Wisdom of Life

HVA-nın strukturu

HVA-nın iqmətgahı Bakı və Parisdə yerləşmişdir. Bundan başqa onun Avropada: Bosniyada, Hersoqovində, Hollandiyada, Türkiyədə, Gürcüstanda, Ermənistanda və Çexiyada milli şöbələri vardır. Bu yaxınlarda bu təşkilatın Misirdə, İordanda, Fələstində və İranda şöbələri açılmışdır.

HVA-nın qərar qəbul edən baş orqanı –Beynəlxalq Əlaqələndirici Komitədir (BƏK). Komitə Milli təşkilatların və gənclər, qaçqınlar və qaraçı seksiyalarının nümayəndələrindən ibarət olub, ildə iki dəfə görüşür. BƏK 12 nəfərdən, iki sədrdən və Nəzarətçidən (daxili ombudsman) ibarət İcraedici Komitəni seçir. BƏK HVA-ın siyasi məqsədlərini və strategiyasını müzakirə və təhlil edir, Avropa Birliyi (AB) isə bunların həyata keçmə üsullarını tapır. AB HVA ilə ildə 4 dəfə görüş keçirir.

2-5 il intervalı ilə HVA Baş assambleyasını keçirir. Baş Assambleya –işçi qrupların keçirdiyi görüşlərdir. Burada gələcək işlərin planları hazırlanır, hansı sahələrdə bir-birini qarşılıqlı dəstəkləmək müzakirə edilir. HVA-nın Baş Assambleyası yerlərdə vəziyyətə güclü təsir göstərir. 1993-cü ildə Ankarada keçirilən Assambleyada başqa məsələlərlə bərabər, Türkiyədə ilk ictimai hadisə olan kürd problemi açıqlandı. Bu məsələlərlə əlaqədar Assambleya sonralar Türkiyə HVA-nın həyata keçirdiyi bir sıra layihələri təklif etdi. 1995-ci ildə Tuzlada (Bosniya və Hersoqovin) atəşkəsdən bir həftə sonra keçirilən Baş Assambleyada Serbiya və Xorvatiyadan, Avropanın digər ölkələrindən olan insanlar təhlükəli yollarla avtobuslarda Tuzlaya gəldilər. Assambleya HVA –nın post-Deyton strategiyasını irəli sürərək, yerli bələdiyyə və bütün Avropadan olan insanları Bosniya və Hersoqovini bərpa edilməsinə cəlb olunmalırında katalizator rolunu oynadı.

 

This post is also available in: Russian

About Author: admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *


*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>