Wisdom of Life

Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsində baş vemiş hadisələrlə bağlı və hakimiyyət orqanlarının həyata keçirtdiyi tədbirlərə dair İnsan hüquqlarını müdafiə edən təşkilatların «Monitorinq Qurupunun»

R Ə Y İ

Davamlı sosial-iqtisadi böhran əhalinin daha da yoxsullaşmasına, onların maddi vəziyyətlərinin son dərəcə ağırlaşmasına gətirib çıxarıb. Rəsmi məlumatlara görə ölkə əhalisinin 64%-dən çoxu kasıblıq həddindən aşağı vəziyyətdədir. Əslində isə bu rəqəm daha da böyükdür. İş əldə etmək və maddi durumlarını yaxşılaşdırmaq üçün ölkə əhalisinin əmək qabiliyyətli xeyli hissəsi Azərbaycanı tərk edərək işçi miqrant qismində başqa ölkələrə, əsasən də Rusiya Federasiyasına və yaxın şərq ölkələrinə getmişdir. Bütün bu məşəqqətlərə baxmayaraq bu gün də ölkə əhalisi iş dalınca ölkəni tərk etməkdə davam edir.

Korrupsiyanın görünməmiş miqyası, traybalizim, rüşvətxorluq, məmur özbaşınalığı xırda və orta biznesin inkişafını olduqca əngəlləyir və nəticədə əvvəllərdə mövcud olan kiçik biznes obyektləri də sürətlə bağlanır və sıradan çıxır. Bütün bunların fonunda hakimiyyətə qazanc aləti kimi baxan bir ovuc insan ifrat dərəcədə varlanmış və olduqca təmtəraqlı həyat şəraiti sürürlər.

Yuxarıda sadalanan faktorlar və eyni zamanda elementar məişət problemləri, o cümlədən işıq, qaz, su, nəqliyyat problemləri vaxtaşırı olaraq əhali arasında bu və ya digər formada etirazlar doğurur. Sadalanan sosial-iqtisadi problemlərlə yanaşı ölkədə bu kimi etirazları döğuran siyasi səbəblərin də mövcudluğu şəksizdir. Ölkə və beynəlxalq müşahidəçilərin qənaətlərinə görə son illərdə Respublikada bütün səviyyələrdə keçirilən seçkilərin, o cümlədən bələdiyyə, parlament və prezident seçkilərinin nəticələri total şəkildə saxtalaşdırılmışdır ki, bu da insanların seçki hüquqlarının faktiki olaraq sərt dərəcədə məhdudlaşdırılmasına gətirib çıxarmışdır.

Hakimiyyət orqanları əhalinin etirazlarına olduqca sərt cavab verir, hər hansı kütləvi çıxışlar dərhal qeyri-adekvat güc tətbiq etməklə əzilir. Belə tədbirlərdə fəallıq edənlər cinayət məcəlləsinin müxtəlif maddələri ilə həbs olunur və nəticədə siyasi məhbusların sayı azalmaq bilmir, baxmayaraq ki, son illərdə onların bir qismi əfv olunmuşdur.

Şəki, Cəllabad, Nehrəm, Ağdaş hadisələri, Vətən müharibəsi əlilərinin haqlı tələbldərinin hakimiyyət tərəfindən qəddarlıqla yatırılması buna misal ola bilər.

Belə çıxışların baş verdiyi məntəqələrdən biri də Bakının digər kəndləri kimi dərin sosial-iqtisadi böhran keçirən Nardaran qəsəbəsidir.

Əslində qəsəbə sakinlərinin tələbləri haqlı, onların həlli isə hakimiyyət orqanlarının imkanları daxilində olmuşdur. Bu tələblər: qəsəbənin işıq, qaz və nəqliyyatla təmin olunması, əhalinin məşğulluğu üçün tədbirlərin görülməsi və onların ehtiyaclarına biganə yanaşan qəsəbə üzrə hakimiyyət nümayəndəsinin vəzifəsindən kənarlaşdırılması və s. kimi tələblər olmuşdur.

3 iyun 2002-ci ildə qəsəbəyə gələn dövlət nümayəndələri Rayon icra hakimiyyəti Başçısının qəsəbə üzrə nümayəndəsinin işdən kənar edilməsi tələbi ilə bağlı danışıqlar aparmaq bəhanəsi ilə kəndin 8 nəfərdən ibarət nüfuzlu şəxslərini nümayəndəliyə dəvət etmiş və onları həbs edərək naməlum istiqamətə aparmışlar. Hadisəni eşidən qəsəbə əhalisi dərhal qəsəbədəki meydana toplaşmış, onların toplanmağına mane olan polis və ordu birləşmələri ilə qarşıdurma yaranmışdır. Yaranmış qarşıdurma şəratində asayişi təmkinlə bərba etmək əvəzinə hakimiyyət qeyri-adekvat güc tətbiq etmiş və tələb olunan zəruri həddi aşaraq silah tətbiq etmişdir. (halbuki qarşı tərəf yalnız küçədə olan daş qırıqlarından istifadə etmişdir). Nəticə faciə ilə bitmişdir. Gülləbaran zamanı qəsəbə sakini Əlihəsən Ağayev, aldığı güllə yarasından həlak olmüş, onlarla insan yaralanmışdır. Dövlət və şəxsi əmlaka xeyli ziyan dəymişdir. Baş verən hadisələrin birbaşa nəticələrindən əlavə digər ağır nəticələrə səbəb olmuş hadisələr də baş vermişdir. Hadisələrdən sonra yaranmış kəskin psixolji şəraitin yaradığı stress nəticəsində qəsəbə sakinləri olan 4 qadın vəfat etmiş, üç qadın dünyaya ölü uşaq gətirmişdir. Həyata keçirilən əməliyyatları neəticəsində 24 nəfər həbs olunmuşdur. Həbs olunanlara münasibətdə çoxsaylı qanun pozuntularına üol verilmiş, o cümlədən onlara işgəncələr vəerilmiş və təhqirlərə məruz qalmışlar. Həbs olunanların saxlandıqları yer barədə onların qohumlarına heç bir məlumat verilməmiş, onlar uzun müddət vəkillə təmin olunmamışlar. Rəsmi olaraq heç bir fövqaladə vəziyyət elan olunmadan və qadağan vaxtı və karantin tətbiq edilmədiyi halda qəsəbə hər tərəfdən polis və daxili qoşun birləşmələri tərfindən blokadaya alınmış, postlar qurularaq qəsəbəyə giriş və çıxış ciddi surətdə məhdudlaşdırılmışdır. Qəsəbədə stress nəticəində tibbi yardım almağa ehtiyacı olanlara tibbi yadım almaq ikanı verlməmiş, müstəqil həkimlərin qəsəbəyə tibbi yardım göstərmək üçün daxil olmalarına yol verilməmişdir. Şəhərə gedib gələn qəsəbə sakiləri əsassız və üzücü yoxlamalara məruz qoyulmuş, yoxlamalar zamanı onlara maddi və mənəvi ziyan vurulmuşdur və hazırda tətbiq olunmuş bu qeyri-qanuni qadağa rejimi davam etməkdədir.

