Wisdom of Life

İnsan hüquqları

 

 

 

 

Beynəlxalq Helsinki Vətəndaş Assambleyasının Həmsədri            

Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsinin sədri  Arzu Abdullayeva

 

12 iyul 2011-ci il

            

Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsi İnsan Hüquqları Komissiyasının 2011-ci ilin 1-ci yarısı üçün

HESABATI

(Hesabata  təşkilat tərəfindən aparılan  qısa müddətli işlər daxil olmayıb)

2011-ci ilin birinci yarısında Azərbaycan Respublikasının və digər dövlətlərin vətəndaşları “İnsan hüquqlarının və əsas azadlıqların müdafiyəsi haqqında” Avropa Konvensiyasında (bundan sonra Konvensiya adlanacaq) və onun 1, 4, 6 və 7 saylı Protokollarında nəzərdə tutulmuş hüquqlarının müdafiyəsi məqsədi ilə bizim Komitəyə müraciət etmişlər. Hazırki Hesabatda hemin müraciətlərin Konvensiyanın və Protokolların maddələrinə uyğun vətəndaşların pozulmuş hüquqlarının müdafiəsi məqsədi ilə tərəfimizdən görülən tədbirlər barədə məlumat verilir.

    Konvensiyaya 1 saylı Protokolun 1-ci maddəsində (Mülkiyyətin müdafiəsi) qeyd edilir ki, “Hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi principləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.”

Bu maddəyə uyğun aşağıdakı şəxslərin müraciətlərinə baxılmış və tədbir görülməsi üçün müvafiq orqanlara müraciətlər edilmişdir:

1. Süleymanov Elman Musa oğlu (Füzuli rayonu, 3-cü Zobucuq qəsəbəsi, ev 229) – şəhid olmuş oğlu Süleymanov Səlman Elman oğlunun şəhidlik statusu qanunsuz və əsassız olaraq ləğv edilmiş, buna görə də ailə qanunla verilən maddi köməkdən məhrum edilmişdir. Bu barədə Azərbaycan Respublikasının məhkəmələrinə edilən müraciətlər nəticəsiz qaldığından Avropa İnsan Hüquqları Məhkəməsinə tərəfimizdən müraciət hazırlanıb şikayətçiyə təqdim edilmiş və ünvanına göndərilmişdir;

2. Mahmudov Seyidağa Fateh oğlu (Bakı şəhəri, Bakıxanov qəsəbəsi, E.Xəlilov küçəsi, ev 1B, mənzil 47) – qanuni əsaslarla ona verilmiş birotaqlı mənzil məcburi köçkün ailəsi tərəfindən zəbt edilmişdir. Məcburi köçkünlərin həmin mənzildən cixarılması barədə 1994-cü ildə Suraxanı rayon məhkəməsi qətnamə çıxarmış və bu günə qədər həmin qətnamə əsassız bəhanələrlə müvafiq dövlət orqanı tərəfindən icra edilmir. Qətnamənin məcburi icra edilməsi barədə Azərbaycan Respublikasının məhkəmələrinə edilən müraciətlər nəticəsiz qaldığından Avropa İnsan Hüquqları Məhkəməsinə tərəfimizdən müraciət hazırlanıb şikayətçiyə təqdim edilmişdir;

3. Adıgözəlov Nizami Əli oğlu (Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 53, mənzil 19) – ona məxsus olan evin faktiki sahəsi müvafiq dövlət orqanı tərəfindən həqiqətdə olduğundan az qeydə alınmış və bu barədə edilən şıkayətlərin məhkəmə araşdırmaları nəticəsiz olmuş, Avropa İnsan Hüquqları Məhkəməsinə tərəfimizdən müraciət hazırlanıb şikayətçiyə təqdim edilmişdir;

4. Cavadova Sevil Əhməd qızı (Bakı şəhəri, Yasamal rayonu, Z. Adıgözəlov küçəsi, dalan 5, ev 3) – ev alqı-satqı müqaviləsinin bağlanmış hesab olunması barədə tərəfimizdən Yasamal rayon məhkəməsinə iddia ərizəsi tərtib edilmiş və şikayətçinin adından həmin məhkəməyə təqdim edilmişdir. İş hazırda məhkəmə baxışındadır;

