"I disagree with what you say, but I will defend to the death your right to say it" François-Marie Arouet (Voltaire)
QEYD EDILDIYI KIMI, HVA AMK 1992-CI ILDƏ TƏSIS EDILMIŞDIR VƏ GƏNCƏDƏ, QUSARDA VƏ QAZAXDA FILIALLARI VARDIR.
MƏQSƏD və VƏZİFƏLƏRİ
• İnsan haqlarının müdafiəsi;
• Əhalinin hüquqi maarifləndirilməsi, onların beynəlxalq və daxili qanunlarla tanış edilməsi;
• Azərbaycanda Qarabağ, Gürcüstanda Abxaz münaqişələrinin həllinin tapılması;
• Sülhpərvər poseslərdə iştirak;
• Etnik zəmində baş verəbiləcək yeni münaqişələrin qarşısının alınması;
• Qaçqınların, məcburi göçkünlərin, miqrantların problemlərinin həlliniə çalışmaq;
• Azərbaycanda, Gürcüstanda və Ermənistanda əsirlərin, girov götürülmüşlərin, itkin düşmüşlərin azad olmalarına nail olmaq;
• Qafqazda inteqrasiyanın inkişafına çalışmaq;
• Azərbaycanda üçüncü sektorun inkişafına ətsir göstərmək və s.
ÜZVÜLÜK
HVA AMK yarandığı gündən iki növ üzvlük – fərdi və kollektiv üzvlüyü elan etmişdir. Axırıncısı posttotalitar cəmiyyətin reallığı- insan haqlarınına üstünlük verən plyürəlistik cəmiyyətin öyrənilməsi və xüsusiyyətlərinin tətbiq edilməsi ilə əlaqədardır. Bununla əlaqədar HVA AMK siyasi , qeyri-hökumət təşkilatlarını, milli azlıqlarn mədəni mərkəzləri, ittifaqları, birlikləri assosiasiyaları birləşdirən Əlaqələndirici Şuraya bənzəyir. Hal-hazırda HVA AMK –da 6 milli azlıqlar: ləzgi, talış, kürd, udin, rus, alman mədəni mərkəzləri kollektiv üzvdür.
QƏBUL EDİLMƏ KRİTERİYALARI
HVA AMK-ya üzv qanunun aliliyini və beynəlxalq normalara uyğun insan haqlarını qəbul edən şəxslər qəbul edilir.
HVA AMK-nın KOMİSSİYALARI
1. Analitik komissiya: HVA AMK-nın, fəaliyyət strategiyasını və perspektiv planlarını hazırlayır; treninqlər keçirir, məqalələr nəşr etdirir.
2. Sülh yaradıcılığı ilə məşğul olan komissiya:
- yeni münaqişələrin qarşısını alır;
- Dağlıq Qarabağ və abxaz münaqişələrinin sülh yolu ilə həllinin təbliği;
- HVA –ın «Sülh modeli» əsasında dinc yaşamanın tədrisi;
- jurnalistləri sülh təbliğatına cəlb etmək;
- münaqişələrin transformasiyası və s.
3. Cənubi Qafqaz Sülh Mədəniyyəti Mərkəzi. Mərkəz 2000-ci ildə HVA-nın Baş assambleyasında təsis edilmişdir. Mərkəzin analitik qrupu reqiondakı kövrək vəzəiyyətlə əlaqədar müzakirələr keçirir, tədbirlər görür. Mərkəzin üzvləri məlum «Qarabağ probleminin tənzim edilməsinin platforması» axırıncı versiyasının müzakirəsinə fəal qatılıblar. Onların tövsiyyəsinə görə sənədə məcburi köçkünlərin yerlərinə qayıtmalırı üzrə humanitar aksiyalar dövründə hər iki tərəfdən olan vətəndaşların təhlükəsizliyinin təminatını verən mühüm hissə daxil olmuşdur. Mərkəz həmçinin həm qlobal aləmdə və həm də icmalar daxilində (ölkə, dövlət, xalqlar) mədəniyyətlərin münasibəti məsələsi üzərində də işləyir.
4. «Körpü» jurnalistlər birliyi. Birlik 2001-ci ildə təsis edilmişdir. Sivil inkişafın yüksəlişi və həyatın sürət tempi hətta daha savadlı insanların etnik, konfessional müxtəlifliklərini və müxtəlif ölkələrin tarixi inkişaflarındakı xüsusiyyətlərini qəbuletmə qabiliyyətinə malik olmurlar. Bu bütün bəşəriyyət üçün qorxu yaradır və bunun qarşısı KİV vasitəsilə alınmalıdır.
