"I disagree with what you say, but I will defend to the death your right to say it" François-Marie Arouet (Voltaire)
HELSİNKİ VƏTƏNDAŞ ASSAMBLEYASININ TARİXİ VƏ MİSSİYASI
İnsanların müəyyən haqlara malik olması və bunun dövlət tərəfindən təminatı bəşəriyyət tarixində dərin köklərə malikdir. İnsan haqları- bu dövlət orqanlarının ayrı-ayrı fərdlərlə və insan qrupları ilə münasibətlərini tənzimləyən qaydalardır. İnsan haqları bizə dövlət ilə münasibətlərdə üstünlük verən qaydalardır. Biz bu haqlara ona görə malikik ki, biz insanıq və bunları qazanmaq üçün biz heçnə etməməliyik. Bütün insan eyni haqlara malikdir. Filosoflar, hüquqşünaslar və siyasətçilər bu mövzuya öz ixtisaslarına uyğun olaraq yanaşmışlar. İnsan haqları həm etik, həm hüquqi və həm də siyasi müstəvidə yerləşmişdir. İnsan haqları tarixində etik, hüquqi və siyasi elementləri bir nəzəriyyə və ya bir qanunlar toplusunda cəmləşdirmək cəhdləri də olmuşdur.
«İnsan haqları» anlayışı çoxdan məlum olmasına baxmayaraq, onun cəmiyyət tərəfindən qəbulu İkinci Dünya Müharibəsindən sonra olmuşdur. BMT və digər dövlətlərarası təşkilatlar insan haqlarını dünya ictimaiyyətinin gündəminə çıxardılar. Bundan başqa, beynəlxalq arenada fəal çıxış edən qeyri-hökumət təşkilatlarının apardıqları kampaniyaların da böyük rolu olmuşdur.
Belə təşkilatlardan biri də Helsinki Vətəndaş Assambleyasıdır (HVA).
HVA –nın mənbələri
HVA 1980-cı illərdə Soyuq müharibənin söndüyü zaman Qərbiavropa sülh hərəkatı ilə Şərqiavropa insan haqlarını müdafiə edən qrupların mükamiləsi zamanı yaranmışdır. 1990-cı ildə Praqada Vaslav Qavelin açdığı və assambleyanın təsis edildiyi tədbirdə Avropanın hər bir yerindən 1000-dən artıq insan iştirak edirdi.
Bu dövrdən başlayaraq HVA dünyanın iyirmidən artıq ölkəsində öz şöbələrini yaradaraq, bir sıra ölkələrdə gənclərlə, qaraçılarla və qaçqınlarla sıx əlaqədə olaraq, güclü bir təşkilata çevrilmişdir.
HVA 1990-cı ildə Praqa Obraşeniyie də qeyd edildiyi qarşılıqlı həmrəyliyə görə öhdəliklərə və kotorıe imeöt prioritet nad loəlğnostğö k pravitelğstvam ili abstraktnımi prinüipami, kak qəbul edilmiş dəyərlərə əsaslanır. Beynəlxlaq HVA-nın yerli qrupları tam sərbəst olub, öz cəmiyyətləri tərfindən qəbul edilmişdir. Yerli qruplar birgə layihələr, kampaniyalar keçirmək üçün müxtəlif örüşlər keçirir və əlaqələr yaradırlar.
HVA insan haqlarının müdafiə edən bir struktur şəbəkə kimi Avropada Təhlükəsizlik və Əməkdaşlığa aid Konfransın Son Protokoluna imza qoyan bütün ölkələri demək olar ki, əhatə edir və bir sıra yüksək beynəlxalq təşkilatlarla öz işini əlaqələndirir: BMT (xüsusi orqanları və şöbələri), ATƏT, Beynəlxalq Helsinki Federasiyası, Beynəlxalq Amnistiya, Beynəlxalq Qırmızı Xaç Komitəsi və s ilə əməkdaşlıq edir.
2000-ci ildə HVA –nın fəaliyyətinə bir sıra şərqi ölkə nümayəndələri də qoşulmuşlar.