Wisdom of Life

Seçki Xəbər Mərkəzi günə olan bütün məlumatlar

Qutuya topa büllüten atıb

Saat 8.35-də Xətai 34 Saylı Seçki Dairəsinin 30 saylı məntəqəsində hüquq pozuntusu qeydə alınıb. Məntəqə sədr Kifayət Fətullayeva qutuya xeyli bülleten atıb.

Məktəb direktorunun tələbi

Namizəd Aqil Səmədbəylinin vəkili Əliyar İsaqovun verdiyi məlumata görə, saat 8.44-də Xətai 35 Saylı Seçki Dairəsinin 265 saylı məktəbdə yerləşən 8-9-10 saylı məntəqələrdə məktəb direktoru Yeganə Qurbanova məntəqə sədrlərinə təzyiq göstərib ki, bülletenləri saymasınlar. Nəticədə bülletenlər sayılmamış səsvermənin başlanması elan edilib.

Musa Qasımlı ilə bağlı xəbər

Jurnalist Natiq Cavadlının verdiyi məlumata görə, Sumqayıt 42 saylı Seçki Dairəsinin 17-18 saylı məntəqələrində səsvermə saat 07.50-də başlayıb. Sumqayıtın icra başçısı Vaqif Əliyev dünən namizəd Musa Qasımlı ilə görüşüb. M.Qasımlı eyni zamanda 17 saylı məntəqənin sədri ilə görüşüb. Valideyin komitələri vasitəsilə valideynlərə xəbər göndərilib ki, səs verən zaman bülletenlərin nömrəsini götürsünlər sonra həmin nömrəni yazıb uşaqlarla məktəbə göndərsinlər.

Jurnalisti mənəqədən polisə aparıblar

31 Saylı Suraxanı Seçki Dairəsində jurnalist Elçin Həsənova

səhər protokol verilib. Sonra zorla protokolu onun əlindən alıblar. Polisə müraciət olunub. Saaat 8.28-də kapitan rütubəli polis onu maşına mindirib rayonun 33 sayl polis bölməsinə aparıb.

Hərbi hissəyə müşahidəçilər buraxılmır

Əfqan Muxtarlının verdiyi məlumata görə, 107 Saylı Qazax Seçki Dairəsinin 35-21 saylı məntəqələrinə MSK müşahidəçiləri buraxılmır. Hansı ki, həmin məntəqələr 2 hərbi hissənin ərazisində yerləşir.

15 bülleten əksik çıxıb

9 saylı Binəqədi Seçki Dairəsinin 5 saylı məntəqəsində seçicilərin sayına uyğun olaraq 1079 bülleten olmlı olduğu halda, 15-i əksik gəlib.

Bülletenləri saymağa qoymayıblar

9 saylı Binəqədi Seçki Dairəsinin 10 saylı məntəqəsində bülletenləri saymağa qoymayıblar. Juranalist Şahvələd Çobaboğlu və müşahidəçilər bu halıqeydəalıb.

İdmançılar seçki məntəqəsində

Səxavət Soltanlının (namizəd İsa Qəmbərin məşvərətçi komissiyasın üzvü) verdiyi məlumata görə, 15 saylı Yasamal Seçki Dairəsində

3 məntəqə (5-6-7 saylı məntəqə) dar otaqda yerləşir. Otağın qapısında idmançılar durur. İcra hakimiyyətinin nümayəndələri sənəd göstərmədən özlərini DSK-nın nümayəndələri kimi aparır və istədiklərini edirlər.

Elçin Həsənov polisdən buraxılıb

Elçin Həsənov 33 saylı Suraxanı polis bölməsindən saat 9.27-də azad edildi.

Namziədin nümayəndələri məntəqələrə buraxılmayıb

19 saylı Nərimanov Seçki Dairəsindən namizəd Asiya Əsgərovanın müşhaidəçilərini məntəqlərə buraxmayıblar. Deyiblər ki, onların qeydiyyatı yoxdur. Asya Əsgərova isə bəyan edib ki, nümayəndələrinin sənədlər vatxında verilib. Seçki Dairəsinə şikayətlərdən sonra yalnız saat 10.30 namizədin nümayəndələrinə sənəd verilib. (Əziz Kərimov, “Turan”)

Oktay Əsədov üçün gətirilən müəllimlər

10 saylı dairədən namizəd Aqil Səmədbəylinin nümayandəsi jurnalsit Elmin Bədəlova deyib ki, Sumqayıtdan və Suraxanıdan gətirilən müəllimlərə Oqtay Əsədova səs vedirirlər.

Çəkilişlərə icazə verilmir

17 saylı Yasamal 3-cü seçki dairəsindən deputatlığa namizəd Bəxtiyar Hacıyevin seçki qərargahından daxil olan xəbərlər

***

Artıq qanun pozuntuları başlayıb, 27 -28 saylı məntəqədən aldığımız məlumata görə 27 saylı məntəqənin sədri Hüseynova Dəstə Əlif qızının və 28 saylı məntəqənin sədri Bayramova Sona Mirzə qızının dediyinə görə Dairə seçki komissiyasının sədri Qədir Kərimov müşahidəçilərə video çəkilişin aparılması üçün icazə vermir.

***

17 sayli Yasamal III Seçki dairəsinin 21 saylı məntqəsəində 23 nefer seçici daşınan qutu tələb edib. Verilən məlumata görə 23 nəfərdən 18 nəfəri eyni adresdə yaşayir. Qutunun müşahidəçilər tərəfindən maşhidəedilməsinə DSK sədri icaze verməyib. MSK icazə olduğunu desə də, DSK sədri bu tələbəəməl etməyib.

***

7 sayli Yasamal III DSK`nin 16 sayli menteqesinde beynelxalq mushahidecilere chekilishe icaze verilse de, onlar gedenden sonra yerli mushahidechilere icaze verilmir. Konkret olaraq bu melumat bizim oradaki mushahidechimizden gelib. Menteqe sedri Mensure Qurbanova bununla bagli hech bir sebeb gostermir.

***

932 seçici səs verib

17 saylı Seçki dairəsində saat 10-a kimi 932 nəfər səs verib. Bəxtiya Hacıyevin seçki qərargahı bu xəbəri yayıb

Hərbi hissələrə müşahidəçilər buraxılmayıb

Deputatlığa namizəd Aqil Səmədbəylinin vəkili Əliyar İsaqovun verdiyi məlumata görə, 35 saylı Xətai Seçki Dairəsinin hərbi hissələrin yerləşdiyi 27-28-29 saylı məntəqələrinə müşahidəçilər buraxılmayıb. DSK sədri məntəqə sədrləri ilə telefon əlaqəsi yaradıb müşahidəçilərin buraxılması barədə göstəriş versə də, əhəmiyyəti olmayıb. Məntəqə sədrləri bunun səbəbini guya müşahidəçilərin siyahısının onlara təqdim edilməməsi ilə izah ediblər.

Polislər 20 saylı seçki dairəsində çəkiliş aparanlara mane olub

Operator Nail Hüseynovun video-kaseti əlindən alınıb

Jurnalist Arzu Abdullanın verdiyi məlumata görə, saat 10.00-da 20 Saylı Nərimanov Seçki Dairəsinin 20 saylı məntəqəsində operator Hüseynov Nail seçki saxtakarlığı ilə bağlı çəkdikləri kaseti alıblar. 16 saylı məntəqədə isə 2 saylı məktəbin müəllimləri kameraya düşməsinlər deyə arxa qapıdan gətirilir və “karusel” əməliyyatında istifadə olunur.

20-25 saylı məntəqədə isə polislər müdaxilə edərək seçkinin gedişini görüntüyə alanlara mane olur, məntəqələrdən uzaqlaşdırırlar.

21 saylı məntəqədə isə ərazidə qeydiyyatı olmayan Hüseynova Solmaz Hüseynqulu qızından “karusel” əməliyyatında istifadə olunan zaman saxlanılıb və aktlaşdırılıb.

İqbal Ağazadənin adamları seçicilərə pul paylayır

Jurnalist Vüsalə Rüstəmovanın verdiyi məlumata görə, 35 saylı Xətai Seçki Dairəsinin 7-8-9-10 saylı məntəqələrdə sədrlərin işinin 265 saylı məktəbin direktoru Yeganə Qurbanova aparır. Həmin məntəqələrdə artıq “karusel” əməliyyatına başlanıb. Dairənin 27-28-29 saylı məntəqələrinə namizəd Arzu Səmədbəylinin müşahidəçiləri buraxılmayıb. İqbal Ağazadənin adamları seçicilərə pul paylayır ki, ona səs versinlər. Seçicilər avobuslar vasitəsilə binaların önündən daşınaraq İqbal Ağazadəyə səs verməyə aparılır.

“AXCP-Müsavat” blokunun komissiya üzvü qanunsuzluqlara haqq qazandırır

Jurnalist Qan Turalının verdiyi məlumata görə, saat 10.17-də 17 saylı Seçki Dairəsinin 25 saylı məntəqəsində sədr Azad Mirzəzadə qadağa qoyub. “AXCP-Müsavat” blokunun komissiya üzvü Məhəbbət Orucov bu qanunsuz hərəkətlərə haqq qazandırır.

31 Saylı Suraxanı 2-ci seçki dairəsi “AXCP- Müsavat” blokunun namizədi Əli Kərimlinin seçki qərargahından

Seçki qərargahımız saat 10-dək qeydə aldığı faktları diqqətinizə çatdırmağı gərəkli bilir. Ötən 2 saat müdətdində seçicilərin 2, 2.1 faizi səsvermədə iştirak edib. Dairənin bütün məntəqələrə üzrə komissiya üzvləri Seçki Məcəlləsinin 100.11, 100.12 maddələrinə müvafiq olaraq yekun protokolunun nüxsələri Məcəllənin 40.1, 40.2 maddələrində nəzərdə tutulan şəxslərə verilməməşdir.

Seçki Qanunvericiliyinə zidd olaraq dairə ərazisində “karusel” hadisələri aşkarlanmışdır. 1,13, 14 , 24 və 6 saylı MnSK-larda bu hal daha kütləvi formada özünü büruzə verib. Namizəd Fərəc Quliyevin xeyrinə təşkil edilən bu hala məktəb, yerli icra orqanlarının rəhbərləri və kooperativ binaların sədrləri rəhbərlik edir.

13 saylı MnSK-dakı müşahidəçi Elçin Həsənov yekun protokolun nüxsəsini tələb etdiyinə görə “səs-küy” salma adıyla komissiyanın protokolu olmadan məntəqədən qovulmuşdu. Həmin məntəqədə özünü prezidentin işlər üzrə idarəsinin əməkdaşı kimi təqdim edən Mehbarə Vəli qızı Əliyeva müşahidəçilərin fəaliyyətinə mane törətmiş, onlara təzyiq göstərmişdi.

Seçki Xəbər Mərkəzi: saat 12 (ikinci)

* Sumqayıt 42 saylı dairənin 17,18 məntəqlərində səsvermə saat 7.50-də başlayıb.Dünən günorta saatlarında Musa Qasımlı sum icra başçısı Musa Qasımlı ilə görüşüb. 17 saylı m məktəb direktoru ilə görüşüb. Valideyn Komitələri valideynlərə deyir, səs verdikləri bülletenin nömrəsini götürüb sonra onu uşaqlarından məktəbə göndərsinlər.

* Qazax 107 saylı Dairənin 21,35 saylı məntələrində qeydiyyatdan keçmiş müşahidəçilər məntəqəyə buraxılmır. Deyirlər gərək DSK-da qeydiyyatdan keçəsiz. Burada 2 hərbi hissəyə heç kim buraxılmır.

* Nemət Hüseynli xəbər verir. 9 saylı dairənin 5-ci məntəqəsində 1079 bülleten – 15 əskik

* Natiq Cavadlı xəbər verir: Sumqayət Musa Qasımlı və Səlim Məmmədovun plakatları cırılmayıb.

* 9-cu dairədə 1 saylı məntəqədə bülletenləri 800-ə qədər sayılıb, sonra saatın 8.00 olması bəhanə edilib və saymayıblar.

* 31-ci dairədə 15 saylı məntəqədə bir nəfər şəxsiyyət vəsiqəsinin surəti ilə səs verib.

* Sumqayıt 42-ci dairədə 14, 16, 17, 25, 28 məntəqlərdə məşvərətçi səs hüquqlu komissiya üzvlərini məntəqəyə buraxılmır. 21-ci məntədə mürəkkəb stolu 40 metr məsafədə qoyulub.

* 23, 25, 31 saylı məntəqlərdə bülletenlər seyfdə saxlanır. 100-100 gətirilir. 28 saylı məntəqədə sədr bülletenləri saymağa qoymayıb. Sədr özü 7.59-da səs verib.

* 25, 6 saylı mənqtələrdə şəxsiyyət vəsiqəsi yoxlanılmır. QHT üzvləri məntəqəyə buraxılmır. 4 saylı məntəqə sədri kabinədə dəstə ilə bülleten atarkən yaxalanıb. Müşahidəçilərə deyib ki, akt tərtib edib sizin hamınızı qovaram. 15 saylı məntəqədə məşvərətçi səs hüququ olan komissiyalar məntəqəyə buraxılmayıb.

* 30-cu dairədə 19-cu məntəqədə bülletenlər sayılmayıb.

* 42 saylı dairənin 23 saylı məntəqəsində Mirmahmud Fəttayevin nümayəndəsi 1 topa bülleten tutulub.

* 120 Cəbrayıl-Qubadlı dairəsində 2, 28 saylı məntəqlərdə qutulara topa-topa bülletenlər atılıb. 1 məntəqədə məşvərətçi səs hüququ olan məntəqəyə buraxılmayıb.

* 120 saylı dairənin 12-ci məntəqəsin seçicilərə deyirlər ki, kimə səs verdiyinizi bizə bildirəndən sonra bülletenləri qutuya atın. Müşahidəçi məntəqəyə buraxılmır.

* 30-cu dairədə 11 saylı məntəqədə iqtidarın namizədi Sevinc Fətəliyevanın adından Elman Məmmədov küçəsinə asfalt çəkilir. Həmin məntəqəyə gedən yola.

* 9 saylı dairədə 1 saylı məntəqədə Misir Mərdanovun qohumu olan məktəb direktoru Ofelya müəllimə (məntəqənin sədri) müəllimlərə deyib ki, bu ərazidə yaşamasalar da, gəlib səs verə bilərlər.

* 43-cü dairənin 7 saylı məntəqəsi bağçada yerləşir. Bağça işçiləri Muxtar Babayevin xeyrinə karuselə cəlb olunub, bu işə 32 texniki liseyin direktoru rəhbərlik edir.

* 30-cu dairə 11-ci məntəqədə idmançı formasında bir qrup şəxs sənədsiz səs veriblər.

* 43 saylı dairənin 5, 6 saylı məntəqələrində “Azərkimya” işçilər məntəqələrin qabağında durub gələnlərə Muxtar Babayevə səs vermələrini tələb edirlər.

* Qubadlı icra hakimiyyəti Bakının Çermet körpüsünün altında 6 avtobus saxladıb adamları yığıb 125 saylı Zəngilan-Qubadlı dairəsində İmanverdi İsmayılova səsverməyə aparır.

* Nəsiman Yaqublu saat 15.00-da pozuntularla bağlı mətbuat konfransı keçirəcək.

* Sumqayıt icra başçısının müavini Ramiz Həsənov (Əli Həsənovun qardaşı) məntəqələri gəzir.

* 43 dairədə icra başçısının müavini Əbülfəz Ədilov karusel əməliyyatına rəhbərlik edir.

* 125saylı dairənin 32 saylı məntəqəsində qutulara sarı rəngli talon atırlar.

* 43 saylı daiərinin 30 saylı məntəqsində karusel əməliyyatı başlayıb. Seçicilər səs verdikləri bülletenin nömrəsini yazıb götürürlər ki, guya harasa təqdim edəcəklər.