5. İbrahimov Rauf İsa oğlu (Bakı şəhəri, A. Gəraybəyli küçəsi, ev 11, mənzil 18) – qanunsuz və əsassız olaraq yaşadıqları evdən məhrum olunmalarına səbəb olmuş Yasamal rayon Məhkəməsinin 08 noyabr 2002-ci il tarixli qərardadından qanuni və əsaslı olaraq şikayət verilmiş, Azərbaycan Respublikası məhkəmələri tərəfindən şikayətlər baxılmamış saxlanılmış və  Avropa İnsan Hüquqları Məhkəməsinə tərəfimizdən müraciət hazırlanıb şikayətçiyə təqdim edilmişdir;

6. Ərdahali Mahmud Barani (Bakı şəhəri, Mirəli Seyidov küçəsi, ev 1, mənzil 28) – İran İslam Respublikasının vətəndaşı. Pul tələbinə dair işdə dələduzluq cinayətinin əlamətlərinin olmasına baxmayaraq Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci PB-nin təhqiqatçısı C. H. Hüseyinov tərəfindən cinayət işinin başlanmasının rədd olunması haqqında qərar qəbul edilmişdir. Tərəfimizdən həmin qərardan verdiyimiz şikayətə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində baxılmış, qərar ləğv edilmiş, qeyd edilən məsələ haqqında təhqiqat davam etdirilir;

7. Nəsibov Mehman (Gürcüstan Respublikası vətəndaşı) – pul tələbinə dair iddiası barədə Suraxanı rayon Məhkəməsinə müraciət edilmiş və iddianın təmin olunması barədə qətnamə çıxarılmış və icraya yönəldilmişdir. Tərəfimizdən iddia tələbinin təmin edilməsi barədə Bakı şəhəri Suraxanı rayon Məhkəmə İcraçıları Şöbəsindən qanuna müvafiq tədbirlər görülməsi xahişi edilmişdir;

8. Məmmədova Məhbarə Əskərxan qızı (Bakı şəhəri, Gəncə prospekti, ev 37, mənzil 86) – Məhkəmənin qanuni güvvəyə minmiş qətnaməsi olmasına baxmayaraq sabiq həyat yoldaşı tərəfindən iki azyaşlı uşağı üçün müəyyən edilmiş aliment 06 fevral 2009-ci il tarixdən ödənilmir. Tərəfimizdən Azərbaycan Respublikasının Ədliyyə Naziri cənab F. F. Məmmədova müraciət edilmişdir və icra təmin ediləcəkdir;

9. Mirzəyeva Səkinə Calal qızı (Bakı şəhəri, Yasamal rayonu, Sarabski küçəsi, ev 14) – Bakı şəhər İcra Hakimiyyəti qanunsuz və əsassız olaraq ona və ailə üzvlərinə məxsus 216 kv.m. mənzil sahəsinin dəyərini müəyyən etmədən mənzildən çıxarır. Bu barədə verilən şikayətlər birinci və apellyesiya instansiya məhkəmələri tərəfindən müsbət həll edilməmiş və şikayətçilərin adından kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edilmişdir;

10. “Əliyev və K” istesalat kommersiya kompaniyası (Bakı şəhəri, Mirəli Qaşqay küçəsi, 46) – kompaniyaya qarşı verilmiş əsassız iddia tələbi tərəfimizdən Nəsimi rayon Məhkəməsində qətnamə çıxarılmaqla rədd edilmiş, iddiaçıların verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsi tərəfindən təmin edilmiş, bizim verdiyimiz kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən təmin edilərək iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır;

11. “Ozal Stimul LTD” Mətdud Məsuliyyətli Cəmiyyət (Bakı şəhəri, Nərimanov rayonu, Y. Nəsirov küçəsi, məhəllə 1924, ev 24) – Azərbaycan Respublikasının Vergilər Nazirliyi təşkilata 26 min manata yaxın vergi cəriməsi 2 saylı İnzibati İqdisad Məhkəməsinin qətnaməsi ilə azaldılaraq 2600 manata endirilmişdir;