5. Uşaq hüquqlarının müdafiə komissiyası. Məqsədi:
Sosial və mənəvi çatışmamazlıqlara malik olan uşaqlarla iş- girov götürülmüşlərin, hərbi əsirlərin ı, , qaçqınların, məcburi-köçkünlərin uşaqları ilə , müharibə şahidi olan uşaqlarla, şikəst və xəstə uşaqlarla, yetim uşaqlarla, yoxsul ailələrin uşaqları ilə, asosial uşaqlarla (küçə uşaqları) iş. Bu komissayanın əsasında Uşaq Helsinki Assambleyası yaradılmışdır.
6. Hərbi əsirlərin, girov götürülmüşlərin, itgin düşmüşlərin problemləri ilə məşğul olan komissiya.
Bu insanların taleləri yalnız Azərbaycanda deyil, Gürcüstan və Ermənistanda da HVA-nın şöbələrinin yaranmasına səbəb olmuşdur. Hər iki tərəfdən girov götürülmüşlərin alverinin aparılmasına baxmayaraq, Azərbaycan və erməni komissiyaları belə insanların siyahıları və fərdi insanlar haqda kiçicik məlumatlar əsasında birbaşa dəyişmələr həyata keçirilmişdir. Azərbaycan və Ermənistan HVA komitələrinin səyi nəticəsində hərbi əsirlər üzrə Dövlət Komissiyaları yaranmışdır. İtgin düşmüşlər üzrə HVA-nın Qarabağda da komissiyası yaradılmışdır. Demək olar ki, bütün hərbi əsirlər və girov götürülmüşlər bu komissiyaların və Beynəlxalq Qırmızı Xaç Komitəsinin nəzər əhatəsində olmuşdur. HVA-nın qrupları ilə əməkdaşlıq HVA AMK –nın 500 hərbi əsirin və girov götürülmüşlərin azad olmalarına səbəb olmuşdur. HVA AMK –nın bu komissiyası 1992-ci ildən başlayaraq 4874 nəfər itgin düşmüş insanların kartotekasını hazırlamışdır.
7. «İmdad» – itgin düşmüşlərin qohumlarının yaratdığları təşkilatıdır. Tşkilat 1992-ci ildə təsis edilmişdir.
8. «Cenevrə- 2002 təşəbbüsü» – Cənubi Qafqazda münaqişə nəticəsində itgin düşmüşlərin qohumlarının yaratdığları təşkilatdır.
9. Qaçqın və məcburi köçkünlərin işləri üzrə komissiya. Qaçqın və itgin düşmüş insanlara humanitar sahədə- maddi, tibbi yardım göstərir ( paltar, qida məhsulları, oyuncaqlar, dərmanlarla), onları HVA-nın sülhpərvər fəaliyyətinə cəlb edir, onlarla yerli icmaların inkişafı sahəsində iş aparır. Bu istiqamətdə Aəzrbaycanda Qaçqınlar üzrə BMT-nin Komissarlığı ilə məsləhətlər aparır, respublikada qaçqınların qeydiyyata alınmasında iştirak edir. Belə bir kontingentlə iş komissiyanın yeni strategiya hazırlayıb MDB-nin Cenevrədəki konferensiyasına təqdim edilmiş və qaçqın və köçkünlərin problemləri üzrə ÜmumQafqaz QHT-nın konfransında müsbət qiymətləndirilmişdir.
10. Gənclər komissiyası. «Cənubi Qafqaz Sülh Karavanının» üzvləri kimi «Haaqa Sülh Çağırışı» forumunda «Qafqaz gənclərinin sülh çağırışı» hərəkatı təsis edilmişdir. Bu hərəkata daxil olan komissiya ənənəvi Gənclərin Beynəlxalq Dialoq və Anlama Məktəbində fəaliyyət göstərirə. Beynəlxalq «Kollaj» jurnalı üçün məqalalar hazırlayır, Cənubi Qafqazda gənclərin şəbəkəsini yaradır.
11. Qadın Komissiyası. Məqsədləri:
- hadınların hüquqlarının müdafiəsi;
- qadınların siyasi biliklərinin yüksəlməsi, nların siyasi və ictimai həyatda rollarının artırılması istiqamətində maarifçilik proqramlarının aparılması;
- qadınların sülhyaratma fəaliyyətinə cəlb etmək və s.
Komissiyanın əsasında QHT olan «Qadın prblemlərinin Tədqiqat Birliyi» (Qadın İnstitutu) yaranmışdır. İnstitut «Qadın liderliyi və siyasi biliklər», «Qadınlar ədalətli seçkilər uğrunda», «Qadınlar biznes fəaliyyətində» və s. Proqramları üzrə işləyir.