* 9 saylı dairənin 1 saylı məntəqsində 1 nəfər şəxsiyyət vəsiqəsinin surəti ilə səs vermək.

* 125 saylı dairədə 27saylı məntəqədə sədr Ənvər Quliyev İmanverdi İsmayılova səs verilməsini tələb edir. 26, 31, 35 məntəqlərdə seçicilərə qırmızı “birka” veriblər. Onlar bununla İmamverdi İsmayılova səs verirlər və bununla bağlı məntəqədən arayış alırlar.

* 123 sayll dairənin 28 saylı məntəqəsində namizəd Xalisə Şahverdiyeva pozuntulara etiraz etdiyinə görə polis onu məntəqədən uzaqlaşdırıb.

* 9 saylı dairədə seçicilərə göndərilən bildirişlər qırmızı və qara qələmlərlə yazılıb. Güman edilir ki, qırmızı qələmlə yazılmış bildirişləri olan seçicilər karusel iştirakçılarıdır.

* 47 saylı dairədə 12-ci məntəqədə Mingəçevir AzDRES-in baş mühəndisi Bəşirov Gülağa 2 dəfə səs verib.

Seçki XəbərMərkəzi – saat 13.30

Barmağa vurulan mürəkkəblər keyfiyyətsizdir

Jurnalist Elşən Balaxanılının verdiyi məlumata görə, saat 11.50-də 25 saylı Nizami Seçki Dairəsinin 2 saylı məntəqəsində qeydiyyatı olmayan şəxsə bülleten verilib. O, səsvermə kabinetinə daxil olmaq istəyərkən müşahidəçilər tərəfindən hal müəyyən edilib və həmin şəxs məntəqədən uzaqlaşdırılıb. O, həmçinin barmağa vurulan mürəkkəbin keyfiyyətsiz olduğunu da diqqətimizə çatdırıb.

Oqtay Əsədov səs verməmiş müşahidəçilər məntəqəyə buraxılmayıb

23 Saylı Nəsimi Seçki Dairəsinin 22 saylı seçki dairəsində spiker Oqtay Əsədov 10.40-da səs verib. O, səs verəndən sonra müşahidəçilərin səsvermə otağına daxil olmalarına icazə verilib.

Məntəqələrə Web kameralar quraşdırılmayıb

Jurnalist Nicat Səmədoğlunun verdiyi məlumata görə, seçicilərdən şikayət daxil olub ki, 16 saylı Yasamal 1-2 saylı məntəqələrində başqa yerdən gətirilən büdcə təşkilatı işçiləri qanunsuz səs verirlər. Məntəqələrdə web kameralar quraşdırılmayıb. Səs verənlər qruppa şəklində gəlirlər.

17 Saylı Yasamal Seçki Dairəsində beynəlxalq müşahidəçilərin olmasına da məhəl qoyulmayıb

Jurnalist Qan Turalının verdiyi məlumata görə, 17 Saylı Yasamal Seçki Dairəsinin 23 saylı məntəqəsində məktəb direktoru Rübabə Cəfərovanın valideynlərə öz istəklərinə uyğun verməsinə mane olduğu üçün adıçəkilən dairədən namizədliyi qeydə alınmış Bəxtiyar Hacıyevin müşahidəçisi Mahir Mehdizadə buna etirazını bildirib. Onu məntəqədən uzaqlaşdırmaq üçün akt tərtib olunub. Proses Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin və beynəlxalq müşahidəçilərin nümayəndələri tərəfindən izlənilib.

Namizədin məsələyə qarışmasından sonra çəkilişlərə icazə verilib

Jurnalist Arzu Abdullanın verdiyi məlumata görə, 20 Saylı Nərimanov Seçki Dairəsinin 20-21 saylı məntəqələrində səhər jurnalistlərin çəkiliş aparmasına polislər mane olublar. deputatlığa namizəd Aslan İsmayılovun Nərimanov rayon 16 saylı polis bölməsinin polis rəisi ilə telefon əlaqəsi saxladıqdan sonra 11.30-da çəkiliş aparmağa icazə verilib.

Bülletenlər məktəb direktorunun kabinetində YAP namizədinin xeyrinə saxtalaşdırılıb

34 saylı Xətai Seçki Dairəsindən AMİP-dən namizədliyi irəli sürülmüş Məhərrəm Həsənovun müşahidəçisi Afiq Haqverdiyevin verdiyi məlumata görə, 116 saylı məktəbdə yerləşən 30-31-32-33 saylı məntəqələrdə total saxtakarlıq baş verir. Buna məktəbin direktoru Aida Seyidova rəhbərlik edir Bülletenlər direktorun otağında YAP-ın nümayəndəsi Gülər Əhmədovanın xeyrinə hazırlanaraq məktəb müəllimləri tərəfindən qutulara atılır. Müşahidəçi Fərid Həsənovun verdiyi məlumata görə isə, dairənin 8 saylı məntəqədə bir nəfərdə 4 bülleten tutulub. Bu barədə aktlaşdırma aparılıb.

“Karusel” əməliyyatında iştirak edənlər jurnalistlər tərəfindən görüntüyə alınıb

Foto-müxbir Abbas Atillayın verdiyi məlumata görə, 29 Saylı Səbail Seçki Dairəsinin 5 saylı məntəqəsində müşahidəçilərlə məntəqə sədri arasında mübahisə yaranıb. Buna səbəb seçkinin nəticələrini izləmək üçün onlara normal şəraitin yaradılmaması olub. Həmçinin 17 saylı məntəqədə 3 seçici səsvermədə iştirak edib və onlar 18 saylı məntəqədə də təkrar səs veriblər. (Fotolar var)

35 saylı SD-nin 28 saylı məntəqəsində səsvermə başa çatıb

Jurnalist Vüsalə Rüstəmovanın bildirdiyinə görə, 35 Saylı Xətai Seçki Dairəsinin 7 saylı məntəqədə Əhmədov Məmmədağa adlı seçicidə 3 bülleten aşkar olunub. Əlavə olaraq namizəd İqbal Ağazadənin portretləri məntəqələrə yaxın ərazilərdə divarlara vurulub. Gəncə prospekti 89 saylı binanın Fərhad adlı komendantı seçiciləri avtobuslara dolduraraq məntəqələrə İqbal Ağazadənin xeyrinə səs verməyə aparır.

12.00-da isə 28 saylı məntəqədə səsvermə başa çatıb. Adıçəkilən məntəqə hərbi hissənin ərazisində yerləşir. Məntəqədə 1162 nəfər səs verib. Ora namizədlərdən Canmirzə Mirzəyevin və Aqil Səmədbəylinin müşahidəçiləri buraxılmayıb.

11.37-də verilən məlumata görə, 31 Saylı Suraxanı Seçki Dairəsinin məntəqələrində Maşınqayırma zavodunun işçilərindən “karusel” əməliyyatında istifadə olunub.

“AXCP-Müsavat” blokunun qərargahında internetə çıxış kəsilib

Gülər Mehdizadənin verdiyi məlumata görə, “AXCP-Müsavat” blokunun qərargahının internetə çıxışı saat 12.00 radələrində kəsilib.

Binəqədi 10 Saylı Seçki Dairəsinin 16 saylı məntəqəsində səsvermə dayandırılıb

Binəqədi 10 Saylı Seçki Dairəsinin 16 saylı məntəqəsində beynəlxalq müşahidəçilərin də iştirakı ilə ciddi qanun pozuntuları aşkar olunduğuna görə, səsvermə dayandırılıb.

Namizəd Erkin Qədirovun müşahidəçisi hədələnib

16 Saylı Yasamal Seçki Dairəsinin 1 saylı məntəqəsinə səhər saatlarında ATƏT-in müşahidəçiləri baş çəkdikdən sonra bir seçicinin 2 bülletenlə səs verməsi aşkar olunub. Buna namizəd Erkin Qədirovun müşahidəçisi etirazını bildirdikdə məntəqə sədri onu məntəqədən uzaqlaşdırmaq ilə hədələyib.

Səxavət Soltanlı məntəqədən uzaqlaşdırılıb

“AXCP-Müsavat” blokunun 15 saylı Seçki Dairəsindən müşahidəçisi Səxavət Soltanlının verdiyi məlumata görə, şəxsiyyət vəsiqəsi olmayan bir şəxs topa bülletenləri qutuya salmaq istəyərkən o, etiraz edib. Məntəqə sədri akt tərtib etdirərək onu məntəqədən uzaqlaşdırıblar.

Seçki Xəbər Mərkəzi – saat 15.00

* 43 saylı dairənin 7 saylı məntəqəsində (54 saylı bağçada yerləşir) karusel əməliyyatı aparılır. Məntəqənin sədri Hafiz Məmmədovdur.

* 30 saylı Suraxanı birinci dairənin 19 saylı məntəqəsində Karate Federasiyasının vitse-prezidenti Vilayət adlı şəxs məntəqənin qarşısında dayanıb Sevinc Fətəliyevanın təbliğatını aparır. O müşahidəçilərə hədə-qorxu gəlir. Məntəqə sədri məşvərətçi səs hüquqlu müşahidəçi Asifə təzyiq edir.

* Natiq Cavadlı xəbər verir ki, 43 saylı dairənin 7 saylı məntəqəsində “Azərkimya” işçisi onun fotoaparatını əlindən almaq istəyib. Ondan adını soruşanda o, mənə “gözünə girən” cavabını cavabını verdi.

* 30 saylı dairənin 19 saylı məntəqəsində Karate Federasiyasının vitse-prezidenti Vilayət “AXCP-Müsavat” blokunun müşahidəçisi Mübariz Salayevi döyməklə hədələyib.

* Sumqayıtda 9-cu mikrorayondakı 20-21 saylı evlərin yanında 4-5 nəfər məntəqəyə gedən yolda dayanıb səsverməyə gedən seçiciləri qarşılayır, pul verir və Muxtar Babayevə səs vermələrini tələb edirlər.

* Neftçaladakı 61 saylı dairənin 13 saylı məntəqəsində məktəb direktoru bülletenləri seyfdə saxlayır. Onları 10-10 verir. 14 saylı məntəqədə isə 1 nəfər 10 nəfərin əvəzinə səs verib.

* 38 saylı məntəqədə qutulardan biri möhürlənməyib.

* 125 saylı dairənin 36 saylı məntəqəsində deputatlığa namizəd Anar Qasımovu içəri buraxmayıblar. O, qanunun buna yol verdiyini başa salandan sonra A.Qasımovu bir neçə dəqiqəliyə məntəqəyə daxil olmağa icazə verilib.

* 30 saylı dairənin 20 saylı məntəqəsində adamları avtobuslarla seçkiyə gətirirlər. “Dədə Qorqud” yaşayış massivindən 90 DR 633 dövlət nömrə nişanlı avtobus (231 saylı marşrut) adamları müxtəlif məntəqələrə daşıyır.

* Sumqayıtdakı 43 saylı dairədə əksər məntəqələrdə saat 11-ə 350-dən artıq səs verilib.

* Saat 11-ə olan məlumata görə, həmin dairənin 27 saylı məntəqəsində 250-dən artıq seçici səs verib.

* 107 saylı Qazax seçki dairəsinin 15 saylı məntəqəsində icra nümayəndəsi Elman Nəsibov Əhməd Vəliyevin təbliğatını aparır. Elə həmin məntəqədə Tariyel Əhmədov adlı şəxs məntəqədə oturub komissiya üzvü olduğunu deyir. Amma onun bunu təsdiqləyən vəsiqəsi yoxdur.

* 33-34 saylı məktəblərdə yerləşən 43 saylı dairənin 20 və 25 saylı məntəqələrində İcra başçısının müavini Ramiz Həsənov seçkiyə nəzarəti həyata keçirir.

* Qubadlının icra başçısı Malik İsaqov və müavini Allahverdi Haqverdiyev 125 saylı dairənin 27 saylı məntəqəsindədirlər.

* 30 saylı dairənin 18 saylı məntəqəsin pasport qeydiyyatı olmayanlara bülletenlər verilir. “Dədə Qorqud” yaşayış massivindən adamlar kütləvi şəkildə avtobuslarla səsverməyə gətirilir.

* 125 saylı dairənin 2 saylı məntəqəsində səsverməyə gələn seçicilər səs verdikləri barədə arayış alırlar.

* Həmin dairənin 31 saylı məntəqəsində qutuya topa bülleten atan atan bir qızı müşahidəçilər tutub. Məntəqənin sədri Ramiz Abbasov bülletenləri zorla onlardan alıb cırıb.

* 61 saylı dairənin 9 və 10 saylı məntəqələrində də Karusel əməliyyatı aparılır.

* 79 saylı İmişli seçki dairəsinin ərazisində Bakıdan gələn imişlili iş adamları seçicilərə pul paylayır.

* Həmin dairənin 4 saylı məntəqəsində bir nəfər 2 nəfərin yerinə, 13 saylı məntəqədə 1 nəfər 3 nəfərin yerinə, 14 saylı məntəqədə 1 nəfər 5 nəfərin yerinə səs verib.

* 47 saylı dairənin katibi Zabil Əmrahov 2 dəfə səs verib. Prosses aktlaşdırılıb.

* 43 saylı dairədə seçkiyə Sumqayıt şəhər İcra hakimiyyəti, “Azərkimya” şirkəti, 32 sayalı Texniki liseyin direktoru Minarə xanım və MİS-lər nəzarət edir. Karusel əməliyyatı da bu qurumların nəzarəti altında aparılır.

* 30 saylı dairənin 6 saylı məntəqəsində müşahidəçi Namiq Məmmədov polisin gücü ilə məntəqədən çıxarılıb.

* 43 saylı dairənin 30 saylı məntəqəsində MİS-in və məktəbin işçiləri seçicilərə təzyiq edir.

* 30 saylı dairənin 6 saylı məntəqəsində səsverməyə gələn qadınların (Karusel əməliyyatında iştirak edənlər) dırnaqlarına əvvəlcə sabun sürtülür, mürəkkəb bu sabunun üstündən vurulur, onlar başqa məntəqəyə səsverməyə gedəndə əllərini yuyurlar. Mürəkkəb yuyulub gedir və heç bir iz qalmır.

* 30 saylı dairənin 14 saylı məntəqəsində müşahidəçilər üzə çıxarıb ki, 1 nəfər özü səs verdikdən sonra pasportunu başqasına verib və o da bu ərazidə yaşayan seçici kimi səs verib. Bu hal dəfələrlə təkrarlanıb.

* 30 saylı dairənin 19 saylı məntəqəsində Karate federasiyasının vitse-prezidenti Vilayət adlı şəxs bir qrup adamla Zığdakı məntəqələrə nəzarət edir. O, müşahidəçilərə hədə-qorxu gəlir.

* 123 saylı dairənin 3 saylı məntəqəsində Anar Qasımovun müşahidəçiləri qanun pozuntusu aşkarlayıb və akt tərtib edib. Amma Ümid partiyasından olan müşahidəçi aktı imzalamaqdan imtina edib. Bu məntəqədə də səsverməyə gələnlərin dırnağına mürəkkəb vurulub-vurulmamasını yoxlamırlar.

* 90 saylı Ağdaş 10 saylı məktəbin bütün müəllimləri direktorun göstərişi ilə Karusel əməliyyatına qoşulblar. Onlar dairə ərazisindəki bütün məntəqələrdə səs verirlər. Pozuntuya ATƏT nümayəndələri də şahid olub. Bundan əlavə bütün məntəqələrin girişində xüsusi adamlar seçiciləri YAP-ın namizədinə səs verməyə çağırırlar.

* 30 saylı dairənin 6 saylı məntəqəsində bu gün hərbçiləri məntəqəyə gətiriblər. Onlar dərhal qeydə alınıb və səs veriblər. Baxmayaraq ki, bu ərazidə hərbi hissə yoxdur.

