
“Ordudakı acınacaqlı vəziyyət hərbiyönümlü qeyri-hökumət təşkilatlarının bir araya gəlməsi zərurətini yaradıb”. Bu fikir Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsində (HVAAMK) 15-ə yaxın təşkilat sədrinin iştirakı ilə keçirilən tədbirdə səslənib və birgə fəaliyyət göstərmək qərara alınıb. Tədbirdə iştirak edən Qəbələ sakini Nazim Məhərrəmov oğlunun “N” saylı hərbi hissədən itkin düşməsindən danışıb: “İki oğlum var. Bəhruz hərbi [...]