12. Nuriyev Xaliq Şaməmməd oğlu (Naxçıvan MR, Babək rayonu, Zeynəddin kəndi) – ona qarşı qaldırılmış əsassız pul tələbinə dair mülki işdə nümayəndə qismində iştirak edirik və işə hazırda Səbail rayon Məhkəməsində baxılır;

13. Mustafayev Rafiq Məhəmməd oğlu (Bakı şəhəri, N. Tusi küçəsi, ev 27, mənzil 17) – üçotaqlı mənzili Cəbrayıl rayonundan olan qaçqınlar tərəfindən zəbt edilmişdir. Tərəfimizdən şikayətçinin adından Nizami rayon məhkəməsinə iddia ərizəsi verilmiş və həmin məhkəmənin 14 fevral 2011-ci il tarixli qətnaməsi ilə qaçqınların mübahisəli mənzildən çıxarılmaları qət edilmişdir. Həmin  qətnamədən çavabdehlər (qaçqınlar) apellyasiya şikayəti vermişlər və iş hazırda Bakı Apellyasiya məhkəməsinin icraatındadır;

14. Cabbarlı Nərgiz Cavad qızı (Bakı şəhəri, S. Vurğun küçəsi, ev 85, mənzil 122) – Azərbaycan Dövlət Teleradio verilişləri qapalı səhimdar cəmiyyəti şikayətçini qanunsuz və əsassız olaraq işdən azad etmiş, ona qanunla nəzərdə tutulandan xeyli məbləğdə az əmək haqqı vermişdir. Tərəfimizdən şikayətçinin adından Azərbaycan Respublikasının məhkəmələrinə müraciətlər edilsə də müsbət nəticə əldə edə bilməmişik. Bu səbəbdən də Avropa İnsan Hüquqları Məhkəməsinə tərəfimizdən müraciət hazırlanıb şikayətçiyə təqdim edilmişdir;

15. İsmayılova Səadət Həsən qızı (Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, ev 11) – etibardan sui istifadə etməklə külli məbləğdə pulu əlindən alınmış və Nərimanov rayon Polis İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq) maddəsi ilə cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul edilmişdir. Tərəfimizdən məhkəmə nəzarəti qaydasında verdiyimiz şikayət Bakı Apellyasiya Məhkəməsi tərəfindən təmin olunmuş və bu barədə hazırda istintaq aparılır.

16. Əliyev Nəriman Qəni oğlu (Bakı şəhər, N. Nərimanov küçəsi, ev 76) –  mülkiyyətində olan altıotaqlı mənzilin 2otağı qohumu Novruzov Rəcəb Novruz oğlu tərəfindən zəbt edilmişdir. Tərəfimizdən N. Q. Əliyevin adından Bakı şəhəri, Yasamal rayon Məhkəməsinə iddia ərizə verilmiş və Məhkəmənin qətnaməsi ilə cavabdehin (Novruzov R. N.) 2 otağa istifadə hüququ itirilmiş hesab edilmiş və pasport qeydiyyatından çıxarılmaları qət edilmişdir.

17. Məmmədova Xalidə İlham qızı (Quba rayonu 2-ci Nügədi kəndi) – mülkiyyətində olan 1,26 hektar torpaq sahəsi özünün deməsinə görə saxta məhkəmə aktlatı tərtib edilməklə əlindən alınmışdır. Heç bir məhkəmə prosesində iştirak etməmiş, lakin birinci, apellyasiya və kassasiya məhkəmələrinin qeyd edilən torpaq sahəsinin onun mülkiyyətindən alınması barədə məhkəmə aktları tərtib edilmişdir. Bu barədə Azərbaycan Respublikasının Məhkəmə Hüquq Şurasına tərəfimizdən müraciət edilmişdir.

18. Korobeynikova Svetlana Vladimirovna (Bakı şəhəri, Sabunçu qəsəbəsi, Məlikov küçəsi, ev 16, mənzil 2) – Sabiq həyat yoldaşı Məmmədov Əli Hüseyn oğlunun aliment öhdəliklərini yerinə yetirməməsi barədə şikayəti aidiyyəti üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə göndərilmiş və problem həll edilmişdir.

