|

«Azərbayjan naminə ictimai forumun» Nardaran kəndində vəziyyətlə bağlı

BƏYANATI

Heç həs üçün sirr deyil ki, işsizlik, işıq və qaz təjhizatının bərbad vəziyyəti Azərbayjanın bütün kəndlərinin əhalisini dözülməz həyata məhkum etmişdir. Nardaranlılar «İnsan hüquqları haqqında beynəlxalq bill»in ümumi bəyannaməsinin iş hüququnu tə’min edən 23-jü maddəsinə və layiqli həyat səviyyəsi hüququnu tə’min edən 25-ji maddəsinə istinad edərək öz hüquqlarını Azərbayjan hakimiyyətindən tələb edirlər. Onların bu konstitusion tələblərinə hansısa siyasi don geyindirmək jəhdləri ədalətsizlikdir.

Azərbayjan naminə ijtimai forum (ANİF) Azərbayjan hakimiyyətini Nardaran əhalisinin ağsaqqalları ilə dialoqa başlamağa çağırır. Bu dialoq hadisələrin hər hansı bir arzuolunmaz inkişafının qarşısını almaq üçün ən səmərəli addımdır. Dialoq zamanı kənd sakinlərinin haqlı tələblərinin yerinə yetirilməsi müddəti və yolları müzakirə edilməlidir. ANİF hökumətin öz sosial-iqtisadi siyasətini dəyişməsini zəruri sayır. Hal-hazırda respublika əhalisinin ərzağının əsas hissəsi idxal olunur. Azərbayjan neftinin gəlirləri xariji istehsalçıların və yerli idxal inhisarçılarının jibinə gedir. İxraj nəinki həvəsləndirilmir, əksinə, hökumət yerli məhsulların ixrajına sədd çəkir. Belə iqtisadi siyasət Azərbayjanda geniş işsizlik və yoxsulluq yaradır. Tə’jili olaraq yerli istehsalın, ilk növbədə aqrar məhsul istehsalının geniş maliyyələşdirilməsinə başlanmalıdır. Korrupsiyaçı mə’murların talanının qarşısını almaq məqsədilə belə bir proqramı Nardaran kəndindən başlamaq və kreditlərin ayrılması işinə kənd ijmasını, kənd ağsaqqallarını jəlb etmək əsl demokratik addım olardı. Sovet hakimiyyəti illərində bəd niyyətlə Bakı kəndlərindən alınmış torpaqların öz qanuni sahiblərinə qaytarılması da işsizlik probleminin həllinə müsbət tə’sir göstərə bilərdi.

ANİF Nardaran sakinlərini səbirli olmağa və bu dinj və qanuni hərəkatı zorakı yola çəkmək jəhdləri olarsa, belə jəhdlərə aldanmamağa çağırır.

ANİF Nardaran sakinlərinin sosial tələblərini müdafiə edir və bu tələbləri Azərbayjan xalqının demokratiya və insan hüquqlarına sahib durmaq əzminin nişanəsi sayır.


Share and Enjoy:
  • Twitter
  • Facebook
  • Digg
  • del.icio.us
  • Google Bookmarks
  • Print
  • MySpace
  • Live
  • LinkedIn
  • MSN Reporter
  • Yahoo! Bookmarks

Leave a Reply

*

IMPORTANT! To be able to proceed, you need to solve the following simple math (so we know that you are a human) :-)

What is 3 + 5 ?
Please leave these two fields as-is: