"I disagree with what you say, but I will defend to the death your right to say it" François-Marie Arouet (Voltaire)
1993-cü il. Arzu Abdullayevanın (Bakı), Anahit Bayandurun (Yerevan) və Karen Oqancanyanın (Dağlıq Qarabağ) apardıqları xalq diplomatiyasının nəticəsində Qarabağ münaqişəsinin ən javan əsiri olan Babək İlyasov həbsdən azad edilmişdi. Onun azad edilməsindən ötrü Arzunun etdiyi müraciət Anahit vasitəsilə Karenə ötürülür və Karen Babəyi müvəqqəti saxlanılma təcridxanasından azad etdirir. Arzu və Karen həyatlarını təhlükə altında qoyaraq azad edilmiş Babəyi cəbhə xəttindən keçirirlər. ATƏT-in Minsk qrupu və Beynəlxalq Qırmızı Xaç Komitəsinin sahə zabitləri Babəyi alqışlamaları ilə tərəfləri alqışlayırlar: bir tərəf inam ədasını, digər tərəf isə hərbi cinayətlərin, intiqam hisslərinin axınında, qadın, uşaq, qoca, əqli və fiziki xəstələrin əsir götürüldüyü dövrdə soçuvstiya göstərir.
1994. İyun və avqust aylarında Arzu Abdullayeva, Natalya Martirosyan (Ermənistan HVA sədr müavini) və Karen Ohancanyanın cavabdehliyi ilə Azərbaycan-Ermənistan sərhədində yerləşən Qazax-İcevanda azərbaycanlı və erməni qadınlarının və gənclərinin iki görüşü keçirilmişdi. Bir erməni məmuru və 4 nəfər azərbaycanlı – ana və 3 uşaq bütün bu görüşlərdə iştirak etmişdilər. HVA sülhpərvərləri buy eri «Sülh dəhlizi» adlandırmışdılar.
Karen Ohancanyanın və Anahit Bayandurun köməyliyi ilə Xankəndindən 26 azərbaycanlı uşaq və 38 azərbaycanlı qadın əsirlikdən azad edilir.
Bu ilin oktyabrında Xankəndində Azərbaycan və erməni icmasının görüşü oldu. Görüşdə əqli çatışmamazlıqa malik olan və girov götürülmüş şəxs də iştirak edirdi. Heydər Heydərov adlı həbs edilmiş şəxs isə azad olmaqdan imtina etdi. Sonralar o, həbsxanada vəfat etdi. (onun üzərində tibbi təcrübələrin aparılmışı ehtimalı var idi).
1995. Bonnda, Bundestaqının uzvü, Cənubi Qafqaz üzrə ekspert Ditrix Şperlinqin təşkil etdiyi Dağlıq Qarabağ münaqişəsinə həsr edilmiş konfransda münaqişə nəticəsində əsir düşən insanların azad edilməsi üçün «Müharibə qurbanlarına azadlıq» adı ilə müraciət qəbul edilmişdi. Bu yuxarıda göstərilən xalq diplomatiyasının, ATƏT-in diplomatlarının (Həmsədrləri və Minsk qrupupunun üzvləri), siyasətçilər və konfliktoloqların apardıqları işlər nəticəsində olmuşdur. Almaniyanın Bundeqstatının sədri Rita Zyusmut bütün Bundeqstat üzvlərinin adından Azərbaycan və Ermənistan Parlamentinə mürəciəti göndərmişdi.
Azərbaycan Sosial-Demokrat Partiyasının həmsədri Zərdüşt Əlizadə, HVA AMK sədri Arzu Abdullayeva İSveçdən olan deputatla yerevana və sonra Dağlıq Qarabağa gedərərək, orada siyastçilərlə mövcut vəziyyət, münaqişəsinin həlli barəsində müzakirələr aparmışdılar. Münaqişəni həll etməkdən ötrü model kimi Aland modeli təklif edilmişdi.
