən Azərbaycanın dünyanın müxtəlif bölgələrindəki muxtariyyətlərə artan marağı labüddür. Dünyanın tanınmış simalarından Dalay-lamanın 2009-cu ildə İtaliyaya səfəri zamanı xüsusi olaraq Cənubi Tirola yollandığını xatırlatmaq lazım gəlir. (3) Tibetin muxtariyyəti uğrunda mübarizə aparan Dalay-lamanın həmin bölgəyə səfərinin məqsədi İtaliyaya bağlı muxtar əyalətdə xalqların necə birgə yaşamasının nümunəsi ilə yerindəcə tanış olmaq idi. Bu və bu kimi təcrübələrin öyrənilməsinə ehtiyac var. Çünki sonda Dağlıq Qarabağa veriləcək status dünyada mövcud olan muxtariyyatların statusundan artıq olmayacaq.

3. Muxtariyyətin Naxçıvan modeli

Əslində Azərbaycanın tərkibindəki muxtariyyət təcrübəsinə də müraciət etmək olar. Söhbət Naxçıvan Muxtar Respublikasından gedir.

Naxçıvan Muxtar Respublikası hüquqi statusuna görə Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir. Ali vəzifəli şəxsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədridir.

Azərbaycan Respublikasının Konstitusiyasına görə muxtar respublikada dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir; qanunvericilik hakimiyyətini Naxçıvan Muxtar Respublikasının Ali Məclisi – parlamenti həyata keçirir.

Ali Məclis Naxçıvan Muxtar Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən ali dövlət hakimiyyəti orqanıdır.Məclisin tərkibi 45 nəfər deputatdan ibarətdir.Onlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 5 il müddətinə seçilir . İldə iki sessiya keçirir; Azərbaycan respublikasının Prezidenti və Milli Məclisi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 16 deputatının tələbi əsasında və ya Ali Məclisin sədri tərəfindən növbədənkənar sessiyaları çağırıla bilər.

Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan Respublikasının Milli Məclisində qanunvericilik təşəbbüsü hüququna malikdir. Konstitusiyaya əsasən, Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi olan Ali Məclisin sədri 5 il müddətinə seçilir.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə tabedir və onun qarşısında hesabat verir. Baş naziri Azərbaycan Respublikasının prezidentinin təqdimatı ilə, Nazirlər Kabinetinin tərkibini isə baş nazirin təklifi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi təsdiq və təyin edir. Nazirlər Kabineti muxtar respublikanın büdcəsinin layihəsini hazırlayıb Ali Məclisə təqdim edir və büdcənin, iqtisadi-sosial proqramların yerinə yetirilməsini təmin edir, nazirliklərə və digər icra hakimiyyəti orqanlarına rəhbərliyi həyata keçirir, ümumi qaydalar müəyyən etdikdə qərarlar, başqa məsələlər üzrə isə sərəncamlar qəbul edir.

Naxçıvan Muxtar Respublikasının Ali Məclisi aşağıdakılara dair ümumi qaydalar müəyyən edir:

1. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər;

2. vergilər;

3. Naxçıvan Muxtar Respublikası iqtisadiyyatının inkişafı istiqamətləri;

4. sosial tə`minat;

5. ətraf mühitin qorunması;

6. turizm;

7. səhiyyə, elm, mədəniyyət.

Beləliklə, siyasi və iqtisadi zəmində kifayət qədər geniş səlahiyyətlərə malik olan  Naxçıvan inkişaf yolunu özü müəyyənləşdirir. Əlbəttə, Naxşıvandakı hazırki idarəetməylə bağlı xeyli suallar var, ancaq önəmli olan hər iki tərəfin səlahiyyət bölgüsünə riayət etməsidir. Yəni Naxçıvan nümunəsi göstərir ki, Dağlıq Qarabağ da ona verilən səlahiyyətlər çərçivəsində bölgənin inkişafı, qanunverici və icraedici institutların formalaşmasını təmin edə bilər, yaranan suallar isə dialoq çərçivəsində Xankəndi ilə Bakı arasında həll oluna bilər.

ALAND ADALARI – ƏN OPTİMAL MUXTARİYYƏT STATUSU

Dünyada Dağlıq Qarabağ münaqişəsinin həllinə uyğun modellər haqqında danışdıqda ən çox Finlandiyaya məxsus isveçlilərin yaşadığı Aland adaları misal çəkilir. Qərbin bir sıra ekspert dairələrində Dağlıq Qarabağın gələcək statusunu əsasən bu modellə müqayisə edirlər. Təsadüfi deyil ki, ATƏT-in Parlament Assambleyasının Dağlıq Qarabağ üzrə xüsusi təmsilçisi Qoran Lenmarker bir neçə il öncə hazırladığı hesabatda Aland modelinin Dağlıq Qarabağ münaqişəsinin həllində əsas kimi götürülə biləcəyini irəli sürmüşdü. (4)

