Wisdom of Life

HVA –nın Fəaliyyəti

HVA əsasən münaqişə olan regionlarda – Bosniya və Hersoqovində, Yuqoslaviya Federativ Respublikasında, Dağlıq Qarabağda, Abxaziyada, Cənubi Osetiyada və digər yerlərdə daha fəaldır. HVA öz fəaliyyətində Çeçenistandakı müharibəni nəzərəalır. ATƏT-in İstambulda keçirilən sammitində HVA Şimali Qafqazdakı mövcud böhranı aradan qaldırmaqdan ötrü ATƏT –in konkret ölçülər götürməsi üçün iştirakçılar arasında müracət yaymışdır.

Kosoov böhranı dövründa HVA hökumət və beynəlxalq təşkilatlarda lobbiçilik rolunu oynayaraq, NATO mandatlı dəstələrin əvəzinə beynəlxalq səlahiyyətli dəstələrin reqionda yerləşdirilməsi və Kosovanın beynəlxalq protektorat altında olması təkliflər ilə çıxış edirdi. Yuqoslaviya müharibəsi dövründə HVA Belqrad və Podqorisedə sorğu missiyasını təşkil edərək, vətəndaş qrupları və müxalifətçi siyasətçilərlə görüşərək, gələcək öbirgə hərəkət planlarını müzakirə etmişdir.

HVA Türkiyədə kürd məsələsi ilə əlaqədar işlər aparmış, YUnan-Makedon dialoqunu təşkil etmiş, Kipr probleminə aid layihələr hazırlamış, adanın hər iki hissəsindən olan gənclər üçün simpoziumlar keçirmişdir.

HVA üçün mühüm olan digər problemlərdən biri Xristian, Müsəlman, Yəhudi, Buddist və digər mədəniyyətlər arasındakı mükamilə, yerlərdə demokratiya, Avropa institutları çərçivəsində vətəndaşların iştirakı, yeni Avropa və vətəndaş təhlükəsizliyi konsepsiyası və milli azlıqların haqlarıdır.

 

About Author: admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *


*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>