Hakimiyyət orqaqanları baş vermiş hadisələri ciddi surətdə təhqiq etmək, hakimiyyət nümayəndələrinin ağır nəçticələrə səbəb olmuş hərəkətlərinə qiymət vermək və günakarları cəzalandırmaq əvəzinə qəsəbə sakinlərinə qarşı rəsmi KİV-də total böhtan kampaniyasına rəvac vermişdir. Baş vermiş hadisələri kənar qüvvlərin əli ilə törədildiyini və hadisələrin dini fanatizm zəmnində baş verməsini təbliğ edən hakimiyyətin bu kampaniyası tezliklə uğursuzluğa düçar olmuş və heç bir xarici ölkə və beynəlxalq təşkilat bu çıxışları dini fanatizmin nəticəsi kimi qiymətləndirməmişdir.

Baş vermiş hadisələri lap əvvəldən müşahidə etmiş və qanusuzluqların qarşısının alınması üçün zəruri olan bütün qanuni vasitələrdən istifadə etmiş İnsan hüquqlarını müdafiə edən təşkilatların «Monitorinq qrupu» aşağıdakı qənaətə gəlmişdir:

Qəsəbə sakinləri sosial –iqtisadi tələblər irəli sürməkdə tamamilə haqlıdırlar və onların bu haqqı ölkə Konstitusiyasında və Azərbaycanın tərəfdar çıxdığı Beynəlxalq normalarda əks olunubdur.

Qəsəbə sakinləri yerli hakimiyyətin qəsəbə üzrə nümayəndəsinin vəzifəsindən onların problemlərinə etinasız yanaşdığı üçün kənərlaşdırılması tələbi qanuna zidd deyildir və ölkə əhalisinin onların etimadını doğrultmayan bütün vəzifəli şəxslərin, o cümldən Prezidentin istefasını tələb etmək hüququ vardır. Bu hüquq ölkə Konstitusiyasının 54 və 55-ci maddələrində əks olunmuşdur;

Hakimiyyətin provakasiyasının nəticəsi olaraq baş vermiş iğtişaş zamanı hakimiyyət orqanlarının tətbiq etdiyi güc zəruri həddən artıq olmuş və əhaliyə qeyri-adekvat güc tətbiq olunmuşdur ki, bu da Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq normalara ziddir;

Həbsə alınanlara münasibətdə Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin 3-cü hissəsinin və 67-ci maddəsinin, Cinayət-prosessual məcəllənin bir çox müddəaları, Mülki və siyasi hüquqlara dair Beynəlxalq Paktın 7, 9, 10-cu maddələrində əks olunmuş hüquqları, İnsan hüquqları və Əsas Azadlıqlara dair Avropa Konvensiyasının 5-ci maddəsinin tələbləri ciddi surətdə pozulmuşdur;

Hadisələr baş verdikdən sonra qəsəbə ətrafında silahlı polis və ordu birləşmələrinin saxlanılması, insanların hərəkət etmək hüququnun məhdudlaşdırılması ölkə Konstitusiyasına, Mülki və Siyasi Hüquqlara dair Beynəlxalq Pakta və İnsan hüquqları və Əsas Azadlıqlara dair Avropa Konvensiyasının tələblərinə ziddir;

Bunlardan əlavə əhaliyə və yaralananlara tibbi yardımın göstərilməsinin qarşısını almaq, qanunsuz axtarışlar aparmaq, insanları və onların əşyalarını əsassız olaraq yoxlamaq kimi hərəkətlər də Milli qanunvericiliyə və beynəlxalq normalara ziddir.

Yuxarıda şərh olunanları təhlil edərək İnsan hüquqlarını müdafiə edən təşkilatların “Monitorinq qrupu” belə qənaətə gəlmişdir ki, baş verən hadisələrə görə birbaşa məsuliyyət hakimiyyət orqanlarının üzərinə düşür. Hakimiyyət orqanlarının öz vətəndaşlarının hüquq və azadlıqlarını təmin etmək və dialoq aparmaq əvəzinə onlarla zor və güc dilində danışması Milli qanunvericiliyə və beynəlxalq normalara ziddir.

İnsan hüquqlarını müdafiə edən təşkilatların “Monitorinq Qrupu”

About Author: admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *


*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>