* 62 saylı Saatlı seçki dairəsində də fəallıq aşağıdır. Müşahidəçidən aldığımız məlumata görə, saat 11.00-dan 12.00-a qədər 27 saylı məntəqənin qarşısında gözləyib və bu müddətdə bir nəfər də olsun səsverməyə gəlməyib. Rayondan Dairənin başqa

* 47 saylı dairə ərazisindəki 8 saylı MİS-in rəis İlqar Quliyev və 4 saylı MİS-in rəisi Rasim Mustafayev öz ərazilərində qapı-qapı gəzərək vətəndaşlardan şəxsiyyət vəsiqələrini yığırlar.

* 65 saylı dairənin 2 saylı məntəqəsində deputatlığa namizəd İsmayıl Yusifovun müşahidəçisi Əhliman Əmiraslanovun xeytinə işarələnmiş 14 bülleten tutublar. Müşahidəçidən bülletenləri zorla almaq cəhdi nəticə verməyib.

* Namizəd İsmayıl Yusifovdan aldığımız məlumata görə, seçici fəallığı çox aşağı səviyyədədir. Amma bütün məntəqələrdə Əhliman Əmiraslanovun xeyrinə kütləvi saxtalaşdırma aparılır. Ən acınacaqlı durum Kürdəmirdəki məntəqələrdədir. Müşahidəçilərimizi kütləvi şəkildə məntəqələrdən uzaqlaşdırırlar,hətta onlara hədə-qorxu gəlməkdən də çəkinmirlər.

* 9 saylı dairədə Rafael Cəbrayılovun adamları qapı-qapı gəzərək pul paylayır və adamları maşınlarla səsverməyə aparır. Pul paylanmanı başqa bir namizəd Sahib Əliyevin adamları lentə alıb. Bu dairənin 30 saylı məntəqəsində 200 hərbçi səsverməyə gətirilib.

Natiq Cavadlı Sumqayıtdan xəbər verir:

41 saylı DSK

9 saylı məntəqədə müşahidəçini şəxsiyyət vəsiqəsi bəhanəsi ilə saat yarım gec məntəqəyə buraxıblar. Qeydiyyatda olmayanların sesverməsi davam edir.

43 saylı DSK

9 saylı məntəqədə AXCP-Müsavat Blokunun müşahidəçisi məntəqə sədrinin əlindən 17 ədəd möhürlü bülleten tutub.16 saylı məntəqə (21 saylı məktəb) 1 müşahidəçi tərəfindən qutuya topa bülleten atılıb.

26 saylı məktəbin həyətində “Azərkimyanın işçilərinin birghə yığıncaqı olub, və məktəbin həyətində seçicilərtin ad-familiyasını qeydə alırmış.

29 saylı məntəqədə (39 saylı məktəb) müşahidəçini qovmağa cəhd ediblər.

Seçki Xəbər Mərkəzi – saat 16.00

* 62 saylı dairənin 31 saylı məntəqəsində də seçici “fəallığı” yüksək olub. Saat 12.00-a olan məlumata görə, artıq məntəqə üzrə olan 1319 seçicidən 499-u səs verib. Qutulara topa-topa bülletenlər atılıb. Bir nəfər bir neçə nəfərin əvəzinə səs verib.

* 9 saylı dairənin 28 saylı məntəqəsində də çəkiliş aparmağa icazə verilməyib. Başqa məntəqələrdə də buna icazə verilməyib Bu barədə MSK mətbuat xidmətinin rəhbəri Azər Sarıyevə müraciət olunub.

* 36 saylı Xətai 4-cü seçki dairəsinin bütün məntəqələrində saxtakarlıq kütləvi hal alıb. Deputatlığa namizəd Oqtay Gülalıyevdən aldığımız məlumata görə, bu dairədə müstəqil və müxalifətdən olan namizədlərin müşahidəçiləri olmadığından və jurnalistlər məntəqələrə buraxılmadığından məntəqədə özbaşınalıqdır. Karusel əməliyyatı bu dairədə də geniş miqyas alıb. Dairənin 11, 12, 15 və 16 saylı məntəqələrində hərbçilər səs verib.

* 120 saylı dairənin 38 saylı məntəqəsində ATƏT nümayəndələri məntəqə sədrinin əlində topa bülleten tutublar. Məntəqə sədri Tapdıq Vəliyev (Sumqayıtdakı Cəbrayıl 4 saylı orta məktəbin direktoru) bununla bağlı tərtib olunan akta da imza atıb. Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev məntəqə sədrinə zəng edərək buraxdığı səhvə görə onu təhqir edib.

* Bu dairənin 2 saylı məntəqəsində İzzət Məmmədovun məşvərətçi səs hüquqlu müşahidəçisi məntəqədən çıxarılıb.

* Deputat Astan Şahverdiyevin qardaşı İsmayıl Şahverdiyev idmançı formasında olan 3 nəfəri 28 saylı məntəqədə otuzdurub onların vasitəsiləvəziyyətə nəzarət edir. Onlar saxtakarlığa etiraz edənlərə hədə-qorxu gəlirlər.

* 29 saylı Səbail seçki dairəsinin 27 saylı məntəqəsindən “AXCP-Müsavat” blokundan müşahidəçi Əzəmət Məmişovun verdiyi məlumata görə, bu məntəqədə də saxtakarlıq edilir. “Bakının kəndlərindən də adamları gətirib səs verdirirlər. Barmaqların mürəkkəbli olub-olmamasına baxan yoxdur. Günortaya qədər qanunsuzluqlara qarşı ciddi mübarizə aparmışıq. Ona görə də polis çağırdılar, akt tərtib edib bizi məntəqədən çıxardılar”.

* 31 saylı dairənin 9 saylı məntəqəsində müəllimlər məntəqənin qabağında açıq-aşkar seçiciləri Fərəc Quliyevə səs verməyə çağırırlar.

* 36 saylı dairənin 22 və 26 saylı məntəqələrdə topa-topa bülletenlər atılıb. Burada jurnalistlərə qarşı təzyiqlər olub. “Gündəm xəbər” qəzetinin əməkdaşının vəsiqəsi əlindən alınıb.

* 23 saylı dairənin 9 saylı məntəqəsində saat 16.00-a qədər 215 nəfər səs verib.

* 69 saylı dairənin (Masallı-Cəlilabad-Biləsuvar) ərazisində əksər məntəqələrdə Fəzail İbrahimlinin xeyrinə qutulara topa-topa bülletenlər atılıb. Bu xəbər Göytəpədən verilib. Bir nəfərin bir neçə nəfərin yerinə səs verməsi adi hal alıb. Qulamhüseyn Əlibəylinin vəkili Fuad İbayev 5 saylı məntəqəyə buraxılmayıb.

Seçki Xəbər Mərkəzi saat 16.00 (ikinci)

72 saylı Dairədə də total saxtakarlıq olub

Jurnalist Samir Kazımlının verdiyi məlumata görə, 72 Saylı Seçki Dairəsində total saxtakarlığa başlanıb. Seçicilərin aktivliyini görən məntəqə sədrləri şəxsiyyət vəsiqələrini toplayırlar ki, seçicilər səsvermədə iştirak etməsinlər. Bunu ona görə belə edirlər ki, sonra onlar üçün saxtakarlığın həyata keçirilməsi asanlıqla baş tutsun. Bu dairədə hakimiyyətin namizədinin xeyrinə saxtakarlığın edilməsi qaçılmazdır.

Jurnalistləri görən saxtakarlar dərhal məntəqəni tərk edib

15 Saylı Seçki Dairəsindən iki müşahidəçi seçki prosesini pozma adı ilə 14-15 saylı məntəqələrdən müşahidəçilər kənarlaşdırılıb. Onlardan biri “İnsan naminə”blokunun, digəri isə müstəqil müşahidəçi olub. 14 saylı məntəqədə isə jurnalistlərin olduğunu bilən “karusel” iştirakçıları tələsik oranı tərk ediblər.

Uşaqlarda olan fərasətə bax

17 Saylı Seçki Dairəsinin 23-24-25 saylı məntəqələrin yerləşdiyi binanın önündə 3 azyaşlı uşaq müstəqil namizəd Ülvi Quliyevin portretini əllərində tutaraq seçiciləri ona səs verməyə çağırıb. Uşaqlar təbliğat zamanı maraqlı təkliflə çıxış ediblər. “Atamız ona səs verib, siz də ona səs verin”

Bu barədə müşahidəçilərdə videogörüntülər də var.

Kameralar seçicilərin az olduğu məntəqələrə quraşdırılıb

Jurnalist Nicat Səmədoğlunun bildirdiyinə görə, 16 saylı Yasamal Seçki Dairəsinin əksər məntəqələrində olub. Müşahidə edib ki, web kameralar yalnız seçicilərin azlıq təşkil etdiyi bir neçə məntəqəyə quraşdırılıb.

Vahid Əhmədovun adamları seçicilərin iradəsinə mane olurlar

52 Saylı Dairədən namizəd Vaqif Arzumanlı zəng edib bildirir ki, onun müşahidəçiləri bütün dairə boyu qanun pozuntusu ilə rastlaşıblar. Büdcə təşkilatından maliyələşən işçiləri rayon rəhbərliyi Vahid Əhmədova səs verməyə yönəldirlər. 34 saylı məntəqənin qarşısında Vaqif Kərimov adlı şəxs dayanıb seçkiyə gələnləri V.Əhmədova səs verməyə çağırır. Qubada yerləşən Daxili Qoşunların heyəti adından Qubada yerləşən Daxili Qoşunların heyəti adından 9 saylı məntəqədəki qutulara bülletenlər atılır. Əksər məntəqələrin önünə icra hakimiyyəti tərəfindən 5-6 nəfər təhkim olunub. Onlar məntəqəyə gələn seçicilərə Vahid Əhmədova səs verməyə çağırırlar. Səs verməyə gələnlər az olduğundan xüsusi maşınlar və avtobuslar vasitəsilə seçicilər gətirilir.

V.Arzumanlı əlavə olaraq onu da bildirib ki, Qubanın Qımıl kəndində yerləşən 19 saylı məntəqədə müşahidəçisi Mübariz Tanrıverdiyevi içiriblər. Onun əlində olan müşahidə vərəqində saxtakarlıq edib 49-un önünə 2 rəqəmini artıraraq 249 edib və qutuya Vahid Əhmədovun xeyrinə 249 bülleten atıblar. Bu faktı isə namizədin vəkili Mübariz Ərəbov tərəfindən aşkar edilib.

Adıçəkilən dairədən namizədliyi qeydə alınmış Firudin Kazımlı isə digər pozuntular ilə bağlı məlumat verir. Bildirir ki, seçicilər səsvermədə passiv iştirak etdiyindən orta məktəb direktorları, təhkimçilər və məntəqə sədrləri qapı-qapı düşüb şəxsiyyət vəsiqələrini toplayıb onların yerlərinə səs verirlər. MDB müşahidəçilər qrupu da səsvermə prosesini izləyirlər.

Seçici atasının yerinə başqasının imza ataraq səs verdiyini deyir

34 saylı Xətai seçki dairəsinin 29 saylı məntəqəsində seçici Əliyeva Aynur Əli qızı səsvermədə iştirak edən zaman görüb ki, atası Əliyev Əli İsaq oğlunun əvəzinə siyahıda imza atıb, onun yerinə səs veriblər. Bu barədə jurnalist Elmin Həsənliyə Aynur Əliyevanın özü məlumat verib.

DSK üzvləri müşahidəçilərə hücum edib

Jurnalist Vüsalə Rüstəmova isə 35 saylı Xətai Seçki Dairəsinin 10 saylı məntəqəsində şəxsiyyət vəsiqələri yoxlanmadan səsverməyə şərait yaradıldığını bildirir. Jurnalist həmçinin barmaqları mürəkkəblənmiş şəxslərin də təkrar səsverməyə buraxıldığını deyir. Buna etiraz edən müşahidəçilərin üzəlinə DSK üzvləri Rahilə Ağayeva və Ayğün Cəfərova hücum çəkiblər.

265 saylı məktəbdə yerləşən 7-8-9-10 saylı məntəqələrdə baş verən total saxtakarlıqla bağlı MSK-ya şikayət verildiyindən adıçəkilən məntəqələrdə ombudsman Elmira Süleymanova və MDB müşahidəçiləri olub. Müşahidəçilər saxtakarlıq və qanun pozuntuları ilə bağlı ombudsmana məlumat vermələrinə baxmayaraq, o, heç bir qanun pozuntusunun olmadığını bildirərək məntəqələri tərk edib.

26 Saylı məntəqədə isə qutuya bülletenlər atılması faktı aşkar olunub. Fakt YAP-ın namizədi Elvin Qədirlinin müşahidəçisi tərəfindən aşkar olunub. Hər bir qanun pozuntusu müşahidəçilər tərəfindən aktlaşdırılıb.

Namizədin 2 müşahidəçisi və bir vəkili polislər tərəfindən saxlanıb

Deputatlığa namizəd Mehriban Zeynalovanın verdiyi məlumata görə, 27 Saylı Sabunçu Seçki Dairəsinin 16 saylı məntəqəsində ATƏT-in müşahidəçilərinin gözləri önündə ciddi qanun pozuntusu qeydə alınıb. Məktəb direkoru Şəlalə xanım tərəfindən namizəd Qabil Salahzadənin xeyrinə qutuya 100 bülleten salınan ərəfədə yaxalanıb. Bu barədə akt tərtib olunub. Namizəd Fərrux Zeynalovun adamları isə onun xeyrinə “karusel” əməliyyatından istifadə edirlər. 10 TS 715 nömrəli avtobusla gətirilən şəxslər bir neçə məntəqədə səs veriblər. M.Zeynalovanın 2 müşahidəçisi və bir vəkili bu qanunsuzluğa etiraz etdiklərinə görə polislər tərəfindən saxlanaraq Sabunçu rayon 12 saylı polis bölməsinə aparılıb.

Elmira Axundovanın xeyrinə saxytakarlıq

“Demokratiyanı Öyrətmə İctimai” Birliyinin müşahidəçisi İldırım Nəzərovun bildirdiyinə görə, 71 Saylı Masallı (kənd) Seçki Dairəsinin 11, 12, 20, 32, 33 saylı məntəqələrdə səs verən seçicilərə namizəd Elmira Axundovanın önündən xətt çəkilmiş bülletenlər verilib.

Seçki saxtakarlığında məcburi köçkünlərdən də istifadə olunub

Gün ərzində aldığımız məlumatlardan bəlli oldu ki, 15 Saylı Seçki Dairəsinin əksər məntəqələrində total saxtakarlıq qeydə alınıb. Belə ki, 9 saylı məntəqədə bülletenlər sayılan vaxtı 10-u artıq çıxıb. 14-15 saylı məntəqələrdə isə “karusel” əməliyyatından istifadə olunub. Lənkəran və Göyçayda qeydiyatı olanlara adıçəkilən məntəqələrdə bülleten verildiyi müşahidəçilər tərəfindən aşkar edilib. (Bu barədə videogörüntü var) 17 saylı məntəqədə isə başqa yerdə qeydiyyatda olan Məmmədov Amil Böyükkişi oğluna səsvermə üçün bülleten verilib. Rabitə kollecində yerləşən 2-3 saylı məntəqədə isə adı seçki siyahısında olmayan, məcburi köçkündür.

Hacı Madərin adamları müşahidəçilərə hücum edib

Jurnalist Rəşad Rüstəmovun verdiyi məlumata görə, 10 Saylı Seçki Dairəsinin 8 saylı məntəqəsində Hacı Madərin adamları həmin dairədən namizədliyi təsdiq olunmuş Qorxmaz İbrahimlinin müşahidəçilərinə saxtakarlığın qarşısını aldıqlarına görə hücum ediblər. 4 saylı məntəqədə isə seçkinin nəticələri ilə tanış olmağa müşahidəçiləri buraxmayıblar.