 

 Konvensiyanın 5-ci maddəsi (Azadlıq və toxunulmazlıq hüququ)

    1. Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. Heç kəs qanunla müəyyən olunmuş aşağıdakı hallardan və qaydadan başqa, azadlıqdan məhrum edilə bilməz:

    a) səlahiyyətli məhkəmə tərəfindən məhkum olunduqdan sonra şəxsin qanuni həbsə alınması;

    b) məhkəmənin qanuni çıxardığı qərarı icra etməməyə görə və ya qanunla nəzərdə tutulmuş hər hansı öhdəliyin icra olunmasını təmin etmək məqsədilə şəxsin qanuni tutulması və ya həbsə alınması;

      c) hüquq pozuntusunun törədilməsində əsaslı şübhə ilə bağlı şəxsin səlahiyyətli məhkəmə orqanı qarşısında durmasından irəli gələn və ya onun tərəfindən törədilən hüquq pozuntusunun, yaxud törətdikdən sonra

onun gizlənməsinin qarşısını almaq üçün kifayət qədər zəruri əsaslar olduğunun hesab edildiyi hallarda şəxsin qanuni tutulması və ya həbsə alınması;

     d) yetkinlik yaşına çatmamış şəxsin tərbiyə nəzarəti üçün qanuni qərar əsasında həbsə alınması və ya onun səlahiyyətli orqana verilməsi üçün qanuni həbsə alınması;

     e) yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaq üçün şəxslərin, habelə ruhi xəstələrin, alkoqolizmə və narkomaniyaya mübtəla olanların və ya səfillərin qanuni həbsə alınması;

    f) şəxsin ölkəyə qanunsuz gəlməsinin qarşısını almaq məqsədi ilə və ya barəsində deportasiya, yaxud ekstradisiya tədbirləri tətbiq olunan şəxsin qanuni tutulması və ya həbsə alınması.

    2. Tutulmuş hər bir kəsə ona aydın olan dildə onun tutulmasının səbəbləri və ona qarşı irəli sürülən istənilən ittiham barədə dərhal məlumat verilir.

    3. Bu maddənin I bəndinin «c» yarımbəndinə müvafiq olaraq tutulmuş və ya həbsə alınmış hər kəs dərhal hakimin və ya qanunla məhkəmə hakimiyyətini həyata keçirmək səlahiyyəti verilmiş digər vəzifəli şəxsin

yanına gətirilir və ağlabatan müddət ərzində məhkəmə araşdırması və ya məhkəməyə qədər azad edilmək hüququna malikdir. Azad edilmək məhkəməyə gəlmə təminatlarının təqdim edilməsi ilə şərtləndirilə bilər.

    4. Tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir.

    5. Bu maddənin müddəalarının pozulması ilə tutulmağa və ya həbsə alınmağa məruz qalan hər kəsin iddia ilə təmin olunan kompensasiya hüququ var:

1. Qasımova Şüküfə Əjdər qızı (Bakı şəhəri, Ə. Əliyev küçəsi, ev 7, mənzil 630) – qanunsuz və əsassız olaraq oğlu tərəfindən Respublika Psixotriya xəstəxanısına yerləşdirilmişdir. Tərəfimizdən bu fakt barədə cinayət işi başlanması üçün Azərbaycan Respublikasının Daxili İşlər Naziri cənab R. İ. Usubova müraciət edilmişdir və hazırda cinayət işinin başlanması üçün təhqiqat aparılır.

2. Nağıyev Mahir Səməd oğlu (Bakı şəhəri, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Penitensiar Xidmətin 9 saylı Cəza Çəkmə Müəssiəsi ) – Bakı şəhər Prokurorluğunun sabiq mühüm işlər üzrə müstəntiqi. Azərbaycan Respublikası Milli Məclisinin vitse-spikeri Ziyafət Əsgərovun xalası oğlu Yusif Allahyarovu və onun cinayətkar dəstəsini xüsusi ilə ağır cinayət törətdiklərini ifşa etdiyinə və onların məhkəmə hökmü ilə 13 il və digər müddətlərə azadlıqdan məhrum etmə cəzalarına məhküm olunmalarına nail olduğuna görə şər atılmaqla qanunsuz və əsassız olaraq 5 il müddətinə azadlıqdan məhrum edilmişdir. Onun qanunsuz həbsi barədə müxtəlif dövlət orqanlarına tərəfimizdən müraciətlər edilmiş, tərəfimizdən cənab M. Nağıyev siyasi məhbus kimi tanınmış və Avropa İnsan Hüquqları Məhkəməsinə şikayətinin hazırlanıb təqdim edilməsində köməklik etmişik. M.Nağıyev barəsində Azərbaycan dövləti tərəfindən Konvensiyanın bu maddəsinin bütün bəndləri pozulmuşdur.