Aland – Baltik dənizində irili xırdalı 8 min adadan ibarətdir. İnsanlar yalnız böyük adalarda yaşayırlar. Əhalisinin böyük əksəriyyəti isveçlilərdən ibarət olan Aland adaları 1808-ci ilədək İsveç Krallığının tərkibində olub. Həmin il İsveç Rusiya imperiyasına müharibədə məğlub olaraq Aland adalarını və Finlandiyanı Rusiyaya vermək məcburiyyətində qalıb. 1917-ci ildə Rusiya imperiyası dağıldıqdan sonra Finlandiyanın müstəqilliyi beynəlxalq birlik tərəfindən tanınıb. Həmin il Aland adalarının isveçli sakinləri İsveçlə qovuşmağa çalışırlar. Ancaq Finlandiya Aland sakinlərinin öz müqəddəratlarının təyininə qarşı çıxır. Adada imzatoplama kampaniyası keçirilir, eyni zamanda gizli təşkilatlar yaranmağa başlayır. Burada silahlı qarşıdurma olmasa da, Finlandiya polisi bir qrup separatçı isveçlini həbsə alır. 1921-ci ildə Millətlər Liqası Aland adalarını Finlandiyanın ərazisi elan edir. Qərarda Finlandiyadan ada sakinlərinin dillərini, adət-ənənələrini və mədəniyyətlərini qorunması istənilir. Finlandiya ilə İsveç bu qərarın birgə yerinə yetirilməsi mexanizmi üzərində çalışmalara başlayırlar.

İsveçlə Finlandiya arasında bağlanmış müqaviləyə əsasən, Aland əhalisinin dilini, mədəniyyətini, adətlərini saxlamaq hüququ alır, bununla assimilyasiya olunmaq təhlükəsi aradan qalxır. İsveç adalardakı isveçlilərin təhlükəsizliyinə və soydaşları ilə maneəsiz əlaqə yaratmağa təminat alır. 1922-ci il özünüidarə qanununa əsasən, yerli parlament – laqtinq – adaların daxili işləri və büdcə haqqında qanun qəbul etməklə yanaşı, hökuməti təyin edir. Finlandiya konstitusiyasına uyğun olaraq, Finlandiya parlamenti yalnız Aland adaları laqtinqinin icazəsi ilə özünüidarə qanunlarına dəyişikliklər edə bilər. Laqtinqin hüquqi səlahiyyətləri təhsil və mədəniyyəti, səhiyyə və iqtisadiyyatı, nəqliyyatı, kommunal təsərrüfatı, polisi, poçtu, radio və televiziyanı əhatə edir. Bu sahələr üzrə Alandın suveren dövlət səlahiyyətləri var. Qalan qanunvericilik səlahiyyətlərinin hamısı – xarici siyasət, mülki məcəllənin əsas hissəsi, məhkəmə və cinayət hüququ, gömrük və pul dövriyyəsi Finlandiyanın səlahiyyətlərinə daxildir.

Aland əhalisinin mənafeyini qorumaq üçün Finlandiya parlamentinə arxipelaqdan bir deputat seçilir. Adaların qubernatorunu laqtinqin razılığı ilə Finlandiyanın prezidenti təyin edir. Qubernatorun səlahiyyəti Aland Adaları Nümayəndələr Şurasına (Şura paritet əsaslarla formalaşır) başçılıq etməkdən, laqtinqin sessiyalarını açıb-bağlamaqdan ibarətdir.

İqtisadiyyat sahəsindəki münasibətlər də sadə quruluşa malikdir: Finlandiya hökuməti vergiləri, gömrük rüsumlarını və başqa ödəncləri bütün ölkədə tətbiq edilən qaydalarla yığır. Arxipelaqın xərcləri dövlət büdcəsindən ödənir. Dövlət öz borcunu çıxandan sonra gəlirlərin bir hissəsini arxipelaq üçün ayırır. Qalan məbləği laqtinq büdcə maddələri üzrə bölüşdürür.

Finlandiya prezidentinin laqtinqin qəbul etdiyi qanunlara veto qoymaq hüququ var. Prezident ona göndərilmiş qanunlara yalnız iki halda – adaların parlamenti öz səlahiyyət həddini aşanda və ya qəbul edilmiş qanun Finlandiyanın daxili və xarici təhlükəsizliyinə qorxu yaradanda veto qoya bilər.

Adalarda yaşamaq hüququ həm də vətəndaşlıq hüququ sayılır. Adalarda doğulan və valideynlərindən biri Aland vətəndaşı olan uşaq bu hüquqa malikdir. Alandlılar eyni vaxtda həm də Finlandiya vətəndaşlarıdır. Arxipelaqa köçüb orada 5 il yaşayan və İsveç dilini bilən hər bir Finlandiya vətəndaşına Aland vətəndaşlığı verilir.

Daşınmaz əmlaka malik olmaq hüququna qoyulan məhdudiyyətlər torpaq sahələrini alandlıların mülkiyyəti kimi möhkəmlətmək arzusu ilə izah olunur. Alanddan kənarda 5 il yaşamış ada sakini vətəndaşlığını itirir. Aland vətəndaşı Finlandiya ordusunda xidmət etmək mükəlləfiyyətindən azaddır. Adalarda hərbi hissə yerləşdirmək və hərbi qurğular yerləşdirmək yasaqdır.

Aland Skandinaviya ölkələri ilə birbaşa əməkdaşlıq edə bilir. Skandinaviya ölkələri Nazirlər Şurasının işində Aland hökuməti də iştirak edir.

Xarici siyasət Finlandiya hökumətinin və parlamentinin səlahiyyətinə daxildir. Lakin Finlandiya Alandın daxili işlərinə təsir göstərə biləcək beynəlxalq müqavilə imzalayanda bu müqavilənin qüvvəyə minməsini laqtinqlə razılaşdırmalıdır.