“AXCP-Müsavat” blokunun müşahidəçisi məntəqədən uzaqlaşdırılıb

Jurnalist Qan Turalının verdiyi məlumata görə, 29 saylı SD-nin 27 saylı məntəqəsində “AXCP-Müsavat” blokunun müşahidəçisi Məsimov Əzəmət Məmiş oğlu polis zorakılığı ilə məntəqədən uzaqlaşdırılıb. Bu, saat 15.00 radələrində baş verib.

Seçki Xəbər Mərkəzi -saat 16.00 (üçüncü)

31 Saylı Suraxanı 2-ci seçki dairəsi “AXCP- Müsavat” blokunun namizədi Əli Kərimlinin seçki qərargahından

Seçki qərargahımız əldə etdiyi bir sıra faktları diqqətinizə çatdırmağı gərəkli bilir. Ötən saatlarda dairə üzrə bütün məntəqələrdə icra orqanlarının seçkiyə kobud müdaxiləsi müşahidə olunub. Bəlli olub ki, hələ bir gün öncədən Mənzil İstismar Sahələri vasitəsi ilə kommunal xidmətlərdə çalışan insanların şəxsiyyət vəsiqəsləri toplanılıb. Bu gün onları çağıraraq vəsiqələri verilib və MnSK-ya namizəd Fərəc Quliyevə səs verməyə göndərilir. Məntəqələr üzrə yenə də “karusel” hadisəsi qeydə alınıb, müşahidəçilərin fəaliyyətinə maneələr törədilir.

· 12 saylı MnSK-da 80- ə qədər başqa dairələrdə qeydiyyatda olan seçici səsverməyə сəlb edilib, müşahidəçilərimiz onların qarşısını bu məntəqədə hələ ki ala bilib.

· 25 saylı MnSK-da müşahidəçi Rövşən Nəsirli komissiya üzvlərinin təzyiqi ilə üzləşib. Nəsirli səsverməyə gələnlərin şəxsiyyət vəsiqəsinə baxmaq istədikdə komissiya sədri buna etiraz edib və polis çağırıb.

· 25 saylı MnSK-da ümumiyyətlə səsverməyə gələnlərin sənədləri, baramaqlarının rənglənməsi lazımınca yoxlanılımır.Komissiya üzvlərə bu haqda tutulan iradlara əhəmiyyət vermir

· 23 Saylı MnSK-da 13 saylı koperativ binanın Mənsim adlı rəhbəri saat 15-dək 5 dəfə məntəqəyə qanunsuz olaraq girib, səsverənlərin rəyinə təsir göstərib.

· 8 saylı MnSK sədr müşahidəçilərin aydın müşahidə apatrmasına şərait yaratmır, onların ancaq oturduqları yerdən sadəcə seyr etmək hüququ oldugunu bilidirir

· Namizəd Əhəd Abıyev seçki qərargahınınü zvləri 90 hc 857 nömrəli Pajeroo markalı avtomobillə 8 saylı məntəqəyə daşıyır və onlara Əhəd Abıyevə səs verməyə çağırır

· 9 saylı MnSK-nın önündə duran 146 nömrəli məktəbin direktoru Süleymanov Zülfüqar səsverməyə gələn insanlara namizəd Fərəc Quliyevə səs vermək haqda təbliğat aparır

125 saylı Qubadlı-Zəngilan seçki dairəsindən millət vəkilliyinə namizəd Anar Qasımovun seçki qərargahının məlumatı

Bu gün 125 saylı Qubadlı-Zəngilan seçki dairəsində səsvermənin elə ilk saatlarından saxtakarlığa start verilib. Belə ki, həmin darədən namizəd Anar Qasımovun 125 saylı dairənin 36 saylı məntəqəsinə daxil olmasına imkan verilməyib. Məntəqə sədri Araz Əliyev bunu heç cür əsaslandıra bilməsə də namizədin içəri daxil olmasına mane olub, A.Qasımov uzun sürən mübahisədən sonra öz haqqını bərpa edib və məntəqəyə daxil ola bilib və seçki qutularının müşahidəçilərin gözündən uzaq bir küncdə sütunun arxasında yerləşdirilməsinin şahidi olub. Həmçinin məlum olub ki, müşahidəçilərə tərpənmək imkanı da verilmir. Bütün bunlar A.Qasımovun müdaxiləsindən sonra aradan qaldırılıb. Lakin digər məntəqələrdən gələn informasiyalar da sübut edir ki, icra strukturları seçkiləri YAP-ın namizədi İmamverdi İsmayılovun xeyrinə saxtalaşdırmaqda maraqlı və israrlıdır. Bundan başqa A.Qasımov bildirib ki, öz səsvermə hüququndan istifadə etmək istəyərkən başqa bir qanunsuzluqla rastlaşıb: “Məndən qarşıdakı seçici əlində 4 nəfərin şəxsiyyətini təsdiq edən sənədlə komissiya üzvlərinə yaxınlaşdı. Komissiya üzvü ilə söhbətindən məlum oldu ki, özündən başqa oğlu, qızı və həyat yoldaşının yerində də səs verməyə gəlib. Bu qanun pozuntusuna yol verilməməsi üçün özümü təqdim etdim və dairədən millət vəkilliyinə namizəd kimi bir nəfərin yalnız bir dəfə, öz yerinə səs verə biləcəyini xatırlatdım. Lakin komissiya üzvü Həbibov Məhəmməd çox qaba tərxdə bildirdi ki, biz necə istəyirik o cür də edirik, get kimə istəyirsən şikayət elə, bizə belə göstəriş verilib. Dairə ərazisində digər məntəqələrdən də aldığım informasiyalara görə karusel əməliyyatı həyata keçirilir, sürücülük vəsiqəsi ilə səs vermə halları müşahidə olunur.” Həmçinin 125 saylı dairənin 35 saylı məntəqəsində müşahidəçi Ramin Zeynallı bildirib ki, ötən seçkilərdən fərqli olaraq bu dəfə saxtakarlıq total xarakter alıb: “İcra Hakimiyyəti və MİS seçkilərə aktiv müdaxilə edir, seçicilərin öz fikrini ifadə etməsinə imkan vermir, məntəqə qarşısında icra strukturlarının nümayəndələri dayanaraq əllərində siyahı seçkiyə kimlərin gəldiyini və kimə səs verdiyini qeyd edir. Bundan başqa məntəqədə müşahidəçilərin əyləşməsi üçün yer də ayrılmayıb, qapının ağzında qaydalara zidd olaraq həm barmağı yoxlayan həm də mürəkəb vurur. Bütün bunlarla bağlı iradlara isə kobudluqla cavab verilir. Bir sözlə görünməyən dərəcədə saxtakarlıq baş verir”.

Qubadlı-Zəngilan seçki dairəsində insident

125 saylı dairədə qanun pozuntuları getdikcə daha kobud şəkil almaqdadır. Belə ki, “karusel” əməliyyatından başqa digər dairələrin seçicilərinə də burada səs vermək imkanı yaradılıb. Qubadlı-Zəngilan seçki dairəsinin Sumqayıt şəhərində, H.Z.Tağıyev qəsəbəsində, “Xəzri” adlı ərazidə yerləşən 51 saylı məntəqəsində müşahidəçi Salman Qasımov seçicilərdən birinin sənədlərində uyğunsuzluq aşkar edib və məlum olub ki, həmin seçici Bərdə sakinidir və 125 saylı dairəyə heç bir aidiyyatı yoxdur. S.Qasımovun bu şəxsin məntəqədən uzaqlaşdırılmasını tələb etməsinə cavab olaraq bütün Məntəqə seçki komissiyasının üzvləri müşahidəçiyə qarşı çıxaraq təzyiq göztərib, şəxsiyyət və müşahidəçi vəsiqəsi əlindən alınıb, polisin müdaxiləsindən sonra isə onun sənədləri özünə qaytarılıb.

32 saylı Suraxanı üçüncü Seçki Dairəsindən Milli Məclis üzvlüyünə namizəd Fikrət Cəfərovun Seçki Qərargahının Məlumatı

* 32 saylı Suraxanı üçüncü Seçki Dairəsində səsvermənin gedişində kütləvi qanun pozuntuları müşahidə olunur. Ağacan Abıyevə yaxın şəxslər “Mersedes” markalı 10 JE 585 və 90 FG 132 dövlət nomrə nişanlı, Mitsubishi markalı, 10 BA 494 dövlət nömrə nişanlı avtomobillərlə hər biri 5-ə yaxın seçicini məntəqə-məntəqə gəzdirir və YAP-in namizədi Ağacan Abıyevə səs verdirirlər. Əldə etdiyimiz məlumata görə, bu əməliyyatda iştirak edən hər bir seçiciyə Ağacan Abıyevin adamladı 10 AZN pul verirlər.

* 4 saylı Məntəqə Seçki Komissiyasının sədri Adilə Abdullayeva məşvərətçi səs hüquqlu müşahidəçi Məhbubə Məmmədovanı sənədlərinin duzgün olmaması bəhanəsi ilə məntəqəyə buraxmayıb.

* 23 saylı MnSK-da (sədr Xədicə Məstanova) səsverməyə gələnlərin saq əlinin barmaqlarina murəkkəb vurulur. Sonra isə həmin seçicilər başqa məntəqəyə gedir burada onların sol əlinin barmaqları mürəkkəblə boyanır və təkrar səs verirlər.

* Müxtəlif seçicilərin, xüsusən də müxalif yönlü seçicilərin səsverməsinə problem yaradılır. 226 saylı MnSK-da onlara başqa məntəqədə səs verməli olduqları bildirilir, digər məntəqələrdə də onlara eyni cavabı verirlər.

* Əmircan qəsəbəsində, xüsusən də Səttar Bəhlulzadə küçəsinin sakinlərinə bildiriş paylanmadığından seçicilər harada səs verməli olduqlarını bilmirlər.

*Fikrət Cəfərovun Seçki Qərargahına müraciət edən Suraxanı Maşınqayırma Zavodunun işçilərinin verdiyi məlumata görə, işçilərə saat 11 radələrində zavodun qarşısında toplaşmaq tapşırılıb. Xüsusi ayrılmış maşın onları məntəqə-məntəqə gəzdirəcək, işçilərə YAP-çı namizəd Ağacan Abıyevə səs vermək tapşırılıb.

*12 saylı MnSK-da bülletenlərin içində seçicilərə əlavə bülleten verilir və onlara Ağacan Abıyevə səs vermək tapşirilir. Bu məntəqədə müşahidəçilərə müşahidə aparmağa imkan verilmir. Ümumiyyətlə, bütun məntəqələrdə komissiya üzvləri bülleten alan seçicilərə pıçıltı ilə “birinciyə səs verin” deyirlər. Bülletendə Ağacan Abıyevin adı birincidir.

*11 saylı məntəqədə qeydiyyatdan keçən 27 müşahidəçinin bir qismi Əmircan icra nümayəndəliyi tərəfindən göndərilib. Bunu müşahidəçilərdən biri özü etiraf edib. Digər bir müşahidəçi isə mətbuat nümayəndələrinin “siz hansısa təşkilatdan müşahidəçisiniz, yoxsa müstəqil müşahidəmı” sualina “bilmirəm” deyə cavab verib, qeydiyyatdan keçsə də, jurnalistin suallarina gorə məntəqəni tərk edib.

* 4 saylı MnSK-da komissiyanın YAP-dan olan üzvü (18 saylı MİS-də pasport qeydiyyatı məsələlərinə məsul şəxsdir) Mətanət Məmmədova bir qrup seçicinin bir neçə dəfə səs verməsinə şarait yaradib, müşahidəçilərin işinə mane olub. 22 saylı MnSK-da da “karusel əməliyyatı” təşkil olunub.

* Saat 10.30 radələrindən etibarən Suraxanı Maşınqayırma Zavodunun 15 yaxın işçisi onlar üçün ayrilmış avtobusla bir-bir məntəqələri gəzərək, təkrar-təkrar YAP-ın namizədi Ağacan Abıyevə səs veriblər.

*10 JE 585 dövlət nomrə nişanlı, “Mersedes” markalı avtomobil, eyni zamanda nömrəsini dəqiqləşdirə bilmədiyimiz digər “Mersedes” markalı avtomobillər hər biri 5-ə yaxın seçicini məntəqə-məntəqə gəzdirərək Ağacan Abıyevə səs verdirirlər.

Arxa qapıdan səs verənlər

1-2-cü şəkillərdə 45 saylı bağçada (11 ve 12 saylı menteqeler yerleşir) arxa qapıdan girib səs verib gedirlər

3-4 şəkillərdə karuselde iştirak edənlərdir. (Sumqayıtdan, Natiq Cavadlı)

Seçki Xəbər Mərkəzi – saat 18.00

* 8 saylı binəqədi seçki dairəsindən “AXCP-Müsavat” blokunun namizədi Arzu Səmədbəylinin seçki qərargahından verilən məlamata gərə, 6-cı mikrarayon ərazisindəki 79 saylı MİS-in sədri Validə Vəliyevə seçki başlayan saatdan təbliğatla məşğuldur. Mikrorayon ərazisindəki 209 saylı binanın qarşısında seçki “qərargahı” quran V.Vəliyeva seçıcıilərə pul paylamaqdan belə çəkinmir.

* 33 saylı Xətai 1-ci seçki dairəsindən “AXCP-Müsavat” blokunun namizədi Fuad Qəhrəmanlının verdiyi məlumata görə, dairə ərazisində kütləvi saxtakarlıq hallarına yol verilir və bu prosesə DSK-nın sədri Əlibaba Bayramov rəhbərlik edir. Belə ki, dairə ərazisində heç bir qeydiyatı olmayan şəxslər 6, 8, 9, 12, 29, 33, 34 saylı məntəqələrdə səsverməyə buraxılıblar. Prosesin aklaşdırıldığını deyən F.Qəhrəmanlı vurğuladı ki, eyni zamanlarda onun qərargahının üzvləri tərəfindən 30-40 nəfərdən ibarət karuseldə fəal iştirak edən “dəstə” aşkarlanaraq uzaqlaşdırılsa da, bir müddət sonra onlar yenidən başqa məntəqələrdə səsverməyə buraxılıblar.

* 35 saylı saylı Xətai seçki dairəsində 265 saylı məktəbin direktoru Yeganə Qurbanova “Ümid” sədri İqbal Ağazadənin xeyrinə təbliğatla məşğuldur. Sözügedən namizədin xeyrinə 7 nömrəli seçki məntəqəsində 1 nəfər 3 bülleten atarkən saxlanılıb. Pozuntu aktlaşdırılıb.

* 11 saylı Qaradağ secki dairəsindən “AXCP-Müsavat” blokunun namizədi Tahir Xanəliyevin verdiyi məlumata görə, 23 saylı seçki məntəqəsinin qapısı qarçısında dayanan bir qrup şəxs seçkiyə gələn vətəndaşlara hakimiyyət nümayəndəsinə səs verməyi təbliğ edirlər. 24 saylı məntəqənin ərazisində isə eyni işi həyata keçirən dəstə bu “missiyanı” məntəqə daxilində reallaşdırır. Eyni zamanda bu məntəqədə qutuya topa bülletenlərin atılması da qeydə alınıb. Pozuntular aktlaşdırılaraq, bu barədə komissiya sədrinə məlumat verilsə də sonuncu heç bir tədbir görməyib.