1996. Beynəlxalq təşkilatların, ATƏT-in, Beynəlxalq Qırmızı Xaç Komitəsinin, Azərbaycan və Ermənistan «Analar» təşkilatlanının fəal üzvlərinin birgə apardıqları fəaliyyət nəticəsində hərbi əsirlər və girov götürülənlər kütləvi şəkildə azad edilmişdi.
1997. Azərbaycan və Ermənistan HVA milli komitələrinın vasitəçiliyi ilə «Analar» təşkilatlarının üzvlərinin məktublaşması baş tutmuşdu. Onlar cəbhə xəttini yararaq qəbristanlara getməyə, həlak olanların yenidən dəfn edilməsinə, itgin düşmüşlərin axtarılması üçün birgə qruplar yaratmağ üçün Dağlıq Qarabağa getməyə hazır olduqlarını bildirmişdilər. Lakin yolların minalanması və atışma ilə əlaqədar yarana biləcək hadisələri nəzərə alaraq «Anaların» bu aksiyası ATƏT –dən olan müşahidəçilərin və digərlərinin xəbərdarlığı həyata keçə bilmədi.
1999. Dağlıq Qarabağda əsir götürülən yaralı və şikəst edilmiş Aqil Əhmədovun anası və «Analar» təşkilatının üzvləri onun azad olması üçün müraciətlər etmişdilər. Arzu Abdullayevanın Karen Oqancanyana verdiyi müraciət Xankəndinin müvafiq orqanlarına çatdırılır və Aqil ətxirə salınmaz humanitar prinsiplərə görə azad edilir.
«Analar» təşkilatlarıı bu günə qədər HVA komitələrinə tərəflər arasında əlaqə yaratmaqdan ötrü müraciətlər edir. Qeyri-formal «inam qrupları» daxilində onlar doğru məlumatlar və öz qohumlarının taleləri barədə mübariəzə aparırlar. HVA komitələri «Analara»Dağlıq qarabağ, Abxaziya münaqişələrinə görə həmişə dəstək verir və onların Çeçenistan və digər ölkələrlə əlaqələrini yaradır.
2000. Noyabr ayında Bakıda HVA-nın 5 –ci Baş Assambleyası keçirildi. Assambleyanın əsas məqsədi regionda sülhün və dayanıqlığın qərarlaşmasına, vətəndaş qrupları arasında əməkdaşlığın güclənməsinə, onların görüşlərinin həyata keçməsinə, mövcud vətəndaş şəbəkələrinin dəstəklənməsinə və yenilərinin yaranmasına, insanlara vəziyyət barədə məlumatlandırmaq və s. olmuşdur. Qafqazda mövcud olan və həll edilməmiş münaqişələr vətəndaş aksiyaları vasitəçilə tarazlaşa bilər və bunu vətəndaş cəmiyyəti səviyyəsində əməkdaşlıq və inteqrasiya təşəbbüsləri sübüt edir.
Assambleyanın işi 5 qrupa bölünmüşdü:
• Mədəniyyətlərin və sivilizasiyaların dialoqu;
• Vətəndaş təhlükəsizliyi;
• Yerli icmanın inkişafı;
• Regional inteqrasiya və sərhədlərdə gənclərin aksiyaları;
• İnsan həqları.
Assambleyada 700 –dən artıq Qafqazdan, avropadan, Yaxın Şərqdən, Şimali Amerikadan olan fəallar iştirak edirdi. Assambleyanın işində həmçinin beynəlxalq təşkilatların, KİV nümayəndələri və dövlət strukturundan olan insanlar yaxından iştirak edirdi. Assambleyada «Cənubi Qafqaz Sülh Mədəniyyəti Mərkəzi» təsis edildir və onun birinci konfransı keçirilir.
Dekabr ayında Tbilisidə HVA və «Cənubi Qafqaz Sülh Mədəniyyəti Mərkəzi» -nin regional məsləhətçi işçi qrupunun görüşü keçirildi. Müzakirə edilən mövzu «Cənubi Qafqaz- dialoqdan strateji əməkdaşlığa» idi. Cənubi Qafqazın bütün bölgələrinin gələcək əməkdaşlığının perspektivi müzakirələrin əsasını təşkil edirdi.