12. İnsan həqları komissiyası. Komissiya aşağıdakı sahələr üzrə iş aparır:
- penitensiar sistemin təkmilləşməsi;
- rəsmi şəxslərin məhkum olunmuşlarla davranışı;
- vicdan məhbuslarının və siyasi məhkumların;
- qeyri-leqal həbslər;
- ədalətsiz məhkəmə dinləmələrin aparılması;
- insan haqlarının öyrənilməsi;
- insan haqları üzrə məktəblərin yaradılması;
- Avropa Məhkəməsinə müraciət prosesinə köməklik;
- Avropa məhkəməsinə müraciət ilə əlaqədar vəkillərin və insan haqları müdafiəçilərinin Əlaqələndirici Şurasının yaradılması və s.
13. Etnik azlıqların hüquqları üzrə komissiya. Qeyd edildiyi kimi Azərbaycanda 6 etnik azlaqların mədəni mərkəzləri fəaliyyət göstərir. Bütün onlar HVA AMK-nın kollektiv üzvləridir. Ləzgi, udin, talış və kürdlərin sıx yaşadıqları ərazilərdə HVA AMK-nın şöbələri və qrupları mövcddur. HVA AMK «Azərbaycanın xalqları arasında sülh» konsepsiyasını işləyib hazırlamış və ictimaiyyətə təqdim etmişdir. Bu komissiyanın əsasında 2001 -ci ildə «Azərbaycan evi» təşkilatı təsis edilmişdir.
14. Çeçen qaçqınlarının hüquqlarının müdafiə komitəsi. Komitə 1999-cu ildə yaranmışdır və çeçen Qaçqınlarının problemləri ilə məşğul olur.
15. Çeçen qaçqınlarının uşaq mərkəzi (ictimai məktəb). Mərkəz qaçqın uşaqları üçün təhsil, sağlamlıq və reabilitasiya proqramları aparır. Mərkəz 2000-ci ildə təsis edilmişdir.
16. hərbi qulluqçuların hüquqlarının müdafiə komissiyası. Komissiya hərbi qulluqçuların hüquqi, ictimai prblemləri ilə , orduya çağırış məsələləri ilə, orduda mövcud şərait ilə, hərbi qulluqçuların hərbi məhkəmələrdə müdafiəsi və s. ilə məşğul olur. Komissiya «Əsgər anaları komitəsinin» və « Ordu və digər güc strukturları üzərində nəzarət komitəsinin» yaranmasında təşəbbusçü olmuşdur. Komissiya Qarabağ müharibəsində itgin düşmüşlərin axtarışı ilə məşğul olmaq üçün azrəbaycanlı və erməni anaların görüşlərini təşkil edir.
17. Hüquq komissiyası insanlara hüquqi yardım göstərməkdən ötrü təmənasız vəkillərlə təmin edir.
18. Hüquqi yardım Mərkəzi. Mərkəz Gəncədə, Qusarda, Gəncəbasarda (Goranboy, Daşkəsən, Şəmkir, Samux və Xanlar), Bərdədə 2saylı qaçqın düşərgəsəndə fəaliyyət göstərən şöbə və qruplarının dəstəyi ilə yaranmışdır.
19. Avropa Məhkəməsinə müraciət və Avropa Məhkəməsində məhkəmə çəkişmələrinin öyrənilməsinə görə vəkillərin, və hüquq müdafiəçilərinin kəlaqəlandirici mərkəzi. Mərkəz 2002-ci ildən fəaliyyət göstərir.
20. İşgəncələrə qarşı komitə. Komitə işgəncələrlə əlaqədar müraciətlərə baxır, sübutlar və məlumatlar yığır, insanları uyğun qurumlarda müdafiə edir, məhkəmə proseslərində iştirak edir. Komitə beynəlxalq təşkilatlarla əlaqə saxlayır və onları problemlərə cəlb edir.
21. Hümanitar komissiya. Əhalinin uəzvimoy hissələrinə(reabilitasiya olunmuş, totalitar rejimin qurbanları) kömək edərək, onların ailələrinin talei ilə maraqlanır. Komissiya həmçinin yoxsulluq həddini keçmiş insanlara pulsuz tibbi yardım göstəilməsində yardımçı olurlar.
22. Sosial iqtisadiyyat və qloballaşma üzrə komissiya. Aəzrbaycanın sosial-iqtisadi vəziyyətini təhlil edir, ölkəyə qloballaşmanın təsirini öyrənir. Komissiyanın analitik təhlili KİV-də işıqlanır ki, bu da i mövcud problemə ctimaiyyətin diqqətini yönəldir.
sülh və dnə
This post is also available in: Russian