* 113 saylı Şəki şəhər seçki dairəsindən “AXCP-Müsavat” blokunun namizədi Sahib Kərimovun seçki qərargahından verilən məlumata görə, Şəki şəhərindəki N saylı hərbi hissənin əsgərləri 9, 17, 18 saylı məntəqələrə təkrar-təkrar səsverməyə gətiriliblər. 55 AA 164, 55 AA 205 dövlət nömrə nişanlı maşınlar 22, 23 ,24 saylı məntəqələrə seçicilər daşımaqla məşguldur. Saat 10.00-da 26 saylı məntəqənin sədri Zeynal Əliyev və katibi Bayram Şıxalıyev qutuya topa bülletenlər salıblar. Buna etiraz edən namizədi Sahib Kərimovun Azər Məmmədov adlı vəkili komissiya sədri onun məntəqədən çıxarılması barədə akt tərtib edib. Şəki şəhərindəki Tibb məktəbinin Elmira adlı direktoru həmin məktəbdə yerləşən 8 saylı məntəqədə tələbələrdən ibarət karusel qrupu yaradıb. 24 saylı məntəqədə 2-3 bülletenin atılması pozuntusu aktlaşdırılıb. 11 saylı məntəqədə bülletenlərin sayılmasına imkan verilməyib. Tikinti materilları biznesi ilə məşgul olan Nəbi adlı şəxs 19 saylı məntəqədə Yaqub Mahmudovun xeyrinə 7 bülleten atarkən aktlaşdırılıb. Şəki avtobazasının direktoru Arzu Abdulhəmidov hökümətin namizədinin xeyrinə təbliğat aparmaqla, müxalifət nümayəndələrinə təzyiq edir. 27 saylı məntəqədə isə bələdiyyə sədri məntəqə yaxınlığında əhəlini təlimatlandırmaqla məşğuldur.

* 61 saylı Neftçala seçki dairəsinin dislokasiyasına aid edilən hərbi hissənin şəxsi heyyəti sırayla 1, 2, 3, 4, 5, 6 saylı məntəqələrdə səs veriblər. Bu barədə məlumat “AXCP-Müsavat” blokunun namizədi Əflatun Əhmədzadənin seçki qərargahından daxil olub. Məlumatda o da vurğulanır ki, 1 saylı məntəqədə səs verməli olan hərbiçilərin sayı siyahı ilə 49 olsa da, “səsvermədə” 75 nəfər iştirak edib.

* 47 saylı Mingəçevir secki dairəsində “AXCP-Müsavat” blokunun namizədi Nəriman Yəhyayev və digər namizəd Aidə Bəndəliyevanın müşahidəçiləri komissiya üzvü Qərib Abdullayevi qutuya 20-dən çox bülleten atmasının qarşısını alıblar. Pozuntuyla bağlı akt tərtib olunub.

* 15 saylı dairədə əksər məntəqələrdə bu ərazidə yaşamayan adamlar kütləvi şəkildə Etibar Hüseynovun lehinə səsverməyə gətirilir. Bu 10 və 11 saylı məntəqələrdə də baş verir. Bu məntəqədə səs verənlərdən birinin şəxsiyyət vəsiqəsi təsadüfən qutuya düşdüyündən qutunu açmalı olurlar. Qutu açılan zaman isə bəlli olur ki, şəxsiyyət vəsiqəsinin sahibi Ağdaş rayon sakinidir.

* 30 saylı dairənin 19 saylı məntəqəsində iki müşahidəçi – Mübariz Salayev və Müslüm Əlverdiyev məntəqədən çıxarılıb. Bununla bağlı MSK-ya müraciət olunub, onlar da DSK-ya göstəriş veriblər. DSK da problemi həll edəcəyini deyib. Amma məntəqə seçki komissiyası MSK və DSK-nın göstərişinə əməl etməyib.

* 20 saylı dairənin 4 saylı məntəqəsində səsverməyə gələn Bəxtiyar Aslanbəyli görüb ki, evdə xəstə yatan bacısının adına bülleten atılıb. Bacısına zəng edib və bəlli olub ki, onların evinə qutu aparılmayıb.

* 15 saylı dairənin 20 və 21 saylı məntəqsində Əli Əliyevin müşahidəçisi Əfqan Məmmədov seçkinin gedişi ilə bağlı ATƏT nümayəndələrinə məlumat verib. Bundan sonra elə həmin məntəqədə müşahidəçi olan ATS-in işçisi Əfqan Məmmədovu çölə dəvət edib onu elə məntəqənin qabağındaca döyüb.

* 20 saylı və 225 saylı məktəblərin direktorları həm də öz məktəblərindəki məntəqələrdə müşadidəçidirlər.

* 9 saylı dairənin 22 saylı məntəqəsinə YAP-ın Binəqədi təşkilatının sədri gələrək göstərişlər verib. O, Elşad Musayevin məşvərətçi səs hüquqlu nümayəndəsinin məntəqədən çıxarılmasını tələb etsə də təzyiqlər qarşısında geri çəkilib.

* Bu dairənin 4 saylı məntəqəsində Rəfail Cəbrayılovun müşahidəçisi qutuya 10 bülleten atarkən yaxalanıb. Başqa müşahidəçilərin etirazlarından çəkinən bu şəxs məntəqədən qaçmaq məcburiyyətində qalıb.

* Binəqədi rayon icra başçısının Füzuli adlı müavini isə 21 saylı məntəqədə olub. Göstərişlər verib.

* 62 saylı dairənin 23 saylı məntəqəsində saat 17.00-a olan məlumata görə, 1123 seçicidən 360-ı səs verib. Məntəqədəki müşahidəçinin verdiyi məlumata görə burada da fəallıq çox aşağı olub. Əslində real olaraq bu məntəqədə heç 100 nəfər də səsvermədə iştirak etməyib.

* 120 saylı dairənin 50 saylı məntəqəsində 30-dan artıq bülleteni topa qutuyan atan şəxs yaxalanıb. Akt tərtib olunub. 2 saylı məntəqədə isə müşahidəçi Vasif Əfəndiyev hazırkı deputat Astan Şahverdiyevin göstərişi ilə məntəqədən çıxarılıb.

* 30 saylı dairənin 18 saylı məntəqəsində komissiya üzvlərindən biri qutuya 50-yə yaxın bülleten atarkən Mustafa Hacıbəyli onu yaxalayıb. Bülletenlər komissiya üzvünün əlindən alınıb, akt tərtib olunub.

* 25 saylı dairənin 2 saylı məntəqəsində seçki hüququ olmayan azyaşlılar (şəxsiyyət vəsiqəsi olan) səsverməyə gətirilir.

Onların bu gün də təbliğatı gedir

Namizədlər icra hakimiyyətinin hərəkətlərindən şikayət Verdi

MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ SƏDRİ

CƏNAB MƏZAHİR PƏNAHOVA

Surəti: 120 sayli Cəbrayıl-Qubadlı Dairə Seçki Komissiyasının sədrinə

Surəti: Avropa Şurasının Azərbaycandakı nümayəndəliyinə

Surəti: ATƏT-in Seçkilərin Müşahidə Missiyasının Bakı ofisinə

Surəti: Azərbaycan Respublikasının Baş Prokurorluğuna

120 sayli Cəbrayıl-Qubadlı Seçki Dairəsindən

deputatlığa qeydə alınmış namizədlər:

1. Şahverdiyeva Xalisə Nüsrət qızı

2. Mehdiyev Sərvər Abasqulu oğlu

3. Məcidli Məhəmməd Çərkəz oğlu

4. Səfiyev Eyvaz İzəməddin oğlu

5. Məmmədov İzzət Məhəmməd oğlu

tərəfindən

Ə R İ Z Ə

Məlumat üçün bildiririk ki, 120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsi üzrə bizim deputatlığa namizədliyimiz qeydə alınıb. Lakin həm məntəqə və dairə seçki komissiyaları, həm Cəbrayıl rayon icra hakimiyyətinin başçısı, həm də Yeni Azərbaycan Partiyasının bu dairədən olan namizədi – Astan Şahverdiyev tərəfindən seçki qanunvericiliyi kobud şəkildə pozulur, digər namizədlərə qarşı ciddi ayrı-seçkiliyə yol verilir.

Belə ki, Cəbrayıl rayon icra hakimiyyətinin başçısı – Mahmud Quliyev və Yeni Azərbaycan Partiyasının namizədi – Astan Şahverdiyev bir neçə gün öncə şəxsən 120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsi üzrə 45, 46, 47, 48, 49, 50, 51, 52, 53, 54 və 55 saylı seçki məntəqələrində, eləcə də büdcədən maliyyələşən idarə və müəssisələrdə olublar. Bu zaman həm komissiya üzvlərinə və büdcədən maliyyələşən təşkilatlarda işləyən şəxslərə xüsusi olaraq tapşırıblar ki, “…əgər “qutu”dan Astan Şahverdiyev çıxmasa, hamınızı Araza tökəcəm!”.

Bundan başqa, adıçəkilən şəxslər eyni zamanda Bakı, Sumqayıt və Xırdalan şəhərlərində yerləşən 39 məntəqə üzrə əhalinin şəxsiyyət vəsiqəsinin nömrələrini götürüblər. Əlbəttə ki, bu zaman onların məqsədi vətəndaşların əvəzinə səsvermədə iştirak etmək, yəni onların adını guya səsverməyə gəlmiş şəxslər kimi rəsmiləşdirmək və boş qalmış bülletenləri Astan Şahverdiyevin lehinə dolduraraq saxtakarlığa yol verməkdir.

Onu da qeyd edək ki, yerli icra hakimiyyəti orqanları tərəfindən Astan Şahverdiyevdən başqa digər namizədlərin əsasən məcburi köçkün qəsəbələrində məskunlaşmış qohumlarına qarşı ciddi təzyiq və təqiblərə yol verilir, seçicilər daimi təhdid altında saxlanılır.

Hələ bunlar azmış kimi, Cəbrayıl rayon icra hakimiyyətinin başçısı – Mahmud Quliyevin və Yeni Azərbaycan Partiyasının namizədi – Astan Şahverdiyevin birgə səyi nəticəsində digər namizədlərə qarşı “aqressiya” o həddə çatıb ki, hətta Biləsuvar rayonunda məcburi köçkünlər üçün salınmış 6-cı qəsəbədə namizədlər üçün olan lövhədə Yeni Azərbaycan Partiyasının namizədindən başqa digər namizədlərin şəkil və plakatlarının üstü palçıqlanıb.

Bunlarla yanaşı, yerli icra hakimiyyəti orqanları heç bir əsas göstərmədən Biləsuvar rayonunda yerləşən digər məcburi köçkün qəsəbələrində seçicilərlə görüş üçün yer ayırmaqdan imtina edirlər. Bu münasibət Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizəddən başqa digər namizədlərin hamısına qarşı yönəlib, qalan digər namizədlər və onların seçiciləri bundan şikayətçidirlər.

Daha pis olanı isə odur ki, 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi üzrə mövcud olan 70 məntəqənin demək olar ki, böyük əksəriyyətində, xüsusilə 32 saylı məntəqə ərazisində əhalinin xeyli hissəsinə seçici vərəqəsi göndərilməyib. Öz adını seçici siyahısında tapa bilməyən seçicilər bu barədə öz etirazını bildirəndə isə, seçki məntəqəsindən onlara bildiriblər ki, “…artıq siyahı tərtib olunub, dəyişiklik edə bilmərik. Ona görə də seçki günü gələrsiniz, baxarıq!”.

Biz dəfələrlə 120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsi üzrə baş vermiş pozuntularla bağlı Dairə və Məkəzi Seçki Komissiyalarına, eləcə də aidiyyatı dövlət və beynəlxalq təşkilatlara müraciət etmişık, lakin heç bir nəticə əldə edə bilməmişik.

Halbuki, Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, bütün namizədlər bərabər hüquqa malikdirlər və bərabər öhdəliklər daşıyırlar.

Qanunvericiliyin bizə verdiyi imkandan çıxış edərək, hesab edirik ki, bizə qarşı yol verilən ayrı seçkilik, eləcə də öz hüquqlarımızı həyata keçirmək üçün hər hansı əsassız maneənin yaradılması bizim seçki hüquqlarımızın kobud şəkildə pozuntusudur və səlahiyyətli orqanlar buna görə məsuliyyət daşıyırlar.

Belə ki, Seçki Məcəllənin 17.6-cı maddəsinə əsasən, seçkilərin (referendumun) təşkili və keçirilməsi zamanı seçki (referendum) komissiyaları və onların üzvləri, digər vəzifəli şəxslər öz fəaliyyətlərində aşağıdakı tələblərə əməl etməlidirlər:

17.6.1. seçkilərin (referendumun) təşkili və keçirilməsində qanuna əsaslanmalıdırlar, qanunlar tam, bərabər və qərəzsiz tətbiq olunmalıdır;

17.6.2. qanun çərçivəsində hər bir siyasi partiyaya, referendum üzrə təşviqat qrupuna, namizədə, seçiciyə və seçki (referendum) kampaniyasının digər iştirakçılarına ədalətli və bərabər münasibət bəsləməlidirlər;

17.6.3. namizədə, siyasi partiyalara, referendum üzrə təşviqat qruplarına, seçiciyə münasibətdə neytral və qərəzsiz olmalıdırlar;

17.6.4. hər hansı bir namizədin, siyasi partiyanın, referendum üzrə təşviqat qrupunun dəstəklənməsinə yönəldilən və ya dəstəklənməsi kimi başa düşülə bilən hərəkətlərə yol verməməlidirlər;

17.6.9. hər hansı bir namizədə, siyasi partiyaya, referendum üzrə təşviqat qrupuna qarşı qərəzli mövqeyin yaranmasına gətirib çıxara bilən fəaliyyətdə (özəl fəaliyyət də daxil olmaqla) iştirak etməməlidirlər.

Seçki Məcəlləsinin 112.2-ci maddəsinə əsasən, bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər (seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları) vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən şikayəti müvafiq yuxarı seçki komissiyasına təqdim edə bilərlər.

Onu da qeyd edək ki, Azərbaycan Respublikasının Cinəyət Məcəlləsinin 159, 159-1 və 160-cı maddələri vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə vətəndaşın seçki hüquqlarının həyata keçirilməsinə mane olma, namizədin lehinə imza atmağa məcburetmə və onu öz iradəsinə zidd səs verməyə məcburetmə, eləcə də namizədlərin, siyası partiyalar bloklarının seçki kampaniyalarına müdaxilə etmə və ya onu pozma, seçkiqabağı kütləvi tədbirlərin keçirilməsinə mane olma, seçkilərdə başqalarının əvəzinə səs verilməsinə şərait yaratma, həmçinin seçki komissiyalarının işinə müdaxilə etmə və ya təsir göstərmə və ya seçki komissiyası üzvünün öz vəzifələrini yerinə yetirməsi ilə bağlı fəaliyyətinə müdaxilə etmə hərəkətlərinə görə cinayət məsuliyyəti nəzərdə tutur.

Odur ki, yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 17, 55 və 112-ci, eləcə də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 159, 159-1 və 160-cı maddələrinin tələblərini rəhbər tutaraq, Sizdən

XAHİŞ EDİRİK:

• Bizim pozulmuş hüquqlarımızın bərpa edilməsi;

• Qeyd edilən pozuntuların təcili aradan qaldırılması üçün dairə və məntəqə seçki komissiyalarına müvafiq göstəriş verilməsi;

• Pozuntulara yol vermiş vəzifəli şəxslərin cinayət, inzibati və digər uyğun məsuliyyətə cəlb edilməsi;

• Qeyd edilən pozuntularla əlaqədar olaraq 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin bütün məntəqələrində beynəlxalq müşahidəçilərin iştirakının təmin edilməsi üçün zəruri tədbirlər görəsiniz.

Hörmətlə,

120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsindən qeydə alınmış namizədlər:

1. Şahverdiyeva Xalisə Nüsrət qızı_________________________

2. Mehdiyev Sərvər Abasqulu oğlu________________________

3. Məcidli Məhəmməd Çərkəz oğlu _______________________

4. Səfiyev Eyvaz İzəməddin oğlu _________________________

5. Məmmədov İzzət Məhəmməd oğlu ______________________

Tarix: 06 noyabr 2010-cu il

120 sayli Cəbrayıl-Qubadlı Seçki Dairəsindən deputatlığa qeydə alınmış namizəd – Şahverdiyeva Xalisə Nüsrət qızının şikayəti

MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ SƏDRİ

CƏNAB MƏZAHİR PƏNAHOVA

Surəti: 120 sayli Cəbrayıl-Qubadlı Dairə Seçki Komissiyasının sədrinə

Surəti: Avropa Şurasının Azərbaycandakı nümayəndəliyinə

Surəti: ATƏT-in Seçkilərin Müşahidə Missiyasının Bakı ofisinə

Surəti: Azərbaycan Respublikasının Baş Prokurorluğuna

120 sayli Cəbrayıl-Qubadlı Seçki Dairəsindən

deputatlığa qeydə alınmış namizəd – Şahverdiyeva

Xalisə Nüsrət qızı (055 218 19 30) tərəfindən

Ş İ K A Y Ə T

Məlumat üçün bildirirəm ki, 120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsi üzrə mənim deputatlığa namizədliyim qeydə alınıb. Bu dairədə 70 məntəqə var.