Beləliklə, Aland modelini Dağlıq Qarabağ münaqişəsinin həlli üçün tətbiq etsək, bölgənin yerli parlamenti daxili məsələlər və büdcə ilə bağlı qərarlar qəbul edə, hökuməti formalaşdıra bilər.

Dağlıq Qarabağ parlamentinin və hökumətinin fəaliyyət sferaları bunlardan ibarət ola bilər:

- Təhsil və mədəniyyət;

- Səhiyyə;

- İqtisadiyyatın bəzi sahələri;

- Nəqliyyat;

- Kommunal təsərrüfat;

- Polis;

- Poçt xidməti;

- Radio və televiziya.

Aland modelinə əsasən Dağlıq Qarabağ aşağıdakı səlahiyyətləri Azərbaycan Prezidenti və parlamentinə həvalə edir:

- Xarici siyasət;

- Məhkəmə və cinayət hüququ;

- Vətəndaş kodeksinin böyük hissəsi;

- Gömrük və pul dövriyyəsi.

İqtisadiyyat sahəsində tərəflər arasında münasibətlər isə belə qurula bilər: Azərbaycan hökuməti ölkə üzrə olduğu kimi, Dağlıq Qarabağda da vergiləri yığır, sonra dövlət büdcəsindən müəyyən edilmiş əsasda yerli büdcəyə ayırmalar edir. Ayrıca Dağlıq Qarabağ parlamentinin qəbul etdiyi qərarlar Azərbaycan prezidentinə göndərilir. Alandda olduğu kimi Azərbaycan dövlət başçısı da iki halda veto hüququndan istifadə edə bilər: əgər yerli parlament hüquqlarını aşıbsa və ya qəbul edilən qanun Azərbaycanın daxili və xarici təhlükəsizliyinə ziddirsə. Aland modelinə görə, Dağlıq Qarabağ sakinləri Azərbaycan ordusunda xidmətdən azad edilə bilərlər. Bölgədə hərbi hissələr yerləşdirmək və istehkamlar qurmaq qadağan edilə bilər. Dağlıq Qarabağ Ermənistanla əməkdaşlıq hüququna malik olur.

Bir sözlə, Aland modelinin tətbiqi halında böyük idarəetmə hüququ qazanan Dağlıq Qarabağ Azərbaycan ərazisi kimi tanınır, Ermənistanla sıx əlaqələr qurur və bölgə silahsızlaşdırılır.

Əslində Aland modeli Azərbaycan Konstitusiyasının Naxçıvana verdiyi hüquqlardan çox deyil. Sadəcə, Dağlıq Qarabağda ermənilərlə azərbaycanlılar birgə yaşayacaqları üçün Aland modelinin tətbiqi ətrafında əlavələrə ehtiyac olacaq. Məsələn, Dağlıq Qarabağ parlamenti və hökumətinin formalaşdırılmasında azərbaycanlıların iştirakı mexanizmi və bölgə polisindəki nisbəti müəyyənləşdirilməlidir.

4. TATARISTAN MODELİ İQTİSADİ RİFAH DEMƏKDİR

Dağlıq Qarabağ münaqişəsinin həlli haqqında danışılarkən, zaman-zaman Tatarıstan modelinə də istinad edilir. Rusiya Federasiyasının mərkəzində yerləşən və 4 milyona yaxın əhalisi olan Tatarıstanda 70-dən çox millət yaşayır. Əhalinin əksər hissəsi tatar və ruslardan ibarətdir. Tatarıstan  SSRİ-i dağılmağa başladığı ərəfədə cəld tərpənərək, statusunu artırmağa nail oldu. Rusiya Federasiyasının tərkibində muxtar respublika olan Tatarıstan 1990-cı il avqustun 30-da dövlət suverenliyi haqda bəyannamə qəbul etdi. Suverenlik haqqında bəyannaməyə görə, bölgə rəsmən Tatarıstan Respublikası adlandırılır.

Tatarıstanın suverenlik aktında yazılıb ki, Tatarıstan Respublikasının statusu Tatarıstan Respublikası və Rusiya Federasiyasının birgə razılığı olmadan dəyişdirilə bilməz. Eyni zamanda Tatarıstan Respublikası ərazisinin sərhədləri onun razılığı olmadan dəyişdirilə bilməz. Tatarıstan Respublikası öz səlahiyyətləri çərçivəsində müstəqil xarici iqtisadi əlaqələrdə iştirak edir. Tatarıstanın xarici ölkələrdə iqtisadi nümayəndəliklər açmaq hüququ var. Sənədin digər maddəsində Tatarıstan Respublikasının Konstitusiyası və ona düzəlişlərin Tatarıstan Respublikası Dövlət Şurasında və ya referendum yoluyla qəbul edildiyi bildirilib.

Tatarıstan modeli də Dağlıq Qarabağ üçün uğurlu örnək ola bilər. Dağlıq Qarabağın Tatarıstanın statusuna malik olması, müstəqil iqtisadi siyasət yürütməsi, iqtisadi sahədə müstəqil xarici razılaşmalar imzalaması, xarici ölkələrdə iqtisadi nümayəndəliklər açması, yerli hakimiyyət institutları formalaşdırması və qəbul edilən qanunların Azərbaycan qanunvericiliyi ilə uzlaşdırılması, bir sözlə yerli hakimiyyətin böyük idarəçilik səlahiyyətlərinə malik olması deməkdir.

