Wisdom of Life

Seçki Xəbər Mərkəzi saat 16.00 (ikinci)

72 saylı Dairədə də total saxtakarlıq olub

Jurnalist Samir Kazımlının verdiyi məlumata görə, 72 Saylı Seçki Dairəsində total saxtakarlığa başlanıb. Seçicilərin aktivliyini görən məntəqə sədrləri şəxsiyyət vəsiqələrini toplayırlar ki, seçicilər səsvermədə iştirak etməsinlər. Bunu ona görə belə edirlər ki, sonra onlar üçün saxtakarlığın həyata keçirilməsi asanlıqla baş tutsun. Bu dairədə hakimiyyətin namizədinin xeyrinə saxtakarlığın edilməsi qaçılmazdır.

Jurnalistləri görən saxtakarlar dərhal məntəqəni tərk edib

15 Saylı Seçki Dairəsindən iki müşahidəçi seçki prosesini pozma adı ilə 14-15 saylı məntəqələrdən müşahidəçilər kənarlaşdırılıb. Onlardan biri “İnsan naminə”blokunun, digəri isə müstəqil müşahidəçi olub. 14 saylı məntəqədə isə jurnalistlərin olduğunu bilən “karusel” iştirakçıları tələsik oranı tərk ediblər.

Uşaqlarda olan fərasətə bax

17 Saylı Seçki Dairəsinin 23-24-25 saylı məntəqələrin yerləşdiyi binanın önündə 3 azyaşlı uşaq müstəqil namizəd Ülvi Quliyevin portretini əllərində tutaraq seçiciləri ona səs verməyə çağırıb. Uşaqlar təbliğat zamanı maraqlı təkliflə çıxış ediblər. “Atamız ona səs verib, siz də ona səs verin”

Bu barədə müşahidəçilərdə videogörüntülər də var.

Kameralar seçicilərin az olduğu məntəqələrə quraşdırılıb

Jurnalist Nicat Səmədoğlunun bildirdiyinə görə, 16 saylı Yasamal Seçki Dairəsinin əksər məntəqələrində olub. Müşahidə edib ki, web kameralar yalnız seçicilərin azlıq təşkil etdiyi bir neçə məntəqəyə quraşdırılıb.

Vahid Əhmədovun adamları seçicilərin iradəsinə mane olurlar

52 Saylı Dairədən namizəd Vaqif Arzumanlı zəng edib bildirir ki, onun müşahidəçiləri bütün dairə boyu qanun pozuntusu ilə rastlaşıblar. Büdcə təşkilatından maliyələşən işçiləri rayon rəhbərliyi Vahid Əhmədova səs verməyə yönəldirlər. 34 saylı məntəqənin qarşısında Vaqif Kərimov adlı şəxs dayanıb seçkiyə gələnləri V.Əhmədova səs verməyə çağırır. Qubada yerləşən Daxili Qoşunların heyəti adından Qubada yerləşən Daxili Qoşunların heyəti adından 9 saylı məntəqədəki qutulara bülletenlər atılır. Əksər məntəqələrin önünə icra hakimiyyəti tərəfindən 5-6 nəfər təhkim olunub. Onlar məntəqəyə gələn seçicilərə Vahid Əhmədova səs verməyə çağırırlar. Səs verməyə gələnlər az olduğundan xüsusi maşınlar və avtobuslar vasitəsilə seçicilər gətirilir.

V.Arzumanlı əlavə olaraq onu da bildirib ki, Qubanın Qımıl kəndində yerləşən 19 saylı məntəqədə müşahidəçisi Mübariz Tanrıverdiyevi içiriblər. Onun əlində olan müşahidə vərəqində saxtakarlıq edib 49-un önünə 2 rəqəmini artıraraq 249 edib və qutuya Vahid Əhmədovun xeyrinə 249 bülleten atıblar. Bu faktı isə namizədin vəkili Mübariz Ərəbov tərəfindən aşkar edilib.

Adıçəkilən dairədən namizədliyi qeydə alınmış Firudin Kazımlı isə digər pozuntular ilə bağlı məlumat verir. Bildirir ki, seçicilər səsvermədə passiv iştirak etdiyindən orta məktəb direktorları, təhkimçilər və məntəqə sədrləri qapı-qapı düşüb şəxsiyyət vəsiqələrini toplayıb onların yerlərinə səs verirlər. MDB müşahidəçilər qrupu da səsvermə prosesini izləyirlər.

Seçici atasının yerinə başqasının imza ataraq səs verdiyini deyir

34 saylı Xətai seçki dairəsinin 29 saylı məntəqəsində seçici Əliyeva Aynur Əli qızı səsvermədə iştirak edən zaman görüb ki, atası Əliyev Əli İsaq oğlunun əvəzinə siyahıda imza atıb, onun yerinə səs veriblər. Bu barədə jurnalist Elmin Həsənliyə Aynur Əliyevanın özü məlumat verib.