Seçki günü, yəni 07 noyabr 2010-cu ildə mən həmin məntəqələr üzrə öz müşahidəçilərimlə görüşmək üçün səhər saat 10.00- 10.30 radələrində bir neçə məntəqədə oldum. 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin Biləcəri qəsəbəsi 50, 5-ci məhəllə, 274 saylı uşaq bağçasında yerləşən 28 saylı məntəqəqəsində ciddi hüquq pozuntuları ilə qarşılaşdım.

Belə ki, həmin məntəqənin sədri Seçki Məcəlləsinin tələblərinə zidd olaraq, seçicilərin özlərinin yaxınlaşıb bülleten tələb etmədiyi halda, o, artıq çoxsaylı səsvermə bülletenlərinin kənarlarını kəsib öz yanında saxlamışdı.

Bundan başqa, məntəqə sədri seçkiyə gələn seçicilərə açıq şəkildə hansı namizədə, daha döğrusu Yebni Azərbaycan Partiyasının irəli sürdüyü – Astan Şahverdiyevə səs verməsi barədə ciddi təlimatlandırırdı. Əlbəttə ki, mən buna öz etirazımı bildirdim. Amma bu zaman məntə sədri gözləmədiyim halda, hətta əl-qol hərəkətləri ilə məni məntəqədən çıxarmağa çalışdı. Amma bir nəticəyə nail ola bilmədiyini görüb, polis çağırdı.

Gələn polis nəfəri də məntəqədəki qanun pozuntularının şəxsən şahidi olsa da, məndən dərhal məntəqəni tərk etməyi tələb etdi.

Onu da qeyd edim ki, belə münasibət Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizəddən başqa digər namizədlərin hamısına qarşı yönəlib və bütün namizədlər bundan şikayətçidirlər.

Halbuki, Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, bütün namizədlər bərabər hüquqa malikdirlər və bərabər öhdəliklər daşıyırlar.

Hesab edirəm ki, 28 saylı məntəqə komissiyası sədrinin yol verdiyi özbaşınalıqlar və digər ciddi qanun pozuntuları mənim və minlərlə seçicinin seçki hüquqlarının kobud şəkildə pozuntusudur və səlahiyyətli orqanlar buna görə məsuliyyət daşıyırlar.

Belə ki, Seçki Məcəllənin 17.6-cı maddəsinə əsasən, seçkilərin təşkili və keçirilməsi zamanı seçki komissiyaları və onların üzvləri, digər vəzifəli şəxslər öz fəaliyyətlərində aşağıdakı tələblərə əməl etməlidirlər:

17.6.1. seçkilərin təşkili və keçirilməsində qanuna əsaslanmalıdırlar, qanunlar tam, bərabər və qərəzsiz tətbiq olunmalıdır;

17.6.2. qanun çərçivəsində hər bir siyasi partiyaya, referendum üzrə təşviqat qrupuna, namizədə, seçiciyə və seçki kampaniyasının digər iştirakçılarına ədalətli və bərabər münasibət bəsləməlidirlər;

17.6.3. namizədə, siyasi partiyalara, referendum üzrə təşviqat qruplarına, seçiciyə münasibətdə neytral və qərəzsiz olmalıdırlar;

17.6.4. hər hansı bir namizədin, siyasi partiyanın, referendum üzrə təşviqat qrupunun dəstəklənməsinə yönəldilən və ya dəstəklənməsi kimi başa düşülə bilən hərəkətlərə yol verməməlidirlər;

17.6.9. hər hansı bir namizədə, siyasi partiyaya, referendum üzrə təşviqat qrupuna qarşı qərəzli mövqeyin yaranmasına gətirib çıxara bilən fəaliyyətdə (özəl fəaliyyət də daxil olmaqla) iştirak etməməlidirlər.

Onu da qeyd edim ki, imkan daxilində mən baş verən pozuntuların video və foto görüntülərini çəkməyə müvəffəq oldum, hansı ki onlar şıkayətə əlavə olunur. Eyni zamanda baş verən pozuntularla bağlı yerindəcə akt da tərtib olunub.

Seçki Məcəlləsinin 112.2-ci maddəsinə əsasən, bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər (seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları) vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən şikayəti müvafiq yuxarı seçki komissiyasına təqdim edə bilərlər.

Odur ki, yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 17, 55 və 112-ci maddələrinin tələblərini rəhbər tutaraq, qanunvericiliklə Sizə verilmiş səlahiyyətlərdən istifadə edərək mənim pozulmuş hüquqlarımın bərpa edilməsi, eləcə də qanunun tələblərini pozan şəxslərin uyğun məsuliyyətə cəlb edilməsi üçün zəruri tədbirlər görməyinizi Sizdən xahiş edirəm.

Əlavə olunur:

1. Fotoşəkillər

2. Seçki məntəqəsində tərtib olunmuş aktın surəti.

Hörmətlə,

Şahverdiyeva Xalisə Nüsrət qızı

120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsindən deputatlığa qeydə alınmış namizəd

Tarix: 07 noyabr 2010-cu il

Görüb ki, Rusiyadakı qardaşı ondan qabaq “səs” verib

20 saylı dairənin 17 saylı məntəqəsində səverməyə gedən Elşad Mikayılov görüb ki, Rusiyada olan qardaşı Elbrus Mikayılov ondan qabaq “səs verib”.

Bu dairənin 21 saylı məntəqəsində Lalə Azərdaj seçkiyə gələrkən öyrənib ki, onun İstanbulda yaşayan bacısı ondan qabaq “səs” verib.

62 saylı dairədə vəziyyət gərgin olaraq qalır. Aldığımız məlumata görə, seçicilərin səsverməyə gəlməməsi rayon rəhbərliyini hərəkətə keçməyə vadar edib. Çıxış yolunu rayon mərkəzinin işığını söndürməkdə görüblər. Saat 18.10-dan bütün rayon zülmətə qərq edilib.

36 saylı dairənin 3 saylı məntəqəsindədə müşahidəçi qutuya topa bülleten atıb. Bunu Oqtay Gülalıyev bildirib. Onunsözlərinə görə, bu hal bütün məntəqələrdə kütləvi şəkildə həyata keçirilir.

42 saylı dairənin 29 saylı məntəqəsinin qarşısında polis Musa Qasımlının adından pul paylayıb. Mirmahmud Mirəlioğlu komissiya üzvünün Musa Qasımlının xeyrinə qutuya bir topa bülleten atmasının qarşısını alıb. Bu fakt aktlaşdırılıb.

Bu dairənin 24 saylı məntəqəsində saat 17.10-da Mersedes markalı 10 RR 395 dövlət nömrə nişanlı maşından Musa Qasımlının adından 50-60 manat pul paylanıb. Məntəqə üzvləri buna etiraz edərək onun ərazidən uzaqlaşdırılmasını tələb ediblər.

18 saylı məntəqədə isə komissiya üzvü qutuya bülleten atarkən tutulub. Bu fakt da aktlaşdırılıb.

İki müxtəlif dairədə səs verənlər (Abbas Atilayın obyektivində)

Seçki Xəbər Mərkəzi – saat 19.00

125 QUBADLI-Zəngilan

125 saylı Qubadlı-Zəngilan seçki dairəsindən namizəd Anar Qasımovun seçki qərargahının məlumatına görə, dairənin Bakının Nəsimi rayonu ərazisində yerləşən 2 saylı məntəqəsində MnSK sədri Razin Müzəffər oğlu Rüstəmov daşınan seçki qutusunu aparanlarla birlikdə müşahidəçilərin də getməsinə imkan verməyib. Nəticədə o, müşahidəçilərlə əlbəyaxa olaraq öz fiziki gücünü nümayiş etdirib. Məntəqədən çıxarılan seçki qutusu indiyədək geri qaytarılmayıb.

32 saylı məntəqədə MnSK sədri Vəkil İmanov A.Qasımovun müşahidəçisi Kənan Aslanlıya bildirib ki, “protokol olmayacaq, protoklu gözləməyin, çünki mənim protokol yazmağa vaxtım yoxdur”.

113 SAYLI ŞƏKİ ŞƏHƏR

113 saylı Şəki şəhər seçki dairəsindən “AXCP-Müsavat” blokunun namizədi Sahib Kərimovun seçki qərargahının məlumatına görə, 22 saylı məntəqədə saat 16 30 da komissiya üzvü Şəbnəm adlı xanım seçki bülletenlərini stolun siyirməsindən götürərək, Yaqub Mahmudovun qarşısındakı kvadratda işarələyərək, hazır şəkildə seçiciyə verib.Buna etiraz edən müşahidəçi Mübariz Abdulkərimov təzyiqlərə məruz qalmış və məntəqə sədri polis çağıraraq onu həbs etdirmək istəmişdir. S.Kərimovun və vəkillərinin müdaxiləsindən sonra bu qanunsuzluğun qarşısı alınıb. Baş verənləri, yerli televiziya kanalı qeydə alıb. Bu məntəqədəki, bütün qanunsuzluqlara Yaqub Mahmudovun nümayəndəsi, Rayon Mədəniyyət şöbəsinin direktoru Aydın Xəlilov başçılıq edir. Saat 1720 müşahidəçi Abdulkərimov Mübariz məntəqə sədri tərəfindən təhqirlərə məruz qalmış və işarələnmiş bülletenləri üzə çıxartdığına görə hədələnmişdir.

Saat 18 10 da kütləvi şəkildə topa bülletenlərin qutulara atılıb. Hətta bu saxtakarlığa dair S.Kərimovun tərtib etdiyi aktı məntəqə sədri Mabudova Nigar imzalayıb. Qərargahdan verilən məlumata görə, bütün saxtakarlıqların başında Şəki Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Məcid Əliyev durur.

26 saylı məntəqə saat 14 00 Barmaqların rənglənməsini və yoxlanılmasını eyni məntəqə üzvü aparır ,bu da girəcəkdə yox məntəqə içərisində sədr stolunda aparılır. Dövlət müəssisələrində işləyən bütün seçicilərin bildirişinəm möhür vurulur. Bu da həmin vətəndaşların rəhbərlik tərəfindən məcburi qaydada seçkiyə göndərilməsini sübut etmək üçündür. Saat 15 30 Məktəb müdüri Umudvar müəllim Yaqub Mahmudovun xeyrinə təbliğat aparır.

27 saylı məntəqə Məktəbin direktoru Məmməd müəllim tərəfindən bütün müəllimlər səfərbər olunaraq evdən gətirilir və Namiq müəllim adlı birisi kabinəyə girərək seçicini özü istəyən şəxsə səs verdirir. Məktəbin direktoru Məmməd müəllim və həmin məktəbin müəllimi Səbuhi şəhərdə qeydiyyatda olmalarına baxmayaraq burada səs verib qutuya bülleten saldı.Komissiya sədri bəzi adamlara bülletenləri iki iki salırdı.Əksər adamlara barmağa rəng vurulmur.Bu da ikinci dəfə səs verməyə imkan yaradır.

25 saylı məntəqə saat 1444 Bir xanımın 2 dəfə səs verməsini görüb etirazetdim.Mənə həmin xanımın adını vermədiklərinə görə adını yazabilmədim barmaqlarındakı mürəkkəbi və şəxsiyyət vəsiqəsini bizə uzaqdan müşaidə etməyə imkan yaratmadılar.

17 saylı Yasamal

17 Saylı Yasamal 3-cü seçki dairəsindən əldə etdiyimiz məlumata görə, 6 Saylı Məntəqədəki müxalifətçi müşahidəçi səsələrin sayılmasına az vaxt qaldığından məntəqədən uzaqlaşdırılıb. Bunun səbəbi soruşulsa da heç bir əsas gətirilməyib.

93 SAYLI BƏRDƏ

93 saylı Bərdə Şəhər seçki dairəsindən “AXCP-Müsavat” blokunun namizədi Nemət Əliyevin məlumatına görə, bank işçiləri 3, 4, 5 saylı məntəqənin qarşısıdna dayanaraq səsverməyə gələn seçicilərə pul paylayırlar. Onlara Zahid Oruca səs vermək tapşırılır. Bu barədə seçicilərdən biri məlumat verib.

16 saylı məntəqədə saat 11:00-a kimi seçkidə iştirak edənlərin sayı 20 nəfər olsa da seçki qutularında 50-60 bülleten atılıb.

4 saylı məntəqədə səsvermə kabinəsinə 3-4 adamın birlikdə daxil olmasına imkan yaradılır.

Bərdə icra hakimiyyətinin nümayəndələri, bələdiyyə sədrləri büdcə təşkialtıdna çalışan yüksək vəzifə tutanlar 1 saylı məntəqədən tutmuş 50 saylı məntəqəyə qədər bütün məntəqələrin qarşısında dayanaraq seçicilərə hədə qorxu gəlirlər onları icra hakimiyyətinin başçısıdna gəlmiş tapşırığa əməl etməyə təhrik edirlər.

3, 8, 17, 38 saylı məntəqələrdə seçki quturlarına Zahid Orucun xeyrinə işarələnmiş qeyri-məyyən sayda bülletenleər qutulara atılamsı qeydə alınıb. Mədəniyyət evinin müdiri, İcra hakimiyyəti başçısının müavini Soltan adlı şəxs məntəqə sədriylə dalaşaraq onunla gəlmiş bir neçə şəxsin seçki qutularına yaxınlaşmasına icazə verilməsini tələb edib.

7 saylı məntəqənin yerləşdiyi kollecin rəhbərinə göstəriş verilib ki, müəllimlər yenidən məntəqələrə çağırılsın və bir neçə dəfə səs versinlər.

Bir neçə məntəqələr üzrə müəllimlərin karusel əməliyyatı aparılır. Bütün qanun pozuntularına baxmayaraq Nemət Əliyevin qalib gəldiyini anlayan icra hakimiyyətinin başçısı Saat 17:00-dan başlayaraq bütün məntəqə sədrlərinə, icra strukturlarına bütün seçki qutularının Zahid Orucun lehinə doldurulması tapşırığını verib.

11 saylı Qaradağ seçki dairəsi Tahir Xanəliyev

3 saylı məntəqədə səslərin sayılmasına başlanılıb. Seçki qutusu başqa otağa aparılıb həmin otağa isə tahir xanaliyevin məşvərətçi səs hüquqlu komissiya üzvü səslərin sayılması prosesinə buraxılmayıb.

Seçki Xəbər Mərkəzi -saat 19.00 (ikinci)

Hakimiyyət nümayəndələri saxtakarı aradan çıxarıblar

Jurnalist Əfqan Muxtarlı bildirib ki, 30 sayl seçki dairəsinin 19 saylı məntəqəsində bir nəfərdə 10 bülletein qutuya salınan zaman yaxalanıb. “AXCP-Müsavat” blokunun müşahidəçisi Namiq Məmmədli məsələyə müdaxilə edən zaman məntəqə sədri. Hakimiyyət nümayəndələri həmin şəxsi aradan çıxardılar. Bülletenlər isə müşahidəçilərə təqdim edilmədi.

50 manatdan seçicilərə pul paylanır

ADP-nin namizədi 9 saylı SD-dən namizədliyi təsdiq olunmuş Taliyət Əliyevin bildirdiyinə görə, namizəd Rəfael Cəbrayılovun adamları Xutor qəsəbəsində 50 (əlli) manatdan seçicilərə pul paylayır ki, ona səs versinlər.