Azərbaycan jurnalistlərinin Qarabağ veteranları təşkilatı HVA-nın «Sülh» mükafatına layiq görülür. Mükafat təşkilatın üzvlərinin Gürcüstanda Dağlıq Qarabağdan olan jurnalistlərlə görüş üçün qrant kimi verilir. 5-ci Assambleyanın qərarı kimi «Sülhpərvər Jurnalistlər Assasiasiyası» təsis edilir.
2001. Tbilisidə Azərbaycandan, Dağlıq Qarabağ da daxil olmaqla, Ermənistandan olan itkin düşmüşlərin valideynlərinin üç günlük görüşü keçirilir. Görüşün nəticəsi olaraq hər iki tərəfdən itkin düşmüşlərin siyahısı hazırlanır, məlumat mübadiləsi edilir və münaqişədə olan ölkələrin liderlərinə müraciət qəbul edilir.
Tbilisidə köçkünlərin və qaçqınların forumunun keçirilməsi müharibəyə düçar qalmış insanların problemlərini bölüşməsi və gələcək plpnlprı barədə fikir mübadiləsi üçün yaxşı imkan oldu.
2002. Bakıda may ayında «Mədəniyyətlərin və sivilizasiyaların dialoqu: Bakı Qərb və Şərq arasında körpüdür» beynəlxalq konfransı keçirilir. Konfransın məqsədi sivilizasiyalar arasındakı münaqişələrin və toqquşmaların qarşısının alınmasının yeni yollarının axtarılması; HVA AMK-nin hazırladığı «Sülh modeli» əsasında proqram hazırlamaq, cəmiyyətin bütün təbəqəsini (qadınları, uşaqları, etnik və dini azlıqları və s.) müxtəlif mədəniyyət nümayəndələri arasındakı qorxunu aradan çıxarmağa cəlb edilməsi idi. Konfransda sülh istiqamətində aparılan işlərdə xüsusi rolun jrnalistlərə mənsub olması qeyd edildi. Konfransın işində doktor Meri Kaldor (Böyük Britaniyanın İqtisad Məktəbinin professoru), prof. Dmitri Furman (Moskva), Miyent Yan Faber (Bütündünya Kilsələr arası Sülh Şurasının direktoru, Hollandiya), doktor Valed SAlem ( Fələstin Universitetinin professoru)l, Bernard Dreano( HVA həmsədri, Fransa) və s. iştirak etmidilər.
Bu il «Müharibə qadınların gözü ilə» regional kitab nəşr edilir. Azərbaycanlı Əli Abasov və Ermənistanlı Harutyun Xaçaturyan birgə «Qarabağ münaqişəsinin həll variantları: ideyalar və reallıq» kitabını yazıb nəşr etdirirlər.
2003. Bakıda üçüncü beynəlxalq konfrans «Mədəniyyətlərin və sivilizasiyaların dialoqu: Dünya İraqdan sonra» keçirilir. Konfransın əsasməqsədlərindən biri gələcəyə Yaxın Şərqdəki, xüsusilə İraq hədiəslərinə əsasən nəzər salmaq idi. Bu konfransın çərçivəsində həm qlobal səviyyədə və həm də cəmiyyət səviyyəsində mədəniyyətlər arası problemlər- etniklər, millətlər və dinlər arası dialoqlar müzakirə edilmişdir. Konfransın əsasında film çəkilmişdir. Konfransın işində əvvəlki konfranslarda iştirak edən şəxsələr və digəriləri iştirak etmişdir.
Aəzrbaycanda Prezident seçkisi ilə əlaqədar HVA AMK-nin təşəbbüsü ilə 31 QHT, 9 siyasi partiya və 6 beynəlxalq təşkilatın «Azad və ədalətli seçkilər uğrunda» Əlaqələndirici Məşvərət Şurası (ƏMŞ) yaradılmışdır. ƏMŞ məqsədi seçki prosesinə nəzarət etməkdən ötrü fəal qüvvələrin işlərinin əlaqəlndirilməsi olmuşdur.
This post is also available in: Russian