3. Eyvazova Kəmalə Mahmud qızı (Bakı şəhəri, Səbail rayonu, G. Əliyev küçəsi, 2 nömrəlı yataqxana) – Fizuli rayonundan olan qaçqın Aslanov Şahin Elman oğlu Eyvazovanın yaşadığı mənzilin qapısını sındıraraq mənzilə daxil olmuş, onu söyüb təhqir etmiş və döyərək ona  bədən xəsarətləri yetirmişdir. Səbail rayon Məhkəməsinin 12 may 2011-ci il tarixli hökümü ilə Ş. E. Aslanov 200 manat məbləğində cərimə edilmişdir. Bu hökümdən tərəfimizdən zərərçəkmişin adından Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilmişdir.

4. Şahverdiyeva Aidə Ağa qızı (Bakı şəhəri, Mustafa Sübhi küçəsi, ev 89) – oğlu Əbdülhadi Fərid Hasan oğlunun qanunsuz və əsassız olaraq həbs edilməsi barədə şikayət etmişdir. Toplanmış şahid ifadələri ilə birlikdə şikayəti tədbir görülmək üçün Azərbaycan Respublikasının Daxili İşlər Naziri cənab R.İ.Usubova göndərilmişdir.

5. Həsənova Tamara Qəşəm qızı ( Bakı Şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Türkmən küçəsi, ev 10/5) – qardaşı Həsənov Nazim Qəşəm oğlu tərəfindən hədə-qorxuya məruz qalması və həyatının təhlükədə olması barədə şikayəti adiyyəti üzrə Nizami rayon Polis İdarəsinə göndərilmiş və müvafiq tədbir görülmüşdür.

 

 

 Konvensiyanın 8-ci maddəsi (Şəxsi və ailə həyatına hörmət hüququ)

    1. Hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir.

    2. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığı, yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir:

1. Quliyeva Zərifə Rzaqulu qızı (Bakı şəhəri, Nərimanov rayonu, 2-ci Sülh Döngəsi, ev 2A, mənzil 21) – nəvəsi N-lə görüşün təmin edilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra edilməməsi barədə Azərbaycan Respublikasının məhkəmələrinə edilən şikayətlər nəticəsiz qalmışdır;

2. Kərimova Brilyant Sətdar qızı (Bakı şəhəri, Sarayevo küçəsi, ev 20, mənzil 191) – nəvəsi Əliyev Məhəmməd Maarif oğlu ilə oğlunun vəfatından sonra sabiq gəlini Nailə tərəfindən görüşməyə icazə verilmir. Bu barədə tərəfimizdən Abşeron rayon Icra Hakimiyyətinə müraciətlər edilmiş və məsələnin məhkəmədə həlli üçün tədbirlər görülür;

3. Nəbiyeva Cəmilə Kərim qızı – Gürcüstan Respublikasının vətəndaşı. Israil dövlətinin vətəndaşları – həyat yoldaşı Nisanov (Həsənov) Rahil və onun anası Nisanova Sevda tərəfindən həmin ölkədə Konvensiya ilə ona verilmiş ailə həyatı və mənzil hüquqları pozulmuş, həyat yoldaşı tərəfindən yeni anadan olmuş oğluna öz adını və soyadını verməkən imtina edir. Tərəfimizdən İsrail dövlətinin müvafiq orqanlarına inglis dilində müraciətlər edilmiş və müvafiq tədbirlər görülmüşdür.

