"I disagree with what you say, but I will defend to the death your right to say it" François-Marie Arouet (Voltaire)
Helsinki Vətəndaş Assambleyasının (HVA) Azərbaycan nümayəndəliyinin rəhbəri Arzu Abdullayeva yenicə azadlığa çıxan siyasi məhbus Eynulla Fəttulayevlə görüşüb. “Gündəlik Azərbaycan” və “Realniy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Arzu xanıma göstərdiyi hər bir köməkliyə görə təşəkkürünü bildirirdi. Onun azadlığa çıxmasında hüquq müdafiəçilərin də böyük rolu olduğunu vurğuladı.
Sonra A.Abdullayeva E.Fətullayevlə ölkədə və dünyada baş verən siyasi, ictimai məsələləri müzakirə etdilər.
This post is also available in: Russian