Tatarıstan kifayət qədər geniş iqtisadi müstəqilliyə malikdir. Çünki Tatarıstan Rusiyanın tərkibində ən varlı bölgələrdəndir. Rusiyanın bir neçə nəhəng  zavodu Tatarıstanda yerləşir, ayrıca bölgə enerji resursları ilə zəngindir. Tatarıstan qazancının böyük hissəsini özündə saxlayır və bu amil bölgənin inkişafında önəmli rol oynayır. Dağlıq Qarabağın iqtisadiyyatında isə kənd təsərrüfatının xaricində öyünəcək elə bir qazanclı sahə yoxdur. Bu isə o deməkdir ki, kənar yardıma ehtiyac duymayan Tatarıstandan fərqli Dağlıq Qarabağa Azərbaycan büdcəsindən önəmli ayırmalar da mümkündür və bu bölgənin yekun statusunda da əksini tapa bilər.

5. Cənubi Tirol: Referenduma ehtiyac duyulmayan geniş muxtariyyət

İtaliyaya bağlı olan Cənubi Tirol nümunəsi də var. Bu bölgədə almandilli əhali üstünlük təşkil edir. Tirol özü Avstriyada yerləşir, paytaxtı İnsbruk şəhəridir. Ancaq Tirolun cənub hissəsi İtaliyaya məxsusdur. Cənubi Tirol muxtariyyəti iki dildə danışan xalqın birgə yaşamasının bariz nümunəsidir. Cənubi Tirolda həm alman, həm də italyan dillilərin hüquqları qorunur. Cənubi Tirolun geniş qanunverici və idarəetmə hüquqları var, xalq və kənd təsərrüfatı, turizm, dağ sənayesi, sosial və təhsil sahələrində qanunlar qəbul edilərək həyata keçirilir. (5) Digər muxtariyyətlərdə olduğu kimi, xarici siyasət və müdafiə məsələləri mərkəzin tabeliyindədir. Yığılan verginin təxminən 90 faizi əyalətdə qalır, ayrıca İtaliyanın dövlət büdcəsindən də ayırmalar edilir. Başqa sözlə, Cənubi Tirol gəlirlərini istədiyi şəkildə idarə edir.

Status anlaşmasına görə, əgər Cənubi Tirolda qəbul olunan hər hansı qanun İtaliya qanunu ilə ziddiyyət təşkil edərsə məsələ Konstitusiya məhkəməsində həll olunur. Cənubi Tirolda iki xalq arasında qarşıdurma yaranmasın deyə vəzifələrin böyük əksəriyyəti rotasiya prinsipi ilə müəyyənləşir, yəni hər hansı vəzifəyə bir müddət alman dilli, o biri müddət italyan dilli rəhbərlik edir. Parlament və komitələrdə həyata keçirilən səsvermədə də etnik amilə diqqət yetirilir ki, hər hansı qanunun qəbulunda iki xalqın mənafeləri diqqətə alınsın.

Buna baxmayaraq, hər yerdə olduğu kimi Cənubi Tirolda da ara-sıra separatçı meyllər özünü göstərir. Geniş hüquqlara malik əyalətdə həyat şəraitinin yüksək olmasına baxmayaraq, müstəqillik tələb edənlər Cənubi Tirolda da var. Separatçı elementlər alman dillilərlə italyan dillilərin əyalətdə “birgə yaşamadıqlarını”, sadəcə “yanaşı yaşadıqlarını” iddia edirlər. Ancaq əhalinin dəstəyini ala bilməyən separatçılar azlıqdadırlar, çünki Cənubi Tirolun alman dilli əhalisinin belə şüarlara ehtiyacları yoxdur, alman dillilər istədikləri qərarları qəbul edir, istədikləri kimi yaşayırlar, buna görə də müstəqilliyə ehtiyac qalmır.

Cənubi Tirolun muxtariyyət statusu ilə Dağlıq Qarabağ arasında paralellər aparmaq mümkündür. Birinci oxşarlıq Dağlıq Qarabağda olduğu kimi Cənubi Tirolun da iki icmadan formalaşmasıdır. İkinci oxşarlıq ondan ibarətdir ki, Cənubi Tirol separatizmi ilk illərdə Avstriyaya arxalanırdısa, Dağlıq Qarabağ separatizmi də Ermənistanın dəstəyinə bağlıdır. Üçüncü oxşarlıq, Avstriya Cənubi Tirolun beynəlxalq aləmdən müharibədə məğlubiyyətə uğrayan İtaliyadan ayrılmasını tələb etdiyi kimi, Ermənistan da özünün müharibədə qalib çıxdığını iddia edərək, dünyanın Dağlıq Qarabağın “müstəqilliyini” tanımasını tələb edir.

Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli planında bütün maddələrin bərabər tutulmasını, torpaqların azad olunmasını referenduma bağlayır. Cənubi Tirol nümunəsində isə problem mərhələli şəkildə həllini tapıb. Əgər Avstriya və bölgədə yaşayan alman dillilər ilk illərdə Cənubi Tirol üçün müstəqillik tələb edirdilərsə, hadisələrin sonrakı inkişafında geniş muxtariyyətin daha məqbul olduğu qənaətinə gəldilər. Müstəqilliyin münaqişəyə yol açacağını sonrakı illərdə anlayan Avstriya tərəfləri razı salacaq varianta üstünlük verdi ki, prosesdə qalib və məğlub olmasın. Yoxsa alman dillilər də bölgə statusunun müəyyənləşməsində referendum tələbini önə çəksəydilər, proses tamam başqa, təhlükəli istiqamətdə cərəyan edə bilərdi. Buna ehtiyac duymayan hər iki xalq hazırda eyni siyasi, iqtisadi və mədəni məkanda varlığını sürdürür. Doğrudur, bizim halda Dağlıq Qarabağ və ətrafda tökülən qanlar hafizələrdən hələ uzun illər silinməyəcək. Ancaq əgər Dağlıq Qarabağda azərbaycanlılarla ermənilərin birgə yaşamalarının obyektiv çətinlikləri varsa, “yanaşı yaşamağa” da heç nə mane olmur.

Alman dillilərin bölgəni Cənubi Tirol, italyan dillilərin Bolsano adlandırması da münasibətlərdə problem yaratmır. Dağlıq Qarabağın paytaxtını azərbaycanlılar qədim adı ilə – Xankəndi deyə çağırırlar, ermənilər isə Stepanakert deyirlər. Beynəlxalq konfranslara qatılan erməni separatçıları yaşadıqları şəhərin Xankəndi kimi təqdim edilməsinə daima etiraz edirlər, halbuki Cənubi Tirol-Bolsanonun nümunəsində ad məsələsinin tərəflərin öhdəsinə buraxıldığı görünür.

Cənubi Tirolda verginin 90 faizinin əyalətdə saxlanılması əlavə olaraq da İtaliyanın dövlət büdcəsindən yararlanması mexanizmi Dağlıq Qarabağda da uğurla işləyə bilər.

6. Dağlıq Qarabağ üçün aralıq status

Beləliklə, muxtariyyətləri birləşdirən amillər onları ayıran amillərdən çoxdur. Ən əsası, bu muxtariyyətlər tarixdən aldıqları acı dərsləri doğru dəyərləndirərək, sonrakı illərdə qarşıdurmaya yox, əməkdaşlıq və qarşılıqlı anlaşmaya üstünlük veriblər. Bu yol həm muxtar qurumları, həm ərazilərində yerləşdikləri dövlətləri, həm də bölgəni mümkün təlatümlərdən sığortalayıb.

Dağlıq Qarabağ münaqişəsinin də təlatümsüz həll yoluna ehtiyacı var. Bu, qarşılıqlı güzəştlər tələb edən yoldur. Əlbəttə, yaxın tarixdə üzləşdiyimiz faciələr hələ uzun müddət unudulmayacaq. Ancaq gələcək inkişaf və yeni savaşın ortadan qaldırılması naminə sülh planı hərəkətə gətirilməli, əvvəllər olduğu kimi, Dağlıq Qarabağda iki icmanın varlığı sürdürülməlidir.

Madrid prinsiplərində Dağlıq Qarabağ üçün aralıq status nəzərdə tutulub. Bu status qeyri-müəyyən keçid dövründə hər iki tərəf üçün məqbuldur. Aralıq status aşağıdakı nəticələrin əldə olunmasına xidmət edə bilər:

-               Dağlıq Qarabağın təhlükəsizliyinə və özünü idarə etməsinə təminat verilir;

-               İşğal altındakı torpaqlar boşaldılmağa başlanır, dəhliz məsələsi həll olunur və kommunikasiya xətləri açılır;

-               Ermənistanın Azərbaycanla yanaşı Türkiyə ilə də münasibətlərinin normallaşması prosesi başlayır, sərhədlər açılır, diplomatik münasibətlər bərpa olunur.

Azərbaycan prezidenti 2009-cu il iyulun 13-də Londonda Kral Beynəlxalq Münasibətlər İnstitutundakı çıxışında ATƏT-in Minsk qrupu həmsədrlərinin təkliflərində müstəqilliyə nail olmaq üçün mexanizmlərin olmadığını, ancaq aralıq statusunun mümkünlüyünə bu sözlərlə işarə etmişdi: “Fakt ondan ibarətdir ki, Dağlıq Qarabağ bu günə qədər heç bir ölkə, o cümlədən Ermənistan tərəfindən tanınmayıb. Bu, aydın şəkildə onu göstərir ki, müstəqillik mümkün deyil. Nəyə nail olmaq olar? Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları arasında sülh şəraitində birgə yaşamasına nail olmaq mümkündür”. (6) Başqa sözlə, iki icma hazırkı statussuz şəraitdə də birgə yaşaya bilər. Önəmli olan masa üzərindəki həll planını hərəkə gətirməkdir.