Əyalətlərdə səs verənləri gündüz şam işığında axtarırlar

Beynəlxalq müşahidəçi Andreas Qross 114 saylı Şəki Seçki Dairəsindən bizə məlumat verib ki, seçicilər onun müşahidə etdiyi dairədə elə də fəal deyillər. Məntəqələrdə seçicilər tək-tək gözə dəyir. O, məlumat verən zaman 9 saylı məntəqədə olduğunu bildirdi. Bu məntəqədə də seçicilərin gözə dəymədiyini qeyd etdi.

HVA-nın Qəbələ üzrə nümayəndəsi Nazilə Ağayevanın bildirdiyinə görə, 116 saylı Qəbələ, 117 saylı Oğuz-Qəbələ SD-lərdə alternativlər olmadığı üçün nisbi sakitlikdir.Seçicilərin seçkilərdə mütəşəkkil şəkildə iştirakı nəzərə çarpmır. Onsuz da kəndlərdə yaşlılardan başqa kimsə qalmayıb. Onlar da seçkidə iştirak etməyə elə də həvəsli deyillər.

Qeydiyyatda olmayanlar səs veriblər

Jurnalist Natiq Cabadlının verdiyi məlumata görə, 125 saylı Seçki Dairəsinin 51 saylı məntəqəsində Bərdə rayonunda qeydiyyatda olan şəxs səs verərkən namizəd Anar Qasımovun müşahidəçisi tərəfindən saxlanıb. Bu barədə məntəqə sədri Xəyal Səlimliyə məlumat verilib. YAP namizədi İmamverdi İsmayılovun müşahidəçisi İnqilab Səlimov (o, məntəqə sədrinin atasıdır) isə səs verənin şəxsiyyət vəsiqəsini əlindən alıb və müşahidəçini oradan kənarlaşdırmaq üçün məntəqəyə polis dəvət olunub.

32 saylı məntəqədə müşahidəçilər seçici Gülbəyim Seyidalıyevada möhrlü sənəd görüblər. O, bunu işlədiyi idarənin müdirinə verəcəyini deyib.

İkimərtəbəli saxtakarlıq

36 saylı məntəqə isə ikimərtəbəli binada yerləşir. Səsvermə ikinci mərtəbədə olsa da, seçicilərin barmaqları birinci mərtəbədə yoxlanır. Məntəqə sədri bunu adamların çoxluğu ilə izah edir.

Namizəd Musa Qasımlının təbliğat kampaniyası hələ də davam edir. Seçicilər ona səs verməyə təhrik edilirlər.

42 saylı SK-nın 2 saylı məntəqəsində 5 saylı yataqxananın komendantı Məhərrəm Qasımov seçkiyə müdaxilə edib.

Seçkidə iştiraka görə arayış tələb olunur

Dairənin 3, 4, 6, 11, 12 saylı məntəqələrində də pozuntular qeydə alınıb. Bir qrup adamı 4 saylı məntəqəyə namizəd Oqtay Ağamirova səs verməyə gətiriblər. Adıçəkilən məntəqədə bir nəfər 2 dəfə və hər dəfədə iki bülleten atarkən saxlanıb. DSK üzvü Rüstəm müəllim 4 saylı məntəqənin sədrindən tələb edib ki, məşvərətçi səs hüquqlu olan müşahidəçilər məntəqədən çıxarılsın. Əks təqdirdə göstərişə əməl etmək üçün məntqəyə polis gətiriləcək.

11 saylı məntəqədə təkrar səs verən şəxs saxlanıb, bu barədə sədr Nuqay Rəhimova məlumat verilib. O, məsəlkəni aktlaşdırmaq təklifi etsə də, özü akta imza atmayıb.

11-12 saylı məntəqədə Gülbacı Müslümova bilmədən KXCP üzvü Bəybala Əbildən səs verdiyi barədə arayış tələb edib. Məntəqə sədri işarə edəndən sonra o, təklifini səsləndirməyib.

Şagirdlərin valideynləri də saxtakarlığa cəlb olunur

Jurnalist Elşən Balaxanılı bildirir ki, 25 saylı Nizami SD-nin 2 saylı məntəqəsində sədr Nailə Səmədova valideynlərə təkid edirlər ki, həddi-buluğa çatmış övladlarını səsverməyə gətirsinlər. Bu hal jurnalistlər tərəfindən aşkar edildilib və məntəqə sədri arasında mübahisə yaşanıb.

MSK-la məntəqə sədrlərinin hesabatı arasında kəskin fərq var

Jurnalist Vüsalə Rüstəmova bildirir ki, 35 saylı SD-nin 5 saylı məntəqəsində seçicilərdən Qəndab İsmayılova və Elşad İsmayılov hər biri qutuya iki bülleten atarkən yaxalanıb. Bu barədə akt tərtib olunub. 7-8-9-10 saylı məntəqələrdən isə “AXCP-Müsavat” blokunu təmsil edən müşahidəçilərin çıxarılması barədə qərar qəbul edilib.

MSK-nın əksər məntəqələr üzrə seçkilərin nəticələri ilə bağlı verdiyi məlumatla məntəqə sədrinin verdiyi məlumatlar arasında kəskin ziddiyyət var.

Belə ki, MSK-nın rəsmi saytında saat 15.00-a olan məlumata görə, 8 saylı məntəqədə 409 seçici səs verdiyi halda, məntəqə sədrinin saat 17.00-a olan məlumatına görə 254 nəfər səsvermədə iştirak edib. 15 saylı məntəqədə MSK 451 nəfərin iştirak etdiyini qeyd editr. Amma məntəqə sədri 17.00-a olan məlumatda 325 nəfərin səsvermədə iştirak etdiyini bildirir. Anoloji halları digər məntəqələr üzrə də müşahidə etmək mümkündür.

26 saylı məntəqənin sədri Lətifə Səfərova isə pis durumla üzləşib. Belə ki, 1200 seçici səs verməli olduğu halda saat 17.00-a qədər heç 220 nəfər iştirak etməyib. O, müşahidəçilərə maraqlı bir təklif irəli sürməklə özünü düşdüyü vəziyyətdən çıxarmağa çalışıb. Təklif də irəli sürüb ki, qutuya hər bir namizədin xeyrinə 150 bülleten atılmasına razıdır, bircə bunun səs-sorağı kənara çıxmasın. Hələ ki, bu təkliflə razı olan və olmayan müşahidəçilər olduğundan təklif icra olunmayıb. Belə getsə, seçkidən sonra vay məntəqə sədrinin halına!

18.10-a aldığımız məlumata görə, L.Səfərova müşahidəçiləri məntəqədən zorla uzaqlaşdıraraq qutuya bülleten attırıb. Bu barədə müşahidəçilər akt tərtib edib.

“Karusel” əməliyyatında qadınlardan istifadə olunub

Müşahidəçi Zərdüşd Əlizadənin verdiyi məlumata görə, 29 saylı SD-nin 1 saylı məntəqəsində saat 15.00-a qədər seçki prosesi normal keçib. Günortadan sonra məntəqəyə səs vermək üçün bir dəstə daxil olub. Təxminən 80-90 nəfər arasında olan bu dəstənin şəxsiyyətləri araşdırılarkən məlum olub ki, onların heç biri ərazidə qeydiyyatda olmayanlardır. Onlara qarşı müşahidəçilər ciddi etiraz etmələrinə baxmayaraq, 20 nəfərə yaxını qutuya bülleten ata bilib. Hadisəni namizəd Həsən Kərimovun nümayəndəsi Nurəddin Məmmədli də müşahidə edib.

Zərdüşd bəyin bildirdiyinə görə, “karusel” əməliyyatında kasıb təbəqənin nümayəndələrindən və qadınlardan istifadə olunub.

Qoy işığı söndürüm!

15 Saylı SD-nin 5-6 saylı məntəqələrində işıqları söndürüblər. Belə hadisə 35 saylı seçki dairəsinin bir neçə məntəqələrində (7,8,11 saylı) də qeydə alınıb. Bu isə saxtakarlığa əməlli-başlı şərait yaradıb.

25 saylı SD-nin 2-ci dairəsində generator olsa da, qoşulmamış vəziyyətdədir. Orada da anoloji halın baş verəcəyi gözlənilir.

Exit-pollun yalan sorğusu

Jurnalist Nicat Səmədoğlu bildirib ki, 17 saylı Seçki Dairəsində 23, 24, 25 saylı məntəqələrdə məntəqə sədri ilə exit-pollun apardığı sorğusu arasında kəskin fərq var. Maraqlıdır ki, exit-pollun sorğusu məntəqə sədrinin verdiyi məlumatdan xeyli çoxdur.

Məntəqə sədrləri seçicilərə telefonda yalvarır

Helsinki Vətəndaş Assambleyasının (HVA) Qusar üzrə nümayəndəsi Fazil Mahmudov bildirib ki, 51 Saylı Qusar SD-də seçicilərun aktivliyi çox aşağı səviyyədədir. Vətəndaşlar məntəqələrə gəlmədiyi üçün hətta evlərə zəng vururlar. Seçicilər artıq vurulan zəngələrə belə əhəmiyyət vermirlər.

Hətta evlərə zəng vururlar gəlmir.

2 gün qabaq Qusarda yerləşən hərbi hissəni də daurəyə salıblar. Bundan sonra seçicilərin sayı olub. 45 min 336 olub 17.00-a olan 14 min 200 iştirak edib. Belə çıxır ki, səsvermənin bitməsinə 3 saat qalmasına baxmayaraq, dairə üzrə ümumi seçicilərin 33 faizi ancaq iştirak edib. Sonrasını Allah saxlasın!

HVA-nın Gəncə nümayəndəsi Vəliyev Aslanın bildirdiyinə görə, 37 saylı Gəncə Seçki Dairəsinin 22 saylı məntəqəsində seçici siyahısında iki seçicinin qarşısında imza atılıb ki, guya onlar bülleten götürüblər. Həmin şəxslərdən biri onun özüdür. Məsələ ilə bağlı akt tərtib olunur.

Məntəqə sədri namizədin vəkilini həbs etdirib

60 saylı SD-ən KXCP-dən namizədliyi irəli sürülmüş Ədalət Usubov məlumat verib ki, saat 16.00-dan sonra göstəriş veriblər ki, seçicilər məntəqələrə gəlmədiyi üçün topa şəkilində bülletenlər qutulara salınsın. Çuxanlı kəndində məntəqə sədri Sürəyya Bayramova verilən göstərişə əməl edərək topa bülletenlər qutuya salan zaman namizədin vəkili Əhliman Şəmsiyev buna etiraz edib. S.Bayramova inadından dönməyib və Ə.Şəmsiyevi onun qanunsuz hərəkətinə qarşı çıxdığı üçün həbs etdirib.

Jurnalist Vüsalə Rüstəmova bildirib ki, 35 saylı DS-nin məntəqələrinin əksəriyyətində yekun protokollar müşahidəçilərə təqdim edilməyib. Onlara protokolların verilməyəcəyi barədə məlumat verilib. 21 saylı məntəqənin sədri Sevda Məhəmmədova isə müşahidəçilərə bildirib ki, qutudakı bülletenləri onların gözləri qarşısında deyil, öz otağında sayacaq. Buna müşahidəçilər etiraz etsələr də, əhəmiyyəti olmayıb. 25 saylı məntəqənin sədri Yeganə Göyüşova müşahidəçilərə bildirib ki, yekun protokollarının sürətini onlara sabah təqdim edəcək. 23 saylı məntəqəyə isə müşahidəçilər buraxılmayıb və bülletenlər sədrin otağında sayılır.

10 saylı SD-nin 14-15 saylı məntəqələrində “karusel” əməliyyatı qeydə alınıb. 2 saylı məntəqədə bir nəfərin təkrar səs verdiyi qeydə alınıb.3 saylı məntəqəyə isə müşahidəçilər buraxılmayıb.

Seçki Xəbər Mərkəzi – saat 19.30

• 9 saylı dairənin 25 saylı məntəqəsində bir nəfər sərxoşu səsverməyə gətiriblər. Dairənin bütün məntəqələrində fəallıq aşağı olub. Seçkini baş tutmuş saymaq üçün bəzi namizədlərə təklif olunub ki, saxtalaşdırmaya razılıq versinlər. Belə ki, lazımi səsi almaq üçün hər namizədin lehinə qutuya bülleten atmaq istəyirlər. Bu məlumatı Taliyət Əliyevin seçki qərargahından almışıq.

• 43 saylı dairədə də seçkini baş tutmuş saymaq üçün total saxtakarlıqlara başlayıblar. Məqsəd nəyin bahasına olursa olsun Muxtar Babyevi qutudan çıxarmaqdır.

• 34 saylı dairənin 19 saylı məntəqəsində qutular sayılmaq üçün açılarkən Azər adlı komissiya üzvü 50-dək bülleteni qutudan çıxanlara qarışdırıb. Bununla bağlı akt tərtib olunub.

• 65 saylı dairənin 5 saylı məntəqəsində məşvərətçi səs hüquqlu nümayəndə Elgün Mehdiyev bülletenlərin sayılması prosesinə buraxılmayıb. Buna etiraz edən Elgünü məntəqə sədri nalayiq sözlərlə təhqir edib. E.Mehdiyevin sözlərinə görə, polis də məntəqəyə daxil olub prosesi izləyir.

• 17 saylı dairənin 12 saylı məntəqəsində evlərə aparılan daşınan qutudan 67 bülleten çıxıb. Baxmayaraq ki, məntəqəyə 15 nəfərin müraciəti daxil olub. Bu məntəqədə fotoqraf Abbas Atilay təzyiqlərə məruz qalıb. Çəkiliş aparan fotoreportyoru məntəqə üzvləri nalayiq söyüşlə təhqir edib, fotoaparatını almaq istəyiblər.

89 saylı dairədə fövqəladə durum: YAP-çı namizəd müxalfətçi namizədlərlə birlikdə saxtkaralığa qarşı bəyanat verdi

Namizəd Vidadi İsgəndərovun müşahidəçisi ölümcül döyülüb

89 saylı Göyçay-Ağdaş Seçki Dairəsindən deputatlığa müstəqil şəkildə namizədliyini irəli sürmüş Vidadi İskəndərov bildirib ki, dairənin bütün məntəqələrində aparılmış total saxtakarlığa görə 7 namizəddən 6-sı bəyanat imzalayıblar.

Bəyanata imza atan namizədlər aşağıdakılardır:

- Sənubər İsayeva (AMİP)

- Səlim Məmmədov (AXCP)

- Rəqibə İbrahimova (YAP)

- Vidadi İskəndərov (bitərəf)

- İlqar Yusifov (Müsavat)

- Samir Xurşudov (DADP)

Göründüyü kimi, namizəd Şəmsəddin Hacıyevin xeyrinə saxtakarlıq digər namizədləri o dərəcədə yüksək olub ki, hətta YAP-ın nümayəndəsi də məsələdən aşırı dərəcədə hiddətlənib.

V.İskəndərov saxtakarlığı əks etdirən çoxlu sayda bülletenlərin, fotoların və aktların olduğunu bildirib. Əksər məntəqələrdə topa şəklində bülletenlər qutuya salınıb. Namizədlər saxtakarlığa etiraz etdiklərinə görə Göyçay Mədəniyyət Evindən polis zorakılığı ilə çıxarılıb.

Dairədə bütün məntəqələr polislər və idmançılar tərəfindən mühasirəyə alınıb və müşahidəçilər zorla oradan uzaqlaşdırılıb.

Polis kapitanı Vəliyev Toğrul və 3 polis işçisi V.İskəndərovun müşahidəçisi Əsgərov Ceyhuna fiziki güc tətbiq edərək, onu amansızcasına döyüblər. Namizəd müşahidəçisini nə üçün döydüyünü ondan soruşduqda bildirib ki, “əcəb etmişəm”.

