Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə Hörmətli cənab prezident! Mən Azərbaycanda demokratikləşmə prosesinin əsasında duran, ölkəmizin təkcə təbii sərvətlərinə görə deyil, eləcə də mədəniyyət səviyyəsi, intellektual potensialı, demokratik dəyərlərin institutlaşması dərəcəsi, ilk növbədə İnsan Haqları və qanunun aliliyi prioritetinin təyin edilməsi sayəsində Qərbin demokratik ölkələri ilə bir sırada durmasına ömrünün 20 ilini həsr etmiş bir [...]