DSK üzvləri müşahidəçilərə hücum edib

Jurnalist Vüsalə Rüstəmova isə 35 saylı Xətai Seçki Dairəsinin 10 saylı məntəqəsində şəxsiyyət vəsiqələri yoxlanmadan səsverməyə şərait yaradıldığını bildirir. Jurnalist həmçinin barmaqları mürəkkəblənmiş şəxslərin də təkrar səsverməyə buraxıldığını deyir. Buna etiraz edən müşahidəçilərin üzəlinə DSK üzvləri Rahilə Ağayeva və Ayğün Cəfərova hücum çəkiblər.

265 saylı məktəbdə yerləşən 7-8-9-10 saylı məntəqələrdə baş verən total saxtakarlıqla bağlı MSK-ya şikayət verildiyindən adıçəkilən məntəqələrdə ombudsman Elmira Süleymanova və MDB müşahidəçiləri olub. Müşahidəçilər saxtakarlıq və qanun pozuntuları ilə bağlı ombudsmana məlumat vermələrinə baxmayaraq, o, heç bir qanun pozuntusunun olmadığını bildirərək məntəqələri tərk edib.

26 Saylı məntəqədə isə qutuya bülletenlər atılması faktı aşkar olunub. Fakt YAP-ın namizədi Elvin Qədirlinin müşahidəçisi tərəfindən aşkar olunub. Hər bir qanun pozuntusu müşahidəçilər tərəfindən aktlaşdırılıb.

Namizədin 2 müşahidəçisi və bir vəkili polislər tərəfindən saxlanıb

Deputatlığa namizəd Mehriban Zeynalovanın verdiyi məlumata görə, 27 Saylı Sabunçu Seçki Dairəsinin 16 saylı məntəqəsində ATƏT-in müşahidəçilərinin gözləri önündə ciddi qanun pozuntusu qeydə alınıb. Məktəb direkoru Şəlalə xanım tərəfindən namizəd Qabil Salahzadənin xeyrinə qutuya 100 bülleten salınan ərəfədə yaxalanıb. Bu barədə akt tərtib olunub. Namizəd Fərrux Zeynalovun adamları isə onun xeyrinə “karusel” əməliyyatından istifadə edirlər. 10 TS 715 nömrəli avtobusla gətirilən şəxslər bir neçə məntəqədə səs veriblər. M.Zeynalovanın 2 müşahidəçisi və bir vəkili bu qanunsuzluğa etiraz etdiklərinə görə polislər tərəfindən saxlanaraq Sabunçu rayon 12 saylı polis bölməsinə aparılıb.

Elmira Axundovanın xeyrinə saxytakarlıq

“Demokratiyanı Öyrətmə İctimai” Birliyinin müşahidəçisi İldırım Nəzərovun bildirdiyinə görə, 71 Saylı Masallı (kənd) Seçki Dairəsinin 11, 12, 20, 32, 33 saylı məntəqələrdə səs verən seçicilərə namizəd Elmira Axundovanın önündən xətt çəkilmiş bülletenlər verilib.

Seçki saxtakarlığında məcburi köçkünlərdən də istifadə olunub

Gün ərzində aldığımız məlumatlardan bəlli oldu ki, 15 Saylı Seçki Dairəsinin əksər məntəqələrində total saxtakarlıq qeydə alınıb. Belə ki, 9 saylı məntəqədə bülletenlər sayılan vaxtı 10-u artıq çıxıb. 14-15 saylı məntəqələrdə isə “karusel” əməliyyatından istifadə olunub. Lənkəran və Göyçayda qeydiyatı olanlara adıçəkilən məntəqələrdə bülleten verildiyi müşahidəçilər tərəfindən aşkar edilib. (Bu barədə videogörüntü var) 17 saylı məntəqədə isə başqa yerdə qeydiyyatda olan Məmmədov Amil Böyükkişi oğluna səsvermə üçün bülleten verilib. Rabitə kollecində yerləşən 2-3 saylı məntəqədə isə adı seçki siyahısında olmayan, məcburi köçkündür.

Hacı Madərin adamları müşahidəçilərə hücum edib

Jurnalist Rəşad Rüstəmovun verdiyi məlumata görə, 10 Saylı Seçki Dairəsinin 8 saylı məntəqəsində Hacı Madərin adamları həmin dairədən namizədliyi təsdiq olunmuş Qorxmaz İbrahimlinin müşahidəçilərinə saxtakarlığın qarşısını aldıqlarına görə hücum ediblər. 4 saylı məntəqədə isə seçkinin nəticələri ilə tanış olmağa müşahidəçiləri buraxmayıblar.

“AXCP-Müsavat” blokunun müşahidəçisi məntəqədən uzaqlaşdırılıb

Jurnalist Qan Turalının verdiyi məlumata görə, 29 saylı SD-nin 27 saylı məntəqəsində “AXCP-Müsavat” blokunun müşahidəçisi Məsimov Əzəmət Məmiş oğlu polis zorakılığı ilə məntəqədən uzaqlaşdırılıb. Bu, saat 15.00 radələrində baş verib.

About Author: admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *


*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>