C.Əsgərov hazırda rayon xəstəxanasındadır. Vəziyyəti ağırdır. V.İskəndərov bildirir ki, icra başçısı Mənsur Məmmədov və namizəd Şəmsəddin Hacıyev başlanan bu total saxtakarlığa görə cavab verməlidir. Məsələ ilə bağlı ATƏT-in müşahidəçilərinə məlumat verilsə də, laqeyd münasibət bəslənib. V.İskəndərovu nömrəsiz maşınlarla idmançılar təqib edirlər. Onda saxtakarlığı əks etdirən çoxsaylı sənədlər olduğu üçün əlindən almağa cəhd edirlər. Sabah vəziyyətlə bağlı KİV nümayəndələri qarşısında mətbuat konfransı keçiriləcək.

Seçki Xəbər Mərkəzi – saat 20.00

19 SAYLI NƏRİMANOV 1-Cİ SECKİ DAİRƏSİ

19 saylı Nərimanov birinci seçki dairəsindən “AXCP-Müsavat” blokunun namizədi Gözəl Bayramlının verdiyi məlumata görə, 9 saylı məntəqədə iki nəfər xüsusi seçilmiş şəxslərə YAP namizədi Əli Əhmədovun xeyrinə işarələnmiş çoxlu sayda bülletenler təqdim olunub. Onlar da həmin bülletenleri qutuya atıblar. 20 saylı məntəqənin komissiya sədri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının təmsilçisi Fazil adlı şəxs hamının gözü önündə topa-topa bülletenləri Əli Əhmədovun xeyrinə seçki qutusuna atıb.

7 saylı məntəqədə isə hazır bülletenlər aşkalanıb və aktlaşdırılıb.

10 saylı məntəqədə 100 ədəd bülleten yoxa çıxıb. Heç bir məlumat verilmir.

28 saylı məntəqəyə yaxın uşaq baxçası və “Bakı Toxuculuq Tirkotaj” ASC-nin işçiləri Ə.Əhmədova səs verməyə gətirilirlər. Məntəqənin sədri M.Nəsibov məntəqənin qarşısında dayanaraq seçkiyə gələn seçiciləri Əli Əhmədova səs verməyi tapşırır.

5 saylı məntəqədə bir nəfərin əlində Əli Əhmədovun xeyrinə atmaq istədiyi 6 bülleten tutulub. Məlum olub ki, həmin şəxs ikinci dəfə səs verməyə cəhd göstərib.

Saat 16:00-dan karusel əməliyyatlarının ikinci mərhələsinə start verilib.

QARADAĞ

11 saylı Qaradağ seçki dairəsi Tahir Xanaliyevin isə məlumatına görə, 11 saylı məntəqənnin sədrinin həyat yoldaşı məntəqənin yerləşdiyi binanın qarşısında dayanaraq seçiciləri Ağalar Vəliyevə səs verməyə çağırır.

SƏBAYEL

29 saylı Səbayel seçki dairəsindən MSK-nın rəsmi məlumatında 24 saylı məntəqədə səsvermədə iştirak edənlərin sayı saat 15:00-a kimi 700 nəfər göstərilir. Ancaq dəqiq rəqəmlər 458-dir. Hər seçicinin qeydiyyatı aparılır. 90 BH 039 nömrəli ağ volfsvagen və 10 RK 354 nömrəli mersedes markalı avtomibillər karusel əməliyyatında istifadə olunur. Bundan başqa 24 saylı məntəqədə Masallı, Səlyan, Neftçala, Lənkəran və Nərimanov rayonlarında qeydiyyatda olanlar səs verməyə gətirilir.Eyni məntəqədə bir taksi parkının 10 TF 187 və 10 TF 163 nömrəli taksilərdə 5 nəfər məntəqələrə gətirilir. Heç bir şəxsiyyət vəsiqəsi olmadan səs verirlər.

Karusel vasitəsilə məntəqələrə gətirilən vətəndaşların geyimindən müəyyən etmək olur ki, onalr rayonlardan gələrək Bakının müxtəlif bazarlarında ticarətlə məşğul olanlardır.

30 SAYLI SURAXANI

30 saylı Suraxanı birinci seçki dairəsi Arif Hacılıdan aldığımız məlumata görə isə, bütün məntəqələrdə karusel əməliyyatları qeydə alınıb. Bunlara etiraz edən müxalifətçi müşahidəçilərə polis və icra strukturları təzyiqlər ediblər. 6, 18, 19 saylı məntəqlərədə müşahidəçilər seçki prosesindən uzaqlaşdırılıblarş Onlar qanunsuzluqlara etiraz etdiklərinə görə polislər onları seçki prosesi pozma ittihamıyla məntəqədən uzaqlaşdırıblar.

MSK dairə üzrə seçicilərin 15:00-a olan saktivlik 24 faiz göstərib. Ancaq bütün mıntəqələr üzrə aparılan seçicilərin iştirkakı 15 faiz olub.

Səyyar seçki qutularının evlərə aparılamsıyla bağlı heç bir rəsmi müraciət olunmasa d artıq 100-dən artıq bülleten səyyar seçki qutularından çıxarılaraq qutuya atılıb.

43 SAYLI SUMQAYIT

43 saylı Sumqayıt seçki dairəsindən “AXCP-Müsavat” blokunun namizədi Sülhəddin Əkbər də bildirdi ki, ölkə ərazisindəki bütün saxtakarlıq normaları onun da namizəd olduğu dairədə həyata keçirilir. S.Əkbərin sözlərinə görə, dairə ərazisindəki karusel əməliyyatı artıq 4-cü dəfəfdir ki, “işə salınır”. 7 və 33 saylı məntəqələrdə məntəqə üzvləri hakim partiyanın namizədi Muxtar Babayevin xeyrinə topa bülleten atarkən yaxalanıblar. Bundan başqa 17-ci mikrorayonda yerləşən Nizami Gəncəıvi adına təbiət təmayüllü litseyin direktoru Minarə Tahirova karusel əməliyyatında aktiv iştirak edir. Onun göstərişi ilə litseyin valideynləri və müəllim heyəti prosesə cəlb olunublar. Onlara təqdim olunan işarələnmiş bülletenlərdə M.Babayevə adı qaralanıb.

İMİŞLİ

79 saylı İmişli seçki dairəsindən müstəqil namizəd İlqar Hüseynlinin seçki qərargahının yaydığı xəbərə görə, 27 saylı məntəqədə müşahidələrə əsasən 214 seçici iştirak etsə də, məntəqə sədrinin DSK-ya göndərdiyi informasiyada bu göstərici 480 nəfər qeyd olunub. 14 saylı məntəqədəki daşınan qutu ilə 35 nəfər səs versə də, onların heç birinin ərizəsi məntəqəyə təqdim olunmayıb.

Namizəd DİN-ə müraciət etdi

Deputatlığa namizəd Bəxtiyar Hacıyev Daxili İşlər Naziri Ramil Usubova müraciət edərək ona qarşı edilən təhdidlərlə bağlı dərhal tədbir görülməsini xahiş edib. Aşağıda ərizə əlavə edilib.

Azərbaycan Respublikasının Daxili İşlər Naziri cənab Ramil Usubova

17 saylı Yasamal 3-cü seçki dairəsindən deputatlığa namizəd Bəxtiyar İlyas oğlu Hacıyev tərəfindən

ƏRİZƏ

Yazaraq bildirirəm ki, 06 noyabr 2010-cu il tarixində 17 saylı Yasamal 3-cü seçki dairəsindən namizəd Ülvi Quliyevin seçki qərargahı qarşısında asılmış lövhənin fotosunu çəkmək istədikdə vətəndaş Laçın Məmişov qarşımı güclə almış, özümü təqdim etməyimə baxmayaraq küçədən keçməyimə maneçilik törətmiş, yumruq sıxaraq məni seçkilərdən sonra “cəzalandıracağı” ilə bağlı təhdid etmişdir.

Bundan əvvəl də vətəndaş Laçın Məmişov sosial şəbəkələrdə mənimlə bağlı davamlı olaraq təhqiramiz ifadələr işlətmiş, şərəf,ləyaqət və işgüzar nüfuzumu ləkələyəcək böhtanlar atmışdır. Hətta onun məni ABŞ MKİ-dən tapşırıqlar almağımla bağlı sosial şəbəkələrdə yaydığı məlumata görə Milli Təhlükəsizlik Naziri cənab Eldar Mahmudova yazılı ərizə ilə müraciət etmişəm.

Cənab nazir,

Mən vətəndaş Laçın Məmişovun addımlarının, təhdidlərinin mənə qarşı təzyiq kimi qiymətləndirir, onun hədələrinin qarşısının alınması üçün müvafiq tədbirlər görülməsini xahiş edirəm.

Hörmətlə,

Bəxtiyar Hacıyev

Seçki Xəbər Mərkəzi – saat 22.00

Jurnalist və müşahidəçi girov götürülmüşdü

25 saylı Nizami Seçki Dairəsinin 2 saylı məntəqəsində jurnalist Elşən Balaxanılı və “AXCP-Müsavat” blokunun müşahidəçisi Adil Hüseynov qanunsuzluğa qarşı etiraz etdikləri üçün girov götürülüb. Onları məntəqənin qapısını bağlayaraq çolə çıxmağa qoymurlar. Son anda məlumat aldıq ki, 40 dəqiqə onları girovluqda saxladıqdan sonra azad ediblər.

Nəticələr Əli Kərimlinin xeyrinə olsa da, protokolları vermirlər

31 saylı SD-nin 1 saylı məntəqəsində bülletenlər sayılan zaman məlum olub ki, AXCP sədri Əli Kərimli 91 səslə 1-ci, Fərəc Quliyev isə 59 sayla ikinci yerdədir. 2 saylı məntəqədə də Ə.Kərimli irəlidədir. Amma müşahidəçilərə protokollar verilmir və bu səbəbdən məntəqə sədrləri ilə müşahidəçilər arasında mübahisə yaranıb. Son məlumata görə, 1 saylı məntəqədə dava düşüb və müşahidəçilər məntəqə sədri tərəfindən çölə çıxarılıb. Protokol müşahidəçilərsiz özləri tərəfindən tərtib olunacaq.

35 saylı dairədə məntəqə sədrləri protokolları verməkdən imtina edirlər

Jurnalist Vüsalə Rüstəmova bildirib ki, 35 saylı SD-nin 21 saylı məntəqəsində müşahidəçilər polislər vasitəsilə uzaqlaşdırılıb. 22 saylı məntəqəyə isə müşahidəçilər buraxılmayıb. 19 saylı məntəqədə isə 221 saylı məktəbin Nazim adlı direktoru açılmış qutunun üzərinə topa şəklində bülleten atıb. Bu qanunsuzluğa müşahidəçilər etiraz etsələr də əhəmiyyəti olmayıb. V.Rüstəmova 20.49-da verdiyi məlumatda bildirir ki, artıq hiss olunur ki, saxtakarlıq nəticəsində İqbal Ağazadənin qutudan birinci çıxarılacaq. Dairənin 29 məntəqəsindən yalnız 3-ü müşahidəçilərə yekun protokolların sürətini verib. Qalan məntəqələr isə protokolların sürətinin verilməsini sabaha saxlayıb. Səbəb isə onunla izah olunur ki, MSK-nın verdiyi məlumatla qutudan çıxan bülletenlərin sayı arasında kəskin fərq var. Bu saxtakarlığı ört-basdır etmək üçün müşahidəçilərə təzyiqlər göstərilir.

Müşahidəçi məntəqə sədri tərəfindən döyülüb

Jurnalist Əfqan Muxtarlı bildirib ki, 30 Saylı SD-nin 19 saylı məntəqəsində 1232 seçicidən cəmi-cümlətanı 199-u iştirak edib. Amma qutu açılanda oradan 343 bülleten çıxıb. Bu, müşahidəçilərin narazılığına səbəb olub. Müşahidəçi Namiq Məmmədli protokol tələb etdiyi üçün məntəqə sədrini qəzəbinə tuş gəlib və ona güc tətbiq olunub. Jurnalist sədrin onu şərləyərək həbb etdirmək niyyətində olduğunu da qeyd edib.

Beləsuvarda seçki günü seçicilərdən şəxsiyyət vəsiqələri yığılıb

66 saylı Beləsuvar SD-dən “AXCP-Müsavat” blokunun vahid namizədi Teyyub Muradlı bildirib ki, onun namizədliyi təsdiq olunmuş dairədə də total saxtakarlıq olub. Özünün səs verdiyi 9 saylı məntəqədən misal çəkən namizəd seçkilərdə saat 19.00-a olan məlumata əsasən 147 seçiciyə qarşı guya 117-nin iştirak etdiyini qeyd edib. Rayonun icra hakimiyyətinin nümayəndəsinin göstərişi ilə şəxsiyyət vəsiqəsi vətəndaşlardan toplanaraq onların əvəzinə səs verilib.

Saxta yolla Fuad Muradov birinci edildi

Müşahidəçi Zərdüşd əlizadənin bildirdiyinə görə, 29 saylı Səbail Seçki Dairəsinin 1 saylı məntəqəsində 1233 seçicidən guya 398 nəfər iştirak edib. Onlaradn 248 bülleten qutudan çıxarılaraq Fuad Muradov birinci edilib. 78 sayla isə “AXCP-Müsavat” blokunun vahid namizədi Həsən Kərimov 2-ci olub. Seçkilərdə bu məntəqə üzrə heç 30 faiz iştirak etməyib.

Gəncədə Çingiz Sadıqovun reytinqi Aydın Abbasovdan üstündür

HVA-nın Gəncə nümayəndəsi Vəliyev Aslanın bildirdiyinə görə, 37 saylı Gəncə Seçki Dairəsinin 19 saylı məntəqədən 1343 seçicidən 557-si iştirak edib. 345-i Çingiz Sadıqova, 97-si Aydın Abbasova səs verib.

20 saylı məntəqədən isə 1324-dən 485-i iştirak edib. Onlardan 291-i Çingiz Sadıqova, 108-i Aydın Abbasova səs verib.

43 saylı dairədə protokolları vermək istəmirlər

Jurnalist Aytən Fərhadovanın bildirdiyinə görə, 43 saylı Seçki Dairəsinin 23, 24 saylı məntəqələrdə müşahidəçilərə protokolları vermək istəmirlər. Bildirirlər ki, protokollar DSK-da möhrlənsin sonra verək. Buna görə müşahidəçilərlə məntəqə sədrləri arasında mübahisə yaranıb.

Bəzi saymalar

42 saylı dairənin 17 saylı məntəqəsində 1181 seçicidən səsvermədə 469 nəfər iştirak edib.

712 bülleten məhv edilib. 32 bülleten etibarsız sayılıb.

Mübarizə əsas 3 namizəd arasında gedib.

Musa Qasımlı – 141 səs

Mirmahmud Mirəlioğlu – 126 səs.

Oqtay Ağalarov – 115 səs alıb.

***

9 saylı dairənin 1 saylı məntəqəsində səslər sayılıb. 1428 seçici olan məntəqədə səslər sayılarkən uyğunsuzluq bəlli olub. Belə ki, 209 nəfərin səs verdiyi qeyd olunsa da qutudan 304 bülleten çıxıb.

Rəfail Cəbrayılov – 164

İlqar Məmmədov – 63

Sahib Əliyev – 31

Elşad Musayev – 17

Akif Nağı – 10

Zakir Mirzəyev – 7

Taliyət Əliyev – 2

Aytən Əliyeva – 2

Əli Orucov – 0

***

65 saylı dairənin 6 saylı məntəqəsində səslər sayılarkən müşahidəçi prosesdən kənarlaşdırılıb. İsmayıl Yusifovun 16 səsindən 6-sı oğurlanıb.

***

120 saylı dairənin 49 saylı məntəqəsində səslər sayılarkən 5 müşahidəçi prosesdən kənarlaşdırılıb. Bu dairənin Biləsuvardakı məntəqələrində isə səsləri polislər sayıb.

***

125 saylı dairənin 31 saylı məntəqəsində səslər sayılarkən səsverməyə gələnlərin sayı açıqlanmayıb.

About Author: admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *


*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>