Mənbələr:

(1)   – “Azərbaycan Prezidenti RTR kanalına müsahibə verib”. www.elibrary.az. 2009;

(2)   -  “Azərbaycan Prezidenti məcburi köçkün ailələri üçün inşa edilmiş binaların açılışında çıxış edib”. www.prezident.az. 2009;

(3)   «Далай-лама в гостях у регионального правительства Южного Тиролья – автономного региона Северной Италии с особым законодательством». ASKA. 2009;

(4)   – “Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qərar qəbul etmək zamanıdır”. www.apa.az. 2008;

(5)   –  «Статус Южного Тироля». www.dic.academic.ru. 2005;

(6)    - “Statussuz status”. Media Forum. 2010;

Qarabağ Şurasının növbəti toplantısı 23 noyabrda Helsinki Vətəndaş Assambleyasının Bakı ofisində keçirilib.
Qarabağ Şurasında həmsədrlik institutu və ABŞ səfirinin  durumu mövzuları müzakirə olundu

Şura üzvləri Minsk Qrupundakı  həmsədrlik məsələsini, qonşu  Rusiya və İranda son prosesləri, o  cümlədən ABŞ Konqresinə  erməni  lobbisinin artan təzyiqlərini  müzakirə ediblər.

Şura üzvləri Avropa Birliyinin xarici münasibətlər və siyasi  təhlükəsizlik üzrə ali nümayəndəsi Ketrin Eştonun Cənubi  Qafqaza səfərini müzakirə edərək, Minsk Qrupunda Fransanın  Avropa Birliyinin nümayəndəsi ilə dəyişdirilməsi imkanlarına    toxunublar. Eldar Namazov həmsədrlikdə Fransanın Avropa Birliyi nümayəndəsi ilə dəyişdirilməsinin Azərbaycanın manevr imkanlarını artıracağını bildirib: “Məsələ burasındadır ki, Avropa Birliyinin bir çox ölkəsi fəal şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. ATƏT-dən fərqli olaraq Avropa Birliyində münaqişələrin həllində iştirak edə biləcək və sülhməramlıları formalaşdıracaq silahlı qüvvələr də var. Bundan başqa Azərbaycan Avropa Birliyi məkanında münaqişənin həlli məqsədilə diplomatik imkanlarını artırmaq fürsətinə də malik olacaq”. Sabit Bağırov Fransadan daha çox Avropa Birliyinin bölgənin enerji layihələrində maraqlı olduğunu, NABUCCO-nu hərəkətə gətirmək üçün danışıqları intensivləşdirdiyini xatırlatdı: “Avropa Birliyinin Şərq Tərəfdaşlıq Proqramı münaqişələrin sülh yolu ilə həllini, o cümlədən vahid siyasi-iqtisadi məkana inteqrasiyanı diqtə edir”. Buna baxmayaraq, Qarabağ Şurasının bəzi üzvləri Avropa Birliyinin Dağlıq Qarabağ münaqişəsinin həllində fəal olacağı fikrinə şərik olmadıqlarını söylədilər. Nicat Səmədoğlu münaqişənin həllinin müzakirəsinin Avropa Birliyi müstəvisinə keçidinin keyfiyyətcə yeni heç nə gətirməyəcəyini bildirdi. Zərdüşt Əlizadə isə münaqişənin həllində Fransa ilə ABŞ-n maraqlarının kəsişmədiyini söylədi: “Cənubi Qafqazda əsas iki oyunçu var – Rusiya və ABŞ. Bu iki ölkə isə bölgədəki münaqişələrin həllinə maraq göstərmir”. Arzu Abdullayeva Brüsseldə hələ bir müddət öncə Fransanın Avropa Birliyi ilə əvəzlənməsinin aktual olmadığını qeyd etdi: “Bu məsələnin neqativ tərəfi odur ki, qurumun 27 ölkəsi var və bu hal qərarların qəbulunu çətinləşdirir. Bu sıraya bürokratik və siyasi əngəllləri də əlavə etmək lazımdır”.

Qarabağ Şurasının iclasında Rusiya və İrandakı son duruma da toxunlub. Şura üzvləri faktlardan çıxış edərək, hər iki ölkənin əvvəlkitək Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı olmadığını söylədilər.

Elxan Şahinoğlu “Dağlıq Qarabağ münaqişəsinin həlli yolları və gələcək gözləntilər” mövzusunda Tərtər, Bərdə və Göyçayda məruzələr etdiyini bildirərək, yerlərdə insanların münaqişənin həlli ilə bağlı prosesləri ciddi izlədiklərini və maraqlı arqumentlərlə çıxış etdiklərini soylədi: “Bu 3 rayonda Qarabağla bağlı 9 sualdan ibarət sorğu keçirtdim. Nəticədə hər 3 rayonda münaqişənin həllinin sülh yolu ilə üstünlük verənlərin sayı müharibə variantına üstünlük verənlərin sayından çox çıxdı”.

Qarabağ Şurasının sonunda ABŞ Senatında bu ölkənin Azərbaycandakı səfirinin səlahiyyət müddətinin uzadılıb-uzadılmaması məsələsinə toxunuldu. Şura bununla bağlı müraciət hazırlamağı və bu sənədi ABŞ-ın müvafiq qurumlarına göndərməyə qərara aldı. Müraciətdə erməni lobbisinin təsiri altında olan bir neçə konqresmenin Azərbaycana səfirin kimin göndərilib-göndərilməməsinin müəyyənləşdirməsindən narahatlığın yer alacağı vurğulandı.

Əsgər ataları övladlarının taleyindən narahatdır
“Ordudakı acınacaqlı vəziyyət hərbiyönümlü qeyri-hökumət təşkilatlarının bir araya gəlməsi zərurətini yaradıb”. Bu fikir Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsində (HVAAMK) 15-ə yaxın təşkilat sədrinin iştirakı ilə keçirilən tədbirdə səslənib və birgə fəaliyyət göstərmək qərara alınıb. Tədbirdə iştirak edən Qəbələ sakini Nazim Məhərrəmov oğlunun “N” saylı hərbi hissədən itkin düşməsindən danışıb: “İki oğlum var. Bəhruz hərbi xidmətdə olub və qayıdıb. 1992-ci il təvəllüdlü kiçik oğlum Ceyhun 2010-cu ilin yanvarında həqiqi hərbi xidmətə getdi. O, Goranboy rayonunun Gülüstan kəndi yaxınlığındakı “N” saylı hərbi hissədə xidmət edirdi. 2010-cu il oktyabrın 25-də Ceyhun postda olub. Qanunla postda 2 əsgər olmalıdır. Amma nədənsə həmin gün Ceyhunu postda tək qoyublar. Gecə saat 3 radələrində onunla əsgər yoldaşları arasında mübahisə olub. Buna səbəb isə Ceyhunun

postda yatması olub. O, yatarkən əsgər yoldaşları onun silahının sandıqçasını götürüblər və qaytarmaq

üçün 5 manat pul istəyiblər. Bundan sonra Əsgər atası oğlunun başına gətirilənlərdən danışır Ceyhun itib. 9 aydır ki, gecəmiz-gündüzümüz yoxdur.  Onun yolunu gözləyirik”. N.Məhərrəmov deyib ki, oğlunun tapılması üçün hərbi hissə yaxınlığındakı kəndləri, meşələri gəziblər: “Meşədə qarşımıza çıxanlar dediklər ki, gedin, oğlunuzu hərbi hissədə axtarın. Gülüstan kəndində isə mənə dedilər: “Ceyhunu get o qan içən komandirdən soruş”. Komandir heç bir səbəb göstərmədən mənimlə görüşmür. Onunla xidmətdə olan əsgərlər də eyni sözləri təkrarlayırlar”. N.Məhərrəmovun sözlərinə görə, oğlu itkin düşəndən sonra Hərbi Prokurorluq fakta görə fərarilik maddəsi ilə cinayət işi başlayıb: “Müstəntiqlə görüşürəm, o oğlumla bağlı axtarış işinin olmasını deyir. Amma mənə işdəki heç bir sənədlə tanış olmağa imkan vermir. Deyir ki, nəyinə lazımdır”. Tədbirdəki QHT rəhbərlərinə müraiət edən N. Məhərrmov oğlunun dirisinin və ya ölüsünün tapılması üçün ona yardım etmələrini xahiş etdi: “Artıq doqquz aydır ki, üzüntü içində qapıları döyürük. Hər hansı bir nəticə yoxdur. Oğlumun itgin düşməsi, müəmmalı şəkildə yoxa çıxması həyatımızı iflic edib”.

Tədbirdə iştirak edən digər əsgər atası Elman Əhmədli isə əlil oğlunun hərbi xidmətə aparıldığını söylədi: “Oğlum Şəhriyar Əhmədli 1992-ci ildə anadan olub. Anadangəlmə gözlərində problemi vardı. Sonradan onu maşın vurdu və gözləri daha da zəiflədi, başı da zədələndi. 18 yaşına kimi o, əlil olduğuna görə pensiya alırdı. 13 sentyabr 2010-cu ildə oğlum Qəbələ Rayon Hərbi Komissarlığının göndərişi ilə Zərifə Əliyeva adına Milli Oftomologiya Mərkəzində müayinə olundu. Həmin müayinənin cavablarında oğlumun hərbi xidmətə yararsız olduğu yazılmışdı. Müayinəyə dair arayışı Qəbələ Rayon Hərbi Komissarlığına təqdim etdik. Lakin hərbi komissar arayışı bir kənara tullayıb oğlumu Bakıdakı Hərbi Hospitala təkrar müayinəyə yolladı və oğlumun sağlam olması barədə saxta arayış aldı”. Əsgər atası deyir ki, hərbi komissar oğlunun hərbi xidmətə aparılmaması üçün ondan 2 min manat rüşvət istəyib: “Dedim ki, kasıb adamlarıq, bizdə bu qədər pul yoxdur. Bundan sonra o, oğlumun hərbi xidmətə yararsız olması barədə Milli Oftomologiya Mərkəzinin verdiyi arayışı işin içində götürüb gizlədib. 2011-ci ilin yanvar ayının 4-də isə evimizə hərbi komissarlığın işçiləri ilə polis əməkdaşları basqın etdilər. Oğlumu döyə-döyə özləri ilə apardılar. Sonradan bildik ki, oğlumu Daxili Qoşunların Bakıdakı hərbi hissələrindən birinə aparıblar. Oğlumu orada yenidən müayinədən keçirəndə onun xidmətə yararsız olduğu müəyyən edildi. 11 yanvar 2011-ci ildə Şəhriyarı evə göndərdilər. 12 gün sonra Qəbələ hərbi komissarının göstərişi ilə oğlumu qanunsuz olaraq yenidən hərbi xidmətə apardılar. Beyləqandakı hərbi hissələrdən birnə göndərilən Şəhriyar zəng edib dedi ki, fevralın 13-də andiçmə mərasimi keçiriləcək. Həmin gün mən ailə üzvlərimizlə hərbi hissəyə getdik”. E.Əhmədli deyir ki, oğlunu cərgəyə dayanmış əsgərlər arasında tapmayıb: “Uzun axtarışlardan sonra Şəhiyarı əsgər yataqxanasında tapdıq. Bizi görəndə ağladı. Dedi ki, əgər mən yararlıyamsa, niyə mənə and içməyə imkan vermirlər? Yararlı deyiləmsə, niyə burdayam? Oğlumun suallarına bu günə kimi heç kim cavab vermir. Mənim şikayətlərimdən sonra oğlumu hərbi hospitala köçürdülər. 15 gün göz, 45 gün isə nevrologiya şöbəsində saxladılar. Orada şöbə müdiri olan Elxan həkimlə söhbətlərim olub. O deyir ki, oğlun hərbi xidmətə yararlı deyil, amma mən onun hərbi xidmətə yararsız olmasını yaza bilmərəm. Mənə təzyiq edərlər. Beləcə gözü görməyən oğlumu hərbi hissəyə yolladılar”.

Tədbirdə iştirak edən Silahlı Qüvvələrə Demokratik Vətəndaş Nəzarəti Mərkəzinin rəhbəri Ələkbər Məmmədov bildirdi ki, hərbi komissarlıqlar plan doldurmaq üçün xidmətə yararsız vətəndaşları sağlam məmur övladlarının əvəzinə hərbi xidmətə yollayırlar: “Rəhbərlik etdiyim mərkəzə Astaranın Suparibağ kəndinin sakini Vüqar Əliyevin yaxınları müraciət ediblər. 1993-cü il təvəllüdlü Vüqarda anadangəlmə psixi çatışmazlıqlar var. Bununla belə, Astara hərbi komissarlığı onu hərbi xidmətə yollayıb. Biz bu məsələni araşdırdıq. Bu il iyulun 4-dən xidmətdə olan Vüqar Əliyevi sentyabrın 8-də xəstəliyini əsas gətirib təxris etdilər. Demək istəyirəm ki, rüşvət və korrupsiyanın içində boğulan məmurlar vətəndaşların hüquqlarını bilməməsindən istifadə edir”. Ehtiyatda və İstefada olan Zabitlər İctimai Birliyinin sədri Yaşar Cəfərli də Ə.Məmmədovun fikirlərinə şərik olduğunu dedi. Bildirdi ki, Müdafiə Nazirliyinin rəhbərliyinin başı şəxsi intriqalara qarışıb: “Səfər Əbiyevlə Nəcməddin Sadıqovun arasındakı qarşıdurma ordudakı pis olan durumu daha da dərinləşdirib. Vəziyyət həqiqətən də acınacaqlıdır. Vətəndaşların hərbi xidmətə çağırılması işinin hərbi komissarlıqlardan alınaraq Müdafiə Nazirliyinə veriliməsi bizdə ümid yaratmışdı ki, bu proses şəffaf keçiriləcək. Amma indi biz bunun əksini görürük. Nəcməddin Sadıqov öz adamları vasitəsilə vicdansızcasına çağırışçıların valideynlərini soyur”.

O, atəşkəs dövründə 3 min 500 hərbiçinin dünyasını dəyişdiyini, onlardan yalnız 12 faizinin döyüşlərdə şəhid olduqlarını söylədi: “Qalanları aclıqdan, müxtəlif xəstəliklərdən ölüb və ya döyülərək öldürülüb, bir-birilərini güllələyiblər. Bunlar hamsı ordu rəhbərliyindəki rüşvət və korrupsiyanın təzahürüdür”.

HVAAMK-nın qərb bölgəsi üzrə nümayəndəsi Aslan Vəliyev isə dünyasını dəyişən və ya itkin düşən  hərbiçilərin yaxınlarına sığorta məbləğinin verilməsi məsələsində çox ciddi problemlərin olduğunu dedi: “Bu məbləğ 11 min manatdır. Bu pulu adi qaydada hərbiçinin ailəsinə verməli olduqları halda vermirlər. Bizə müraciət edən onlarla hərbiçinin yaxınlarına bu pulu məhkəmə yolu ilə alıb vermişik. Hətta ölmüş hərbçilərin sığorta pulunu da vermirlər”.

Hərbi hüquqşünas Telman Əbilov isə bildirdi ki, Müdafiə Nazirliyinin rəhbərliyində olanların çoxsaylı evləri, villaları olduğu halda 12 min zabit evsizdir: “Milli Ordu yarananda rus hərbiçilər Azərbaycandan getdilər. 100 min mənzil boşaldı. Həmin mənzillər kimə verilib, bilinmir. Zabit 300 manat əmək haqqı, 47 manat isə ev kirayə etməyə pul alır. 47 manata kirayə ev var? Bəs gənc zabitin ailəsi, uşağı çorək yemir? Axı zabitləri bu vəziyyətə niyə salırlar? Prezident deyir ki, hərbi büdcəmiz 3.3 milyarddır. Bu pullar hara gedir? Evi belə olmayan zabit vətəni necə qoruyacaq?”                                                                                                                                                                                                                                                                Tədbirin sonunda qərara alındı ki, hər iki əsgər atasının müraciətləri ilə bağlı araşdırmalar aparılsın və zərurət yarandığı halda məhkəməyə müraciət olunsun.

http://var.az