 

    Konvensiyanın 12-ci maddəsi  (Nikah hüququ)

    Nikah yaşına çatmış kişilər və qadınlar bu hüququn həyata keçirilməsini tənzimləyən milli qanunvericiliyə müvafiq olaraq, nikaha daxil olmaq və ailə qurmaq hüququna malikdirlər:

İşenko Lyudmila Alekseevna (Bakı şəhəri, Sabunçu qəsəbəsi, Rəsulzadə küçəsi, ev 2, mənzil 30) – Russiya Federasiyasının vətəndaşı. Azərbaycan Respublikasının vətəndaşı Truşelov Pavel Yefimoviçlə qeyri-rəsmi olaraq ailə həyatı qurmuş və şəxsiyyətini təsdiq edən sənədi olmadığından nikahlarını rəsmləşdirə bilmirlər. Şəxsiyyətini təstiq edən sənəd almaq məqsədi ilə Russiya Federasiyasının müvafiq dövlət orqanına müraciət olunmuşdur.

 

 

    Konvensiyanın 2-ci maddəsi  (Yaşamaq hüququ)

     1. Hər kəsin yaşamaq hüququ qanunla qorunur. Heç kəs qanunla ölüm cəzası nəzərdə tutulmuş cinayət törətməyə görə, məhkəmə tərəfindən çıxarılmış belə hökmün icrasından başqa, həyatından məhrum edilə bilməz.

     2. Həyatdan məhrum etmə, aşağıdakı məqsədlər üçün güc tətbiqində mütləq zərurətin nəticəsi olduqda, bu maddənin pozulması hesab edilmir:

     a) istənilən şəxsin hüquqa zidd zorakılıqdan qorunması üçün;

     b) qanuni həbsi həyata keçirmək və ya qanuni əsaslarla həbsdə olan şəxsin qaçmasının qarşısını almaq üçün;

     c) qanuna müvafiq olaraq iğtişaş və ya qiyamın yatırılması üçün:

1. Məmmədov Urxan Əli oğlu (Bakı şəhəri, Nərimanov royanu, Ə. Əliyev küçəsi, ev 41b, mənzil 29) – 14 iyul 2010-cu ildə N saylı hərbi hissədə öldürülmüşdür. Təhqiqat orqanının verdiyi məlumata görə bədənində çoxsaylı xəsarətlər olmuşdur. Hərbi Prokurorluğun müstəntiqi cinayət işinin başlanmasının rədd olunması haqqında qərar qəbul etmişdir. Əsaslı faktlarla mərhumun qəsdən öldürülməsi təsdiq olunsa da həmin qərardan məhkəmə nəzarəti qaydasında verdiyimiz şikayətlərə müsbət cavab ala bilməmişik və bu səbəbdən də Avropa İnsan Hüquqları Məhkəməsinə mərhumun atası Məmmədov Əli Məmməd oğlu adından şikayət hazırlayıb göndərmişik.

2. Əsgərov Elvin İmran oğlu (Bakı şəhəri, Təbriz küçəsi, ev 85, mənzil 67) – Ailənin yeganə övladı, 12 yanvar 2011-ci il tarixdə saat 23 radələrində 15 nəfərə yaxın polis işçiləri tərəfindən xüsusi amansızlıqla döyülüb qətlə yetirilmişdir. Hakimiyyət orqanı nümayəndələrinin yıxılaraq ölməsi iddia edilir. Lakin, bədənindəki çoxsaylı xəsarətlər və digər faktlar amansız işgəncəyə məruz qalmasını birmənalı təsdiq edir. Onun barəsində həmçinin Konvensiyanın 2-ci maddəsi də pozulmuşdur. Hazırda istintaq aparılır və bu günə qədər bu cinayətə görə heç kim təqsirləndirilməmişdir.

 

Yuxarıda qeyd edilənlərdən başqa 2011-ci ilin birinci yarım ili ərzində 92 nəfər Azərbaycan Respublikası vətəndaşının müraciəti əsasında hüquq-mühafizə orqanlarının və digər mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə sorğular verilmiş və  vətəndaşların maraqlarına toxunan problemlərə aydınlıq gətirilmişdir.

 

Hesabatı hazırladılar:

İnsan Hüquqları Komissiyasının

sədri:                                                  Sadıqov Bayram Yusif oğlu

Asistent:                                             Hüseynova Səbinə İlham qızı

Hüquqşünas:                                      Əhmədova Aysel Zöhrab qızı

 

 

 

 

 

This post is also available in: English, Russian

About Author: basia

Leave a Reply

Your email address will not be published. Required